Qarabagin Marali Mahni - Wikipedia
"Qarabağın maralı" — Sözləri və musiqisi İskəndər Novruzluya məxsus mahnı.
Tarixi
redaktə"Qarabağın maralı" xalq mahnısı kimi məşhurlaşan bu sənət incisinin sözləri və musiqisi Ağdamlı İsgəndərindir. Mahnı Qarabağ gözəli, teatr aktrisası Suğra Bağırova-Abdullayeva həsr olunmuşdur. İlk dəfə 1951-ci ildə şuşalı xanəndə İsa Rəhimovun ifasında səslənib. Sonralar bir çox müğənnilər "Qarabağın maralı"nı böyük həvəslə oxuyublar. Bəzi hallarda da mahnının adını və sözlərini təhrif edərək "Azərbaycan maralı" kimi səsləndiriblər.
İfaçıları
redaktəBu mahnının ən gözəl ifaçıları isə xalq artistləri Sara Qədimova və Şövkət Ələkbərova olub.
Sözləri
redaktəAy qız, gəzmə aralı,
Qəlbim səndən yaralı.
Gözlərinə heyranam,
Qarabağın maralı.
Sən bulaq üstə gələndə,
Qıyqacı baxıb güləndə
Aldın səbri-qərarımı,
Qarabağın maralı.
Mən qurbanam gözlərə,
Şirin-şirin sözlərə,
Bir qonaq gəl bizlərə,
Qarabağın maralı.
O günə qurban kəsərəm,
Gəlməsəm səndən küsərəm,
Gəzərəm səndən aralı,
Qarabağın maralı.
Turşsu olsun yaylağımız,
Gözəl Şuşa oylağımız,
Sən olaydın qonağımız,
Qarabağın maralı.
çıxaq Qırxqız yaylağına,
Ceyran-cüyür oylağına,
Enək İsa bulağına,
Qarabağın maralı
İzlə
redaktə