Qaradagli Qaradagli Agdam - Wikipedia
Qaradağlı (digər tarixi adı Kolbasan; kəndin yerləşdiyi yerin tarixi adı Soltanqobu) — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd.[1] (Ağdamda başqa (Qasımlı) inzibati ərazi dairsində daha bir eyni adlı kənd mövcuddur).
Qaradağlı | |
---|---|
40°01′45″ şm. e. 47°04′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0230 |
Nəqliyyat kodu | 02 |
Toponimikası
redaktəQaradağlı Ağdam rayonunun Xaçın nahiyəsində kənd adı. Azərbaycanda (Beyləqan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar, Füzuli, Xaçmaz və Şəki rayonları) Qaradağlı kənd adları ilə mənşəcə eynidir. Bundan başqa, Ağdam rayonunda Qasımlı kənd inzibati ərazi dairəsində də başqa bir "Qaradağlı kəndi" mövcuddur.
XV əsrdə Şah İsmayıl hakimiyyətə gələrkən hərbi qüvvə ilə kömək etmiş qızılbaş tayfalarından biri. Qaradağlı tayfasının adı əslən onların hazırda Cənubi Azərbaycan ərazisində yerləşən Qaradağ mahalından olmaları ilə bağlıdır. Səfəvilər hakimiyyətə gəldikdən sonra Şah İsmayıl hərbi xidmətinə görə bu tayfaya Azərbaycanın müxtəlif bölgələrində ərazilər bağışlamışdır. Bu kənd "Soltan qobu" adlı yerdə qaradağlı tayfasına mənsub yeddi ailənin məskunlaşması nəticəsində yaranmışdır. Bu kəndin digər tarixi adı da Kolbasan olub.[2]
XIX əsrin ikinci yarısında Ağdam rayonu ərazisində, Ağdam, Gülablı, Qaraxanlı və Kaqartlı kənd icmalarında dörd Qaradağlı adlı kənd vardı.[3]
Tarixi
redaktəAğdamın Qaradağlı kəndləri barədə Rusiya İmperiyasının yazılı mənbələri XX əsrə aiddir. Belə ki, Yelizavetpol quberniyasının 1913-cü il tarixli inzibati-ərazibölgüsü kitabında bu Qaradağlı kəndi (Ağdam ərazisində müxtəlif inzibati ərazi dairələrində yerləşən bir neçə "Qaradağlı" adlı kənd var) Şuşa qəzasının Zəngişalı kənd icmasına aid edilib[4].
Azərbaycan SSR-in 1926-ci il tarixli inzibati-ərazi bölgüsünə əsasən bu Qaradağlı kəndi Ağdam qəzasının Xındırıstan dairəsinə aid edilib[5].
1929-cu il inzibati-ərazi islahatında Ağdamın bu Qaradağlı kəndində Qaradağlı Kənd Şurası (Sovetliyi) yaradılıb.
1961 - 1977-ci illərdə də Qaradağlı kəndi həmin kənd Sovetliyində olub[6][7].
Qaradağlı kəndinin sakinləri Birincin Qarabağ Müharibəsində aktiv iştirak ediblər.
Qaradağlı kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir.
- 18 dekabr 1990-cı ildə erməni yaraqlıları tərəfindən Ağdam rayonunun Qaradağlı kəndinə silahlı basqın edilmiş, nəticədə milis nəfəri Q.Cəfərov ağır yaralanmışdır.
- 13 dekabr 1991-ci ildə erməni yaraqlıları Ağdam rayonunun Qaradağlı kəndini avtomat və pulemyotlardan atəşə tutmuş, nəticədə kənd sakini, 1966-cı il təvəllüdlü E.Süleymanov ağır yaralanmışdır.[8]
- 1999-cu ildə qkən ərazisində bələdiyyə təşkil edilib.
- 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Qaradağlı kəndi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artilleriya silahları ilə atəşə tutub.Lakin Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub.
- 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Qaradağlı kəndi yenə də ağır artilleriya silahları ilə atəşə tutulub.Lakin Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub.
- 2020-ci ildə kənd və kəndin məktəbi bombalanıb. Nəticədə kəndin sakini İ.Coşqun və E.Elməddin şəhid olmuşdur.
1999-cu ildə kənd ərazisində Qaradağlı Bələdiyyəsi təşkil edilmiş, onun ilk nizanaməsi qəbul edilmiş, 22.08.2024-cü il tarixində isə müasir tipli Nizamnaməsi qəbul edilmişdir[9].
Qaradağlı Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[10] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[11] uyğun olaraq, Qaradağlı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
Qaradağlı bələdiyyəsi
redaktə"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[12] əsasən Qaradağlı kəndi Qaradağlı bələdiyyəsinin mərkəzidir. Burada məhz Qaradağlı kənd inzibati ərazi dairəsindəki Qaradağlı kəndinin nəzərdə tutulması həmin Bələdiyyənin ərazi hüdudlarına daxil edilmiş digər kəndlərin adlarından da görünür. Həmin Bələdiyyənin ərazi hüquqlarında aşağıdkı yaşayış məntəqələri mövcuddur:
Qaradağlı kənd iəd | Qaradağlı kəndi |
Qaradağlı kənd iəd | Evoğlu kəndi |
Qaradağlı kənd iəd | Rzalar kəndi |
Qaradağlı Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[13] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvüdür.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[13] uyğun olaraq, Qaradağlı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
Coğrafiyası və iqlimi
redaktəAğdam rayon mərkəzindən 15 kim şimalda, Qarqar çayından 3 km aralı, Ağdam-Ağcabədi şosesi yolu kənarında, Qarabağ düzündədir.
Küçələri
redaktəƏhalisi
redaktə1977-ci ilin məlumatına görə kəndin 1559 nəfər əhalisi olmuşdur. 2018 ilin məlumatına görə Qaradağlı sovetliyində 6818 nəfər əhali qeydiyyatda olmuşdur. Ağdam şəhəri işğal olunandan sonra, Qaradağlı kəndində çoxlu qaçqın məskunlaşıb.
Təhsili
redaktəKəndin tam orta məktəbi, musiqi məktəbi,uşaq bağçası var.
Muzeyi
redaktəKəndin tarix diyarşünaslıq muzeyi vardır.
İqtisadiyyatı
redaktəKəndin əhalisi əkinçilik və heyvandarlıqla məşğuldur.
Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[14]
Şəxsiyyətləri
redaktə- Hüseynqulu Ağaməmmədov — kəndin ilk ziyalısı.
- Məmməd Məmmədov — Sosialist əməyi qəhrəmanı[15].
- Muxtar Məmmədov — Sosialist əməyi qəhrəmanı.
- Turab Məmmədov — Sosialist əməyi qəhrəmanı.
- Sürəyya Kərimova — Sosialist əməyi qəhrəmanı.
- Vəli Məmmədov — filologiya elmləri namizədi, dosent.
- Novruz Allahverdiyev — texnika elmləri namizədi, professor.
- Yaqub Əhmədov — kənd təsərrüfatı elmləri namizədi, xeyriyyəçi, Azərbaycan Milli Məclisinin I çağırış deputatı.
- Məhiş Əhmədov — iqtisad elmlər doktoru, professor, əməkdar elm xadimi, Şöhrət ordeni mükafafcısı
Kəndin şəxsiyyətlərinin şəkilləri
redaktə-
Yaqub Əhmədov — kənd təsərrüfatı elmləri namizədi, xeyriyyəçi, Azərbaycan Milli Məclisinin I çağırış deputatı.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ http://modern.az/az/news/26050#gsc.tab=0
- ↑ B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı-2005
- ↑ Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія. Кіевъ: Изд-во Т-ва Л. М. Фишъ. 1913.
- ↑ Население Геокчайского уезда на 1926 года Arxiv surəti 21 fevral 2018 tarixindən Wayback Machine saytında.
- ↑ Административное деление Азербайджанской ССР на 1 января 1961 года. Баку: Азернешр. 1961.
- ↑ Административное деление Азербайджанской ССР на 1 января 1977 года (PDF). Баку: Азернешр. 1979. "Архивированная копия" (PDF). 2018-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-03-14.
- ↑ Dağlıq Qarabağ: hadisələrin xronikası[ölü keçid]
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-01.
- ↑ 1 2 Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
- ↑ Ağdam rayonunun 10 cəbhəyanı kəndinə təbii qaz verilib[ölü keçid]
- ↑ Hüseynqulu Ağaməmmədov
Mənbə
redaktə- Azərbaycan Sovet Ensiklopediyası. III cild. Bakı, 1979
- Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001