Qarasuvbazar - Wikipedia
Qarasuvbazar ya da Beloqorsk (1944-cü ilə qədər Qarasubazar; ukr. Білогірськ, krımtat. Qarasuvbazar, Къарасувбазар) — Krım yarımadasında yerləşən şəhər. İnzibati cəhətdən Ukrayna, Krım Muxtar Respublikası, Beloqorski rayonu ərazisinə daxildir.
Qarasuvbazar | |
---|---|
Білогірськ Qarasuvbazar | |
45°03′16″ şm. e. 34°36′08″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 180 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 297600 — 297609 |
Digər | |
belogorsk.rk.gov.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəBöyük-Qarasu çayı sahilində, Krımın paytaxtı Simferopol şəhərindən 42 km şərqdə yerləşir. Simferopolu Krımın şərqi ilə birləşdirən magistral yolu keçir (Sudak, Feodosiya, Kerç).
Adı
redaktəŞəhərin tarixi adı Qarasubazar olmuşdur. Krım-tatar dilində işlənən bu şəhər adı «Qarasuda bazar» mənasını verir. Şəhər ərazisindən kiçik olan Böyük-Qarasu çayı axır. Yunanlar isə şəhəri Mavron Kastron (Qara qəsr) olaraq adlandırırdılar.
Tarixi
redaktəŞəhər haqqında ilkin məlumatlar XII əsrə aiddir. Orta əsrlər dövründə, Qarasubazar Gözleve ilə Kefe arasında mühüm karvan yolu üzərində yerləşirdi. Bütün Krımda ən məşhur bir qul bazarı olaraq bilinirdi[2][3]. Krım xanlığı dönəmində Şirin adlı zadəgan ailəsinin mülkiyyəti hesab edilirdi. Dəfələrlə (1624, 1628, 1630, 1675) zaparoje kazaklarının hücumuna məruz qalmışdır. Krımın paytaxtı Bağçasarayın 1736-ci ildə Xristofor Minixin başçılığı altında rus qoşunları tərəfindən yandırılmasından sonra II Fetih Gəray mərkəzi bura köçürür. Ancaq bir il sonra Pyotr Lassinin başçılığı altında Qarasubazarda yandırılır.
1772-ci ildə şəhərdə Rusiya imperiyası ilə Krım xanlığı arasında Qarasubazar müqaviləsi imzalanır. Bununlada Krım xanlığı Osmanlı imperiyasının tərkibindən çıxaraq Rusiya vassallığına keçir.
6 yanvar 1918-ci ildə şəhərdə sovet hakimiyyəti qurulmuşdur. Bundan sonra ağların təqibinə başlanılır. 11 noyabr 1920-ci ildə isə ağların təhlükəsi aradan qalxdıqdan sonra təqiblər tamamən dayandırılır. Krım tatarlarının deportasiyasına qədər Qarasubazarda rus əhalisi üstünklük təşkil edirdi. 1939-cu ildə krımtatarlar şəhərin üçdə bir hissəsini təşkil etmişdir[4].
XIX əsrin sonlarından XX əsrin əvvələrinə qədər Qarasubazar Qırımçaqların əsas mərkəzi sayılırdı. Ancaq Krımın almanlar tərəfindən işğalından sonra xolokosta məruz qalırlar.
1995-ci ildə şəhərin inzibati ərazisinə Novikovo kəndi də daxil edilmişdir[5].
2001-ci ildə Beloqorsk şəhəri Ukraynanın tarixi yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
Əhali
redaktə- 1926 — 7634 nəf. (2580 krımtatar, 2397 rus, 1000 qırımçaq, 426 yunan, 400 erməni, 200 ukraynalı, 190 yahudi)
- 1939 — 10 821 nəf. (4435 rus, 3529 krımtatar, 718 ukraynalı, 543 yunan, 429 yahudi, 404 alman, 263 erməni, 192 qaraçı, 181 bolqar[4]
- 1989 — 18 045 nəf.
- 2001 — 18 420 nəf. (37 % rus, 28 % krımtatar, 24 % ukraynalı)
14 oktyabr 2014-cü il məlumatına görə şəhərdə 16 354 nəfər yaşayır.[6]
- Milli tərkib
milli tərkib | ümumi, əhali. |
% hər şey | % göstərənlər |
---|---|---|---|
göstərənlər | 16131 | 98,64 % | 100,00 % |
ruslar | 9656 | 59,04 % | 59,86 % |
krım tatarları | 4466 | 27,31 % | 27,69 % |
ukraynalılar | 1170 | 7,15 % | 7,25 % |
tatarlar | 486 | 2,97 % | 3,01 % |
belaruslar | 63 | 0,39 % | 0,39 % |
yunanlar | 45 | 0,28 % | 0,28 % |
özbəklər | 35 | 0,21 % | 0,22 % |
türklər | 32 | 0,20 % | 0,20 % |
bolqarlar | 25 | 0,15 % | 0,15 % |
ermənilər | 20 | 0,12 % | 0,12 % |
polyaklar | 17 | 0,10 % | 0,11 % |
moldovanlar | 16 | 0,10 % | 0,10 % |
azərbaycanlılar | 15 | 0,09 % | 0,09 % |
almanlar | 14 | 0,09 % | 0,09 % |
digərləri | 71 | 0,43 % | 0,44 % |
göstərməyənlər | 223 | 1,36 % | |
ümumi | 16354 | 100,00 % |
Mənbə
redaktə- Belaqorsk şəhər çurasının rəsmi saytı Arxivləşdirilib 2018-03-17 at the Wayback Machine
- От Белогорска до Судака (путеводитель) Arxivləşdirilib 2009-04-26 at the Wayback Machine
- Каньон Кок-Асан под Белогорском
İstinadlar
redaktə- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Белогорск Крым. История, фотографии, карта и координаты GPS города Белогорск в центральном Крыму". 2016-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
- ↑ "Краткая история городов Крыма до 1783 года (до присоединения к России) — N2013". 2019-01-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
- ↑ 1 2 "Перепись 1939 года, город Карасубазар". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
- ↑ "О включении села Новиково Белогорского района в границы города Белогорска. Постановление от 04.10.1995 № 572-1". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
- ↑ "Таблицы с итогами Федерального статистического наблюдения «Перепись населения в Крымском федеральном округе» 2014 года". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.