Qarisqa Tursusu - Wikipedia
Qarışqa turşusu (CH2O2, sistematik adı: metan turşusu) — doymuş birəsaslı karbon turşusunun homoloji sırasında yerləşən ilk nümayəndəsidir.
Qarışqa turşusu | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | CH2O2 |
Molyar kütlə | 46,025380 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,2196 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 8,25 °S |
Qaynama nöqtəsi | 100,7 °S |
Öz-özünə yanma temperaturu | 520 °C |
Buxarın təzyiqi | 35 ± 1 mm Hg[1] |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 3,81 ± 0,01[2] |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,3714 |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 64-18-6 |
PubChem | 284, 18971002 |
SMILES | O=CO |
RTECS | LQ4900000 |
ChEBI | 30751 |
ChemSpider | 278 |
Fiziki xassələri
redaktəNormal şəraitdə qarışqa (formiat) turşusu rəngsiz maye olub, kəskin iylidir və 1010C-də qaynayır. Dəriyə düşdükdə yanıq əmələ gətirir. İnsan orqanizmində zəhərlənmə yaradır. Qarışqa turşusu suda yaxşı həll olur. Su ilə istənilən nisbətdə qarışır.
Kimyəvi xassələri
redaktəQarışqa turşusu karbon turşularının ümumi kimyəvi xassələrinə malikdir. Onun duzları formiatlar adlanır. Homoloji sırada o, ən yüksək reaksiyayagirmə qabiliyyətli və ən qüvvətli turşudur. Dissosiasiya dərəcəsinə görə o, fosfat turşusuna yaxındır. qarışqa turşusunun molekulunda həm karboksil, həm də aldehid qrupları olduğundan, o, digər karbon turşularından fərqli olaraq aldehidlər üçün xarakterik olan "gümüş güzgü" reaksiyasına daxil olur. HCOOH + Ag2O → H2CO3 + 2Ag → CO2 + H2O + 2Ag
Qatı sulfat turşusu iştirakında qızdırıldıqda qarışqa turşusu karbon-2-oksid və suya parçalanır: HCOOH → H2O + CO
Bu reaksiyadan laboratoriyada CO almaq üçün istifadə edilir.
Alınması
redaktəƏvvəllər qarışqa turşusunu qarışqaları suda isladıb, məhlulu qovmaqla alırdılar.
Qarışqa turşusu bir çox üsullarla, o cümlədən, metanolun oksidləşməsindən alınır:
Hal-hazırda qarışqa turşusunu almaq üçün karbon 2-oksid və natrium-hidroksiddən alınan natrium formiata qatı sulfat turşusu ilə təsir edirlər:
CO + NaOH → H-C-OONa (natrium formiat)
HCOONa + H2SO4 → HCOOH + NaHSO4
Təbiətdə tapılması
redaktəTəbiətdə ilk olaraq sarı meşə qarışqalarının ifrazatlarında rast gəlinmiş[3] və 1671-ci ildə ingilis naturalisti Con Rey tərəfindən kəşf edilmişdi.[4]. Qarışqa turşusu üzvi turşudur. Xüsusilə, Qarışqa turşusundan arıçılığı inkişaf etmiş ölkələrdə üzvi bal istehsalçıları tərəfindən geniş şəkildə istifadə edilir. Həmçinin, Qarışqa turşusundan tibb sahəsində dezinfeksiyaedici kimi geniş istifadə edilir.[5]. Qarışqa turşusu üzvi maddələrin sintezində reduksiyaedici maddə kimi, həmçinin turşəng turşusunun alınmasında tətbiq edilir. Bundan başqa, o, yeyinti sənayesində dezinfeksiyaedici və konservləşdirici kimi, toxuculuq sənayesində parçaların boyanmasında, tibbdə - qarışqa spirti adı ilə 1%-li spirt məhlulu şəklində revmatizmə qarşı dərman maddəsi kimi istifadə olunur. Qarışqa turşusunun mürəkkəb efirləri həlledici və ətirli maddələr kimi istifadə edilir.
Təyini
redaktəQarışqa turşusunu digər karbon turşularından fərqləndirmək üçün "gümüş güzgü" reaksiyasından istifadə edilir.
İstinadlar
redaktə- ↑ http://www.cdc.gov/niosh/npg/npgd0296.html.
- ↑ Flash P. Small Scale Determination of the pKa Values for Organic Acids (ing.). // J. Chem. Educ. ACS, 1994. Vol. 71, Iss. 1. P. A6. ISSN 0021-9584; 1938-1328 doi:10.1021/ED071PA6
- ↑ Johnson, W. B. History of the process and present state of animal chemistry. 1803.
- ↑ Charles Earle Raven. John Ray, naturalist : his life and works. Cambridge University Press. 1986. ISBN 0521310830.
- ↑ Красильников А. П. Справочник по антисептике. — Минск, 1995.