Qaralar Vedibasar - Wikipedia
Qaralar — əvvəllər Vedibasar mahalında, sonralar isə Vedi rayonunda kənd.
Qaralar | |
---|---|
39°54′01″ şm. e. 44°39′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 850 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktəQaralar İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun aran hissəsində, Ağrıdaə vadisində kənddir. Rayon mərkəzindən 7 km məsafədə, Vedi çayının qolu olan Böyük çayın üstündə, Bakı-İrəvan dəmiryol xəttinin kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[2].
1920-ci ilə qədər kənddə ancaq Azərbaycan tühkləri yaşamışlar. Kənddə 1873-cü ildə 443 nəfər, 1886-cı ildə 387 nəfər, 1897-ci ildə 570 nəfər, 1904-cü ildə 252 nəfər, 1914-cü ildə 256 nəfər, 1916-cı ildə 546 nəfər azərbaycanlı yaşamışdır, lakin "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə bu faktlar təhrif edilərək 1873–1916-cı illərdə kənddə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir.
1918–20-ci illərdə bütün vedibasarlılar kimi, Qaralar kəndinin igidləri də Abbasqulu bəy Şadlinskinin başçılığı ilə "Mübariz dəstə"də erməni daşnaklarına qarşı vuruşmuşlar. 1920-ci ildə Vedinin süqutundan sonra qaralarlılar da Arazı keçərək Cənubi Azərbaycana mühacirət etmişlər. 1920-ci ilin sonlarında Abbasqulu bəy Şadlinskinin başçılığı ilə Naxçıvana gələrək "Qırmızı tabor"un tərkibində erməni daşnaklarına qarşı vuruşmuş, Şərur, Vedibasar, Gərnibasar, Dərələyəz və s. mahalların daşnaklardan təmizlənməsində fəal iştirak etmişlər.
1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin mühacirətdə olan azərbaycanlı əhalisi geri qayıtmışdır,
lakin bu illərdə kənddə İranın Bacaqulis vilayətindən (indi Ostan), Türkiyənin Van, Şatax və Bayazed vilayətlərindən ermənilər də köçürülüb kənddə yerləşdirilmişlər. Daha sonra, 1940–50-ci illərdə isə indiki Ermənistanın Qaranlıq (Martuni) və Qarakilsə (Sisyan) rayonlarından, 1946-cı ildə İran və Livandan yenidən ermənilər köçürülərək Qaralar kəndində yerləşdirilmişdir.
Kənddə 1922-ci ildə 241 nəfər azərbaycanlı, 273 nəfər erməni, 1926-cı ildə 280 nəfər azərbaycanlı, 252 nəfər erməni, 1931-ci ildə 297 nəfər azərbaycanlı, 292 nəfər erməni[3], 1939-cu ildə ümumilikdə 780, 1955-ci ildə 1181, 1970-ci ildə 1794, 1979-cu ildə 1942 nəfər əhali yaşamışdır.
1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər yaşayır.
Toponim türk mənşəli qaralar etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aralez qoyulmuşdur.
Əhalisi
redaktəTexniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Görkəmli şəxsiyyətləri
redaktə- Abbas İbrahim oğlu Səfərov — Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri.
- Adil Nağıyev — Abşeron rayon İcra Hakimiyyətinin keçmiş başçısı.
- Əziz Ələkbərli — Milli məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri, filologiya elmləri namizədi.
- Zeyqəm Süleymanov — tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin dosenti.
- İlqar Haqverdiyev — tibb elmləri namizədi.
- Yaşar Haqverdiyev — polis polkovniki.
- Teyyub Hacıyev — kənd təsərrüfatı elmləri namizədi.
- Həbib Hacıyev — məktəb direktoru.
İstinadlar
redaktə- ↑ 1 2 Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, (rus.)
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.87, 157
- ↑ 1 2 3 4 5 6 7 8 Հայաստանի բնակավայրերի բառարան (erm.). Երևան: 2008. 184 s.
Mənbə
redaktə- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- Əziz Ələkbərli, "Abbasqulu bəy Şadlinski", Bakı, "Ağrıdağ", 1996.
- Əziz Ələkbərli, "Qərbi Azərbaycan, 1-ci cild, Vedibasar mahalı", Bakı, "Ağrıdağ", 2000.
- Əziz Ələkbərli, "Qərbi Azərbaycan, 1-ci cild, Vedibasar mahalı", (2-ci nəşri), Bakı, "Ağrıdağ", 2003.
- Əziz Ələkbərli. "Qərbi Azərbaycan abidələri", Bakı, "Ağrıdağ", 2006.
- Əziz Ələkbərli. "Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı", Bakı, "Nurlan", 2008.
- İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.