Qarikaha - Wikipedia
Qarıkaha — Azərbaycan Respublikasının Laçın rayonunun Laçın şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Qarıkaha kənd Sovetinin Qarıkaha kəndi Laçın şəhəri ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılmışdır.[1] Amma 2019-cu ilə aid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı" adlı məlumat kitabında Qarıkaha kəndi Laçın şəhər inzibati ərazi dairəsində kənd kimi qeyd edilmişdir. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Qarıkaha | |
---|---|
39°39′07″ şm. e. 46°30′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəAbdallar kəndindən (1923-cü ilədək Laçın şəhərinin adı) köçmüş ailələrin Qarıkahası adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yer isə oradakı Qarı kahası adlı mağaranın adı ilə adlanmışdır. Toponim "qoca qadına məxsus mağara" və yaxud "köhnə oyuq, köhnə quyu" mənalarındadır.[2]
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd Həkəri çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- ↑ Qarıkaha // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
redaktə Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |