Qarissa Universitet Kollecine Hucum - Wikipedia
Qarissa Universitet Kollecinə hücum (ing. Garissa University College attack) - Keniyanın Şimal-Şərq əyalətinin Qarissa adlı şəhərində baş vermiş silahlı hücum. Terror aktı bölgədə aktiv olan Əş-Şəbab terror təşkilatı tərəfindən Qarissa şəhərində fəaliyyət göstərən Qarissa Universitet Kollecinin tədris binasına təşkil edilmişdir. Hadisə nəticəsində 148 nəfərin həlak olduğu, 78 nəfərin isə yaralandığı açıqlanıb.[1]
Qarissa Universitet Kollecinə hücum | |
---|---|
Hücum yeri |
Qarissa, Keniya 0°26′56″ c. e. 39°39′43″ ş. u.HGYO |
Hücum hədəfi | Xristian tələbələr |
Vaxt |
2 aprel 2015 təx. 05:30 (UTC+3) |
Hücum üsulu | silahlı basqın |
Silah | Kalaşnikov avtomatları |
Həlak olanlar | 152 (4 nəfər silahlı) |
Yaralılar | 79 |
Terrorçu sayı | 4 |
Təşkilatçılar | Əl-Şahab |
Arxa plan
redaktəQarissa şəhəri Keniyanın Şimal-Şərq əyalətinə daxildir və əyalətin mərkəzi şəhəri hesab olunur. Şəhərin Somali sərhəddinə olan məsafəsi təxminən 200 kmdir. Qarissada əyalətin idarə mərkəzləri, hərbi düşərgələr və polis mərkəzləri yerləşir.[2] Əl-Qaidənin Somalidə olan qolu olaraq qəbul edilən Əl-Şahab tərəfindən Keniyanın Somali ilə sərhəd ərazilərindən təşkil edilən intiqam hücumları zamanı son iki il ərzində 200 nəfərdən çox şəxs həlak olmuşdur. Əl-Şahab Keniya hökümətini beynəlxalq güclərlə əlbir olaraq onlara qarşı birləşməkdə günahlandırmaqdadır. Əl-Şahab tərəfindən xüsusi ilə Keniyanın turizm bölgələri hədəf alınır.
Somalidə islami şəriət dövlətinin yaradılmasına çalışan Əl-Şahab tərəfindən Keniya ərazisində müxtəlif zamanlarda terror hücumları təşkil edilmişdir. Hücumlarda əsasən ordu birləşmələrini və polis təşkilatlarının binaları hədəf alınırdı. Qarissa Universitet Kollecinin tədris binasına təşkil edilən bu silahlı hücum qruplaşma tərəfindən Keniya ərazisində törədilən ən böyük terror aktı olaraq qəbul edilməkdədir. Silahlılar 2 aprel tarixində yerli vaxtla 05:30 radələrində tədris binasına daxil olurlar. Mühafizə xidmətinin iki əməkdaşı binanın girişindəcə öldürülür.[3]
Silahlıların əsas hədəf dairəsi xristian tələbələrin öldürülməsi idi. Kollecin yataqxanasına və əsas tədris binasına hücum edən silahlılar ümumilikdə 600 nəfərdən çox şəxsi əsir götürmüşdülər. Keniya ordusu ilə silahlılar arasında davam edən toqquşma 15 saat sonra ordunun xeyirinə yekunlaşır. Hadisə nəticəsində toplamda 152 nəfər həlak olmuşdur. Həlak olanların 142 nəfəri tələbə, 3 nəfəri Keniya ordusunun əsgəri və 3 nəfər isə yerli əyalətin polis əməkdaşları idi. Keçirilən əməliyyat nəticəsində 587 nəfəri xilas etmək mümkün olmuşdur ki, xilas edilən şəxslərin 79 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
İstinadlar
redaktə- ↑ "Kenya al-Shabab attack: Security questions as Garissa dead mourned". BBC News. 13 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2015.
- ↑ Zirulnick, Ariel. "Kenya university attack puts security capabilities under fresh scrutiny (+video)". Christian Science Monitor. 9 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2015.
- ↑ "Kenya attack: Garissa University assault 'killed 147'". BBC News. 2 April 2015. 4 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2015.