Qars Xizi - Wikipedia
Qars — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Altıağaç kənd Sovetinin Qars kəndi Tıxlı kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Qars | |
---|---|
40°51′30″ şm. e. 49°03′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Coğrafiyası və iqlimi
redaktəKənd meşə sahəsi ilə əhatəlidir. Kənddə Seyidbulaq, Qasımxan, Soyuqbulaq kimi bulaqlar mövcuddur.
Əhalisi
redaktəOğuzların bayat və ya əfşar qoluna aid olan qədirli-türk tayfaları bu əraziyə II Şah Abbasın təşəbbüsü ilə Cənubi Azərbaycanın Ərdəbil şəhərindən gəlmişlər. Qədirli tayfası şahsevənlərin bir qolu olmuşdur. Bu tayfa (qədirli) isə türk boylarından olan əfşarlara aiddir.
Hazırda kəndin daimi əhalisi azlıq təşkil edir.
İqtisadiyyatı
redaktəKənd əhalisi arıçılıq, heyvandarlıq, əkinçilik və s. ilə məşğul olur.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
Həmçinin bax
redaktə Xızı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |