Qara Sicovul - Wikipedia
Qara siçovul (lat. Rattus rattus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli növüdür.
Qara siçovul | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qara siçovul |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xarici görünüşü
redaktəBir sıra morfoloji əlamətlərinə görə boz siçovuldan fərqlənir. Quyruğu həmişə bədənindən uzun olur. İrəli qatlanmış girdə qulağı gözünü örtür. Bədəninin uzunluğu 190, quyruğu 228 mm-ə qədərdir. Sifəti ensizdir. Quyruğu sıx tüklərlə örtülmüşdür. Qulağının uzunluğu 28, arxa pəncəsi 41 mm-dir. Çəkisi 250 q-a çatır. Xəzinin rəngi belində saf-qaradan bəzən yaşılımtıl-metal parıltılı noxudu-boz-qonura qədər, qarnında isə qara-bozdan sarımtıl-ağa qədər dəyişir.
Yayılması
redaktəDemək olar ki, bütün dünyada yayılmışdır. Cənubi Asiya, Malay arxipelaqı adaları və Aralıq dənizi ətrafı isə onun qədim yaşayış vilayətləridir. Arealın Zaqafqaziya hissəsində bir çox şəhərlərdə və başqa yaşayış məntəqələrində başlıca olapraq dəmir, şose və su yolları boyunca rast gəlinir. Dəyişkənliyi öyrənilməmişdir. Azərbaycanda qara siçovulun vəhşi populyasiyaları yarımsəhra və aran meşələrinin ayrı-ayrı sahələrini tutur (Lənkəran ovalığı, Alazan- Əyriçay vadisi, Kür-Araz ovalığının kiçik bataqlaşmış massivləri).
Həyat tərzi
redaktəAran meşələrində geniş yayılmış, ancaq lokal məskunlaşan və azsaylı, yarımsəhrada isə nadir növdür. Qara siçovul boz siçovuldan daha az hidrofildir. Yabanı təbiətdə yuvalar qazır, ağac koğuşlarında yaşayır və ya budaqlardan kürəşəkilli yuvalar qurur.
Çoxalması və yaşama müddəti
redaktəBoz siçovula nisbətən daha az intensiv çoxalır. Təbii şəraitdə yaşayan heyvanlarda artıq oktyabrda boğaz dişilərin sayının kəskin azalması müşahidə edilir. İldə 2-3 nəsil verir, hər nəsildə orta hesabla 6 bala olur. Ölüm faizi 91-97 % olub, təbiətdə yaşama müddəti 1 ildir. Qapalı şəraitdə 4 ilə qədər yaşayır.
Qidalanması
redaktəMeyvələr, pöhrələr və qabıqla qidalanır. Boz siçovulla müqayisədə heyvani yem az rol oynayır.
Sayı və insan üçün əhəmiyyəti
redaktəQara siçovul geniş yayılmış və çoxsaylı növdür. İnsanın təsərrüfat fəaliyyəti bu növü sığınacaqlarla, qida ilə və məskunlaşma imkanı ilə təmin etməklə onun geniş yayılmasına səbəb olmuşdur. Bununla bərabər, son 200 ildə qara siçovulun Avropanın mülayim qurşağındakı arealı kəskin kiçilmiş və parçalanmışdır. Hesab edilir ki, boz siçovul qara siçovulu sıxışdırır. Vurduğu ziyan boz siçovulda olduğu kimidir. Xüsusən narinci və limon plantasiyalarında ağacların gövdələrini, budaqlarını zədələyir, meyvələrin lətini yeyir.
Ədəbiyyat
redaktə- Azərbaycan faunası. X cild. Məməlilər. Bakı, Elm nəşriyyatı, 1978
- Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar.Bakı, Elm nəşriyyatı, 2004.