Qaraqus Dagi - Wikipedia
Qaraqus Dagi - Wikipedia - Haqqında Məlumat
Qaraquş dağı — Kəngərli rayonu ərazisində dağ (hünd. 2600,5 m). Dərələyəz silsiləsinin suayrıcısında zirvə. Çalxanqala kəndindən 8 km-dək şimal-qərbdədir. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Qaraquş antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsi və yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.[1]
Qaraquş dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2600,5 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.