Qarayusifli - Wikipedia
Qarayusifli — Azərbaycan Respublikasının Bərdə rayonunun Alpout kənd inzibati ərazi dairəsində kənd. [1]
Qarayusifli | |
---|---|
40°18′52″ şm. e. 47°10′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 50 m |
Saat qurşağı | |
Tarixi
redaktəKəndi adı Qaraqoyunlu hökmdarı Qara Yusifin adı ilə bağlıdır.[2] Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1863 ildə aparılmış siyahıya alınmasına əsasən Qarayusifli kəndi Yelizavetpol quberniyasının, Cavanşir qəzasının, 1873-cü il siyahıya alınmasına görə, Gəncə qəzasının kəndi kimi qeydə alınmışdır. Qarayusifli kəndi 1863-cü ildə 8 tüstüdən ibarət olmuşdur. Əhalisinin ümumi sayı 55 nəfərdən ibarət Qarayusiflidə 34 kişi, 21 qadın yaşamışdır. 1873-cü ildə aparılmış siyahıya alınmaya əsasən 12 tüstüdən ibarət Qarayusiflinin əhalisinin ümumi sayı 78 nəfər olmuşdur. Həmin ildə aparılmış siyahıya alınmaya istinadən Qarayusiflinin 43 kişi, 35 qadın sakini olmuşdur.[2]
XIX əsrin ortalarında Qarayusifli kəndinin yüzbaşısı Kərbəlayi Alməmməd Əhməd oğlu (1833-...) idi. Onun Gülməmməd (1825-...), Şahməmməd (1843-...) adlı qardaşları olmuşdur.[2] Hal hazırda kəndin əhalisi təxminən 1500 nəfərdir. Alpoud ərazi dairəsinin inzibati binasıda Qarayusifli kəndində yerləşir.
Qarayusifli Azərbaycan Respublikasının Bərdə rayonunun Alpout inzibati ərazi vahidində kənddir. Qarabağ düzündədir.
İkinci Qarabağ müharibəsi zamanı
redaktə2020-ci il oktyabrın 27-də saat 16 radələrində Qarayusifli kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulub. 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketi olmaqla[3] beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə endirilən zərbələr nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin vəfat edib, 14 mülki şəxs yaralanıb. Belə ki, kəndin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində 1970-ci il təvəllüdlü Cəfərova Ofeliya Məcid qızı, 1959-cu il təvəllüdlü Əhmədova Aybəniz Əşrəf qızı, 1980-ci il təvəllüdlü İsmayılov Ehtiram Xəlil oğlu, 1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub.[4]
Mədəniyyət
redaktəKənddə tam orta məktəb, klub vardır.
Əhalisi
redaktəTanınmışları
redaktəAbidələri
redaktə- 20 Yanvar abidəsi *Qarabağ müharibəsi Şəhidlərinin abidəsi
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ 1 2 3 Orxan Zakiroğlu (Baharlı).Qaraqoyunlular. I kitab. Bakı, 2015
- ↑ "Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 4 il ötür". Apa.az (az.). İstifadə tarixi: 2024-10-28.
- ↑ "Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından dörd il ötür - FOTOLENT". Apa.az (az.). İstifadə tarixi: 2024-10-28.
Mənbə
redaktə- Orxan Zakiroğlu (Baharlı).Qaraqoyunlular. I kitab. Bakı, 2015
Həmçinin bax
redaktə Bərdə rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |