Qaranuy - Wikipedia
Qaranüy — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində keçmiş kənd. Hal-hazırda Şəmkir rayonunun Dəllər Cırdaxan kəndinin tərkibində yaşayış massividir. Dəllər Cırdaxan bələdiyyəsinə daxildir.
Qaranüy | |
---|---|
40°55′10″ şm. e. 46°04′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 206 m |
Saat qurşağı | |
Tarixi
redaktəAzərbaycan toponimlərinı 17 oğuz etnonimi geniş əksini tapmışdır (əfşar, kayır, karıq, bayat, eymur, iva, karkin, çuvaldar, bayandur, bektili, dügər, qaranüylü, xələc, kəndli, karabotik, çepni və salur). Qaranüy, yaşayış məntəqəsi kimi hələ XVIII əsrin əvvəllərindən mövcud olmuşdur. 1926-ci ilə aid olan və SSRİ dövründə hazırlanmış xəritədə kənd Karaküylü adı ilə göstərilmişdir.
Coğrafiyası
redaktəQaranüy yaşayış massivi rayon mərkəzindən 14 kilometr, Dəllər dəmiryolu stansiyasından 7 kilometr şimalda, Gəncə — Qazax düzənliyində Kür çayının yaxınlığında olan ərazidə yerləşir.
Təhsili
redaktə9 illik təhsil sisteminə aid olan T.Əliyev adına orta məktəb əhalinin xidmətindədir.
Əhalisi
redaktəƏhalisi 870 nəfərdir.[mənbə göstərin]
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |