Qara Delfin Hebsxanasi - Wikipedia
Qara delfin (rus. Чёрный дельфин) — ömürlük həbs cəzası almış məhkumların saxlanıldığı xüsusi rejimli islahedici koloniya. Rusiyanın Orenburq vilayətinin Sol-İletsk şəhərində yerləşən koloniyada əsasən qatillər, adamyeyənlər, terrorçular və digər təhlükəli canilər saxlanılır.[2] Hazırda cəzaçəkmə müəssisəsində təxminən 863 dustaq saxlanılır.[3]
Qara delfin | |
---|---|
rus. Чёрный дельфин | |
Ümumi məlumatlar | |
Status | Fəaliyyət göstərir |
Ölkə | Rusiya |
Şəhər | Sol-İletsk, Orenburq vilayəti |
Koordinatlar | 51°09′20″ şm. e. 54°59′35″ ş. u.HGYO |
Açılma | 1773[1] |
Haqqında
redaktəQara delfin koloniyasının adına tarixdə ilk dəfə 1745-ci ildə rast gəlinir. Adını binanın girişində məhkumlar tərəfindən inşa edilən qara delfin heykəlindən götürən, Rusiyaya məxsus bu həbsxana Qazaxıstanla sərhəddə yerləşir.[4]
Buradakı məhkumların, təxminən 3500 adamın ölümünə səbəb olduqları bildirilir. Bu da məhbus başına ən az beş cinayət deməkdir.[4]
Həbsxana içərisində təhlükəsizlik o qədər güclü qorunur ki, binada məhkum sayından daha çox gözətçi var. Bu gözətçilər isə illərdir hər 15 dəqiqədən bir kameralara nəzarət edirlər.[4]
Məhkumlar gündə yalnız 1 dəfə kameralarını tərk edirlər və 90 dəqiqəlik gündəlik məşq hərəkətləri üçün bir az daha böyük kameraya aparılırlar. Bu dəyişmə əsnasında isə belləri bükük və əlləri yuxarıdan qandallanmış halda, ən az 3 gözətçinin nəzarətində getmək məcburiyyətində qalırlar.[4]
Bağça gəzintisi də yenə, belləri bükülmüş və başları üzərində ən az 3 gözətçi olur. 24 saat davamlı nəzarət altında olan məhkumların günboyu yataqlarında oturmalarına və ya uzanmalarına icazə yoxdur. Sadəcə yatmaq zamanı buna icazə verilir. Oturmaq istəyənlər yalnız kətildə otura bilərlər.[4]
Məhkumlar həbsxana bağçasından belə, istifadə edə bilmirlər. Bağça içərisində də kameralar var.[4]
Burada yeməkxana yoxdur. Məhkumlara gündə 4 dəfə müxtəlif şorbalar verilir və bu zaman da kameralarından çölə çıxarılmırlar.[4]
200 ilə yaxın müddətdə bu həbsxanadan kimsə qaça bilməyib. Hətta buna cəhdlər belə olmayıb. Ömürlük həbs cəzası alan bu məhkumlardan, indiyədək azadlığa çıxan olmayıb.[4]
İstinadlar
redaktə- ↑ Богоутдинова Н.Черный дельфин Arxivləşdirilib 2022-05-13 at the Wayback Machine // Вестник Отрадного. — 2005. — 19 мая.
- ↑ "Структурные подразделения Arxivləşdirilib 2014-05-29 at the Wayback Machine." () Federal Penitentiary Service Orenburg Region. Retrieved on April 28, 2012. "В исправительной колонии содержатся осужденные к пожизненному лишению свободы."
- ↑ «Черный дельфин» или Дорога в один конец. Тюрьма для пожизненно лишенных свободы Arxivləşdirilib 2018-02-06 at the Wayback Machine // Украина криминальная, 09.10.2009
- ↑ 1 2 3 4 5 6 7 8 "Burası dünyanın en acımasız hapishanesi". Haber7.com. 17 İyul 2016 tarixində arxivləşdirilib.