Qara Uzunqanad - Wikipedia
Qara uzunqanad (lat. Apus apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Qara uzunqanad | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qara uzunqanad |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Avropada, Asiyada və Afrikada yayılıb. Natamam sinantropdur. Köçəri növdür, ölkəmizdə yazda bala çıxarmaq üçün gəlir və qışı Afrikada keçirmək üçün payızda köçür. Bu quşlar ömrünün böyük əksəriyyətini (ilin 10 ayını) havada keçirirlər. Havada olarkən qidalanır, su içir, yatır və hətta havada cütləşir. Yerdən havalana bilmirlər. Belə olan halda onları yüksək bir yerdən buraxmaq və ya havaya atmaq lazımdır. Yalnız balalamaq üçün yuvalarına "qonurlar". Yuvalarnı yüksək yerdə (qayaların arası, binaların tavanı, çatlaqlar və digər boşluqlar) seçirlər ki, ordan özlərini havaya buraxaraq uça bilsinlər. Təkcə qidasını deyil, yuva materialını da havada tutur.
Xalq arasında səhvən əbabil adlandırılırlar.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3