Qarabasan - Wikipedia
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir.
Xüsusiyyətləri
redaktəGecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür. Qarabasmaq feli ilə istifadə edilirsə, "Kabus görmək" və ya bu səbəblə xəstələnmək mənası verir. Monqolca Harah/Qarah sözü baxmaq və Xarağah isə lənət mənasını verir.
Qarabasanların indiki vaxtda elmi olaraq yuxu iflici deyə adlandırılan vəziyyətlə bənzədiyi görülür. Buna görə yuxunun bəzi mərhələlərində oyanılma halında şüur tam olaraq açıq olsa belə bədən hərəkət etmir. Bu halda müxtəlif görünüşlər görülə bilir.
Qarabasdı
redaktəTürk xalq inancında, həqiqi sanılan pis görünüş və qorxulu halüsinasyonlara verilən addır. Karabasu olaraq da adlandırılır. Gerçəkmiş kimi qəbul edilən pis yuxulardır. Qarabasanın səbəb olduğu xəstəliyə də Qarabasdı (Karabastı) deyilir. Qarabasma görməyi təyin etmək üçün də bu təbir istifadə edilər. Bəzən də doğum edən qadının ölməsi Qarabasdıya bağlanır.
Qarav
redaktəTürk və çuvaş xalq inancında kabus cini. Kabuslara səbəb olan və bunun nəticəsində sayıqlama və psixoloji pozuqluqlar ortaya çıxaran şər varlıqdır. Söz, qorxu və pislik mənaları ehtiva edər. "Qaramaq" sözü pisləmək, xor görmək mənalarını saxlayar. Qarağ sözü kimi bölgələrdə isə kabus mənasında istifadə edilər. Qarağı da işığın az olduğu yerlərdə görə bilməmə (ala korluq) xəstəliyini ifadə edər. Monqolcada Qarağ (Xarağ) lənətləmək mənası ehtiva edər.
Mənbə
redaktə- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
Xarici keçidlər
redaktə- Qarabasan Nədir? Arxivləşdirilib 2011-12-27 at the Wayback Machine (türk.)