Qars Ve Naxcivanda Muselman Usyanlari - Wikipedia
Qars və Naxçıvanda müsəlman üsyanları — Qars vilayəti ərazisində və keçmiş Rusiya İmperiyasının İrəvan quberniyasının Naxçıvan, Sürməli, Şərur, İrəvan qəzalarında bu ərazilərin Ermənistan Demokratik Respublikasının tərkibinə daxil edilməsinə qarşı müsəlmanların silahlı üsyanları. Üsyanlar türk milliyətçilərinin, Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin dəstəyi ilə həyata keçirilmişdir.[12] Üsyan İrəvan hökuməti tərəfindən yatırılmışdır.[13]
Qars və Naxçıvanda müsəlman üsyanları | |||
---|---|---|---|
Azərbaycan-Ermənistan müharibəsi | |||
| |||
Tarix | 1 iyul 1919–28 iyul 1920 | ||
Yeri | Qars vilayəti, Naxçıvan, Sürməli, Şərur, İrəvan | ||
Nəticəsi | Üsyanın yatırılması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Üsyanlardakı məqsədlərdən biri də Anadolu və Qafqazdakı türklər arasında pantürkist koridor yaratmaq idi. Üsyanlar ilki 1 iyul 1919-cu ildə başlamış və 1920-ci ilin 28 iyulunda bitmişdir.[14]
Osmanlı ordusunun Cənubi Qafqazdan geri çəkilməsindən sonra[a] yerli müsəlmanlar bu bölgələrin Ermənistana birləşdirilməsinə qarşı müqavimət göstərə bilmələri üçün silahlandırıldılar. 1919-cu ilin yazında Qafqazdakı Britaniya komandanı ermənilərə qurulmuş bu qurumları ortadan qaldırmağa yardım etdi. Lakin bir neçə ay sonra Anadoludan və Azərbaycandan göndərilmiş şəxslərin, yerli əhalinin qətiyyəti nəticəsində erməni administraisyası çökdü və bölgə tamamilə Azərbaycan türklərinin əlinə keçdi. Bu 1920-ci ilin yayında ermənilərin tam əks-hücuma keçməsinə qədər belə davam etdi.
Ermənilərin Naxçıvanı işğal etmək üçün göndərilmiş ordusu Azərbaycanı həmin ilin yazında işğal etmiş bolşevik ordusu tərəfindən durduruldu. Qars bölgəsi qısamüddətli erməni hakimiyyətinə tabe etdirilsə də, 1920-ci ilin sentyabrında Kazım Qarabəkir Paşanın başlatdığı hücum nəticəsində Ankara hökumətinin əlinə keçdi.[16] Üsyanlar zamanı təşkil edilmiş müsəlman-türk ordusu tərəfindən məğlub edilmiş erməni ordusuna Qafqazın şimalında olan Anton Denikin silah-sursat göndərmişdi.
Zəmin
redaktəOktyabr inqilabı və Cənubi Qafqazda rus hakimiyyətinin çökməsindən sonra, 4 iyun 1918-ci ildə imzalanmış Batum müqaviləsi ilə Ermənistan Osmanlı imperiyası qarşısında bəzi bölgələrə olan iddiasından əl çəkdi. Bu bölgələrə Qars, İrəvan quberniyasının qərb hissələri (Sürməli və Naxçıvan uyezdləri və ya müasir Naxçıvan və Türkiyənin İğdır ili) daxil idi.[17]
Müharibədə Osmanlı imperiyasının məğlub ayrılması ilə imzalanmış Mudros atəşkəsinə görə Osmanlı ordusu keçmiş rus imperiyası torpaqlarından çıxmalı idi. Brest-Litovsk sülhü ilə Rusiyadan alınmış Qars və Batum oblastlarındakı Osmanlı ordusu Antanta dövlətləri nümayəndələrinin yerlərdəki vəziyyəti öyrənməsinə qədər geri çəkilməyə bilərdi. Özünün müstəqilliyini elan etmiş Cənubi Qafqaz dövlətlərinin gələcəyi qeyri-müəyyən olaraq qalmaqda idi. Birinci Dünya müharibəsində Mərkəz dövlətlərinin məğulb olmasına görə, əvvəllər imzalanmış Brets-Litovsk və Batum sülh müqavilələri qüvvədən düşmüş elan edilmişdi. Bundan istifadə edən Ermənistan və Gürcüstan Anadoludan torpaq qoparmaq istəyində idilər. Eyni zamanda, yeni yaranmış Ermənistan, Gürcüstan və Azərbaycan respublikalarının beynəlxalq tanınması və sərhədlərinin müəyyənləşdirilməsi problemi qalmaqda idi. 1918-ci ilin oktyabrında Ermənistan bütün İrəvan quberniyası və Qars oblastına, Tiflis quberniyasının Borçalı və Axalkalaki qəzalarına, Yelizavetpol quberniyasının müəyyən bölgələrə - Zəngəzur qəzasının hamısına, Cavanşir, Qaryagin Şuşa və Qazax qəzalarının dağlıq hissələrinə - iddialar irəli sürdülər. Etnik baxımdan qarışıq olan bu yerlərdə bir-iki istisna olmaqla ermənilər heç bir yerdə əhalinin əksəriyyətini təşkil etmirdilər. Buna baxmayaraq, ermənilər iddialarını bu yerlərin "qədim və orta əsrlərdə erməni dövlətçiliyinə daxil olduğu" və "əhalinin çox hissəsinin emrənilərdən təşkil edildiyi" ilə əsaslandırmağa çalışırdılar. Hətta bəzi dairələrdə, ermənilər dənizə çıxış əldə edə bilmək üçün Batuma belə iddia qaldırmışdılar. Keçmiş İrəvan qubernatorluğunun cənub əyalətləri olan Şərur və Naxçıvan da Ermənistanın ərazi iddialarının Britaniya işğalçı hakimiyyəti tərəfindən dəstəkləndiyi ərazilər sırasında idi. Lakin bu rayonların Ermənistanın tərkibinə daxil edilməsi yerli müsəlman əhalinin, əsasən, bu dövrdə bu ərazilərdə mütləq çoxluğa malik olan tatarların (azərbaycanlıların) istəklərinə zidd idi. Baxmayaraq ki, o zaman yerli azərbaycanlılar, hətta Türkiyənin dəstəyi ilə belə, nizami erməni qoşunlarına müqavimət göstərə bilməzdilər, lakin erməni qoşunlarının erməni-gürcü döyüşünə cəlb olunması səbəbindən ermənilər bu ərazilərə nəzarətin yaradılmasını təxirə saldılar. Osmanlı ordusunun bu bölgələri boşaltması 1918-1919-cu illərdə baş verdi. Bölgələrin boşaldılması ilə formalaşdırılmış müsəlman-türk qurumları Ermənistan və Gürcüstanın qərbə doğru genişləmə istəkləri qarşısında buraxıldı. Müharibədə ağır bir şəkildə məğlub olmasına baxmayaraq Osmanlı türklərindən olan şəxslər Britaniyanın Cənubi Qafqazdan çıxmasından sonra yerli əhalini erməni hakimiyyyətinə qarşı üsyana başlamağa təşviq edirdi.[18][19][20][21][22][23][24][25][26] Bu təşviqlər və ermənilərin yerli əhaliyə qarşı etnik təmizləmə siyasəti 1919-cu ilin yayında yerli türklərin üsyana başlamasına səbəb oldu.
Dövrün müasiri olan qaynaq yazır:
1919-cu ilin yayından etibarən, repatriasiya məsələsi geniş yayılmış müsəlman üsyanları ilə tamamilə kölgədə qaldı. Sözügedən repatriasiya məsələsini ermənilərin həyatda qalması məsələsinə dönüşdürmüşdü.[25]
1921-ci ildə C. E. Bechhofer Roberts yazırdı:
İğdır cəbhəsində General Sebo kürdləri kənarda saxlayırdı...Ararata tərəf [Ağrı dağı] Qəmərli cəbhəsi idi. Orada düşmən, təbii ki, türk yardımçıları tərəfindən dəstəklənən və onların agentləri tərəfindən təşviq edilən Tərtər idi. Düşmən ixtiyarında olan Naxçıvana gedən yol uzaq Şərqdədir.[2]
Böyük Britaniya qüvvələrinin gəlişinə qədər Naxçıvan
redaktə4 iyun 1918-ci ildə imzalanmış Batum müqaviləsinə görə Naxçıvan qəzasının 2/3 hissəsi, Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və İrəvan quberniyasının İrəvan qəzasının cənub hissəsi Osmanlı imperiyasına verildi. Yerdə qalan bölgələr – Şərur-Dərələyəzin Dərələyəz hissəsi, Naxçıvan qəzasının Ordubad hissəsi Ermənistan ilə Azərbaycan arasında mübahisəli ərazi elan edildi. Azərbaycan, Ermənistan və Gürcüstan Osmanlı dövlətinin dəvəti ilə İstanbulda toplanan konfransa nümayəndələr göndərdi. Konfransın məqsədi Cənubi Qafqaz dövlətləri arasındakı ərazi münaqişəsini Mərkəz dövlətlərinin 4 üzvü ilə müzakirə etmək idi. Osmanlı müdafiə naziri Ənvər paşa ilə 1918-ci ilin yayında baş tutan görüşlərində ermənilər Dərələyəzə olan iddialarını dilə gətirdilər və bu iddialar Azərbaycan nümayəndələrinin etirazı ilə qarşılandı. Azərbaycan tərəfi öz iddialarını Dərələyəzin əsasən müsəlmanlar tərəfindən məskunlaşdırıldığı ilə əsaslandırırdı. Naxçıvan məsələsində də, xüsusən osmanlılar tərəfindən ələ keçirilməmiş Ordubad ilə bağlı da iki dövlət arasında münaqişə var idi.[27]
Riçard Hovanisiyanın İttihad və Tərəqqi Cəmiyyəti daxilində mötədillərdən biri kimi qələmə verdiyi Üçüncü Osmanlı ordusu komandanı Vehib Paşaya görə, Ermənistan Yeni Bəyazid və İrəvanın hissələrindən, Üçmüədzin və Aleksandropoldan ibarət ola bilərdi. Bu o anlama gəlirdi ki, Osmanlı nə Dərələyəzi, nə də Ordubadı Ermənistanın bir hissəsi olaraq görmür. Bundan başqa, Ordubad Naxçıvanın digər yerlərini Qarabağ ilə birləşdirirdi və Osmanlı imperiyası da Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırdı. Buna görə də Ordubad Ermənistanın bir hissəsi ola bilməzdi, bundan da başqa, Ordubadın ermənilərə veriləcəyi halda, Azərbaycanla Osmanlı imperiyası arasında birbaşa əlaqə olmaz və bu da onun regionda strateji məqsədlərinin həyata keçirilməsinə mane olardı.[27]
Ermənilərin İstanbul konfransı boyunca Şərur-Dərələyəz və Naxçıvan üçün cəhdləri heç bir nəticə vermədi. 30 oktyabr 1918-ci ildə Mondros atəşkəsinin imzalanması ilə Osmanlı imperiyasının Cənubi Qafqazdakı nəzarəti Böyük Britaniya ilə əvəz edildi. Bu dəyişiklik erməni hakimiyyətində yeni ümidlərin meydana çıxmasına şərait yaratdı. Bundan yararlanan erməni hökuməti Antanta dövlətlərinə qarşı aktiv diplomatik cəhdlərə başladı. Məqsəd Paris Sülh konfransında Antanta dövlətlərinin buna yönəlik razılığını almaq idi. Ermənistanın Versal sülh konfransındakı nümayəndəliyinin rəhbəri Avetis Ahoroniyan 17 may 1919-cu ildə konfrans rəhbərliyinə memorandum təqdim etdi. Memorandumda Naxçıvana və Şərur-Dərələyəzə olan torpaq iddiaları da əks etdirilmişdi.[28]
Azərbaycan türklərinin üsyanları
redaktəZəngibasar
redaktəBölgədən keçən Zəngi çayına görə (müasir dövrdə Hrazdan adlandırılır) Zəngibasar adlandırılan (bölgənin əsas məntəqəsi də Zəngibasar adlandırılmaqda idi və müasir Masis bölgəsinin bir hissəsini əhatə etməkdə idi) bölgə Ermənistanın müasir Ararat bölgəsinin şimal-qərbində və Ermənistanın paytaxtı İrəvandan cəmi 9 km cənub-qərbdə yerləşməkdə idi. Orada ümumilikdə 26 türk yaşayış məntəqəsində 30 min insan yaşamaqda idi. Erməni hakim dairələrinin bölgəyə Azərbaycan türklərindən nümayəndələr təyin etməsinə baxmayaraq, onların real hakimiyyəti Uluxanlıdakı məntəqələrindən o tərəfə keçmirdi. Həmçinin bölgə əhalisi Azərbaycan və Anadoludan gəlmiş şəxslərin ermənilərə qarşı mübarizəyə başlamağı ehtiva edən təbliğatına məruz qalırdılar.[29]
Eyni zamanda yerli əhalinin 1918-ci ildən etibarən ermənilər tərəfindən etnik təmizləməyə məruz qalması bu təbliğat üçün münbit zəmin formalaşdırmışdı.
Vedibasar
redaktəArarat vilayətinin cənubunda yerləşən Vedibasar bölgəsi əsasən Azərbaycan türkləri tərəfindən məskunlaşdırılmışdı və Böyük Vedinin açar məntəqəsi idi. 1 iyul 1919-cu ildə Böyük Vedidən olan süvari dəstə Dəvəli dəmiryolu stansiyasına hücum edərək emrəni əsgərlərini öldürdülər. 3 gün sonra 400 hərbçidən ibarət olan erməni ordusu Böyük Vediyə ultimatum göndərərək hücumda iştirak edən süvarilərin onlara təhvil verilməsini istədilər. Böyük Vedi buna meaxniki silahlardan açılan atəşlə cavab verdilər və bu atəşlə 160 erməni öldürüldü.[30] Növbəti 10 gün ərzində erməni silahlıları kəndə durmadan hücum etsələr də, onu ələ keçirib yağmalaya bilmədilər. Kənd sakinləri effektiv şəkildə müdafiə olunmaqda idi. 10 avqust 1919-cu ildə Drastamat Kanayan hücuma keçib 5 döyüçən kəndi ələ keçirib Böyük Vedi yüksəkliklərinə çatsa da, məntəqəni ələ keçirə bilmədi.[31]
14 iyul 1919-cu ildə Azərbacanın Ermənistandakı nümayəndəsi və müsəlmanların uğurlu müqavimət göstərməsində mühüm rol oynamış[32] Məhəmməd xan Təkinski Bakıya göndərdiyi məktubda bunları qeyd edirdi:
Böyük Vedidəki vəziyyət ciddidir, Ermənistan bütün qüvvələrini cəmləşdirməkdədir. Hərbi səfərbərlik elan edilmişdir. Müsəlmanlar Azərbaycanın hərbi müdaxiləsi ilə azad edilə bilər...Müsəlmanların inadkar müqaviməti ingilisləri qəzəbləndirmişdir. Döyüşlər davam etməkdədir. Müsəlmanların yardım üçün müraciətinə cavab olaraq mən elan etdim ki, Azərbaycan indilik ordu ilə yardım edə bilməz, lakin müsəlmanların bütün itkiləri və onlara vurulmuş zərər dərhal Azərbaycan tərəfindən kompensasiya ediləcəkdir. Bütün Şərur-Naxçıvan-Ordubad və Qars bölgəsində böyük hadisələrin baş verəcəyi gözlənilir. Bir gün belə itirmədən, hərbi təşkilatlar üçün böyük məbləğdə pul göndərin.[30]|author=Mahammad khan Takinski}}
Üç gün əvvəl Təkinski Azərbaycan hökumətinə ermənilərin Böyük Vedidə 200 itki ilə nəticələnən və yerli əhalinin "iki artilleriya və səkkiz pulemyot" ələ keçirməsi ilə nəticələnən uğursuz əks-hücum barədə məlumat vermişdi. Ermənilər bütün bu məğlubiyyətlərini guya bu üsyanlarda türk zabitlərinin iştirakı ilə əlaqələndirsələr də, tarixçi Cəmil Həsənli orada bir dənə belə türk zabitinin olmadığını yazmaqdadır.[33]
Bundan bir ay əvvəl, 1919-cu ilin iyununda Bakıya yazmış olduğu məktubda Məhəmməd xan Təkinski bunları qeyd edirdiI:
Ermənilər Bakını işğal edəcəklərinə ümid edərək Dobrarmiyanın Könüllü ordu hərəkətinə sevinirlər, baxmayaraq ki, iyunun 1-də Xatisov naharda məni müstəqilliyin özünü [qoruması] məsələsində Ermənistan və Azərbaycanın ümumi maraqlarının olduğuna təminat verdi. Dobarmiya ilə mürəkkəb vəziyyət yarandığı zaman Ermənistan bizə düşmən mövqe alacaq, buna görə də, tez bir zamanda hərbi təşkilatlara pul ayıraraq Şərur-Naxçıvan bölgəsində Ermənistana təhdid formalaşdırmaq lazımdır. Gördüyüm tədbirlər sayəsində artıq Şəruro-Naxçıvan [və] Ordubad mənimlə daim əlaqə saxlayan Milli Şuranın ətrafında birləşiblər.[34]
Şərur-Naxçıvan
redaktəİrəvan yaxınlığında baş vermiş üsyanlardan cəsarətlənən Xəlil Sami bəy yerli süvari dəstəyə komandanlıq etmək üçün Şərqi Bəyazid istiqamətindən Şərura keçdi. Sonradan Britaniya komandanlığı Naxçıvandakı erməni hakimiyyətinin "gücsüz" olduğu xəbərini aldı, bunu sonrakı günlərdə baş verən millətlərarası toqquşmalar da göstərdi. Naxçıvan şəhəri üzərində ingilislər tərəfindən qurulmuş erməni hakimiyyəti yerli əhali tərəfindən ortadan qaldırıldı, erməni ordusu məğlub edildi və qovuldu. 21 iyulda Təkinski öz hökumətinə erməni hakimiyyətinin Şərurdan qovulduğunu yazdı. Yerli əhalinin bu üsyanı bütün Naxçıvana yayıldı və Gülüstan məntəqəsindəki ermənilər Arazı keçərək İrana qaçdılar. 6 min erməni Dərələyəzə, Yeni Bəyazid qəzasına və Zəngəzur qəzasına qaçdı.[35] Üsyan nəticəsində Şərur-Naxçıvanda 45 erməni kəndinin dağıdılmasına və onların 10 min əhalisinin qırğına məruz qalmasına,[7] o cümlədən ermənilərin məskunlaşdığı Yuxarı Əylis kəndinin və onun 1400 əhalisinin dağıdılmasına görə məsuliyyət Xəlil Sami bəydə idi.[36][37] Həmin ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri Səməd bəy Mehmandarov öz hökumətinə şikayət edirdi ki, Şərur-Naxçıvan bölgəsindəki İran agentləri yerli əhalini İrana keçməyə şirnikləndirir.[38]
Ermənistana təsirləri
redaktəGeneral A. Denikin bu hadisələr haqqında yazırdı:
İyul hadisələri Ermənistan ordusunu çarəsiz vəziyyətdə qoydu: tüfəng ehtiyatının tam olmaması və cəmi 300 min üç xətli patronun olması onun döyüş qabiliyyətini məhdudlaşdırdı və səfərbərliyi mənasız etdi. Bu arada ölkənin bütün cənubu və cənub-şərqi müsəlman qiyamının məngənəsində idi. [Üsyan] cənubdan İrəvana doğru yayıldı, Qars və Aleksandropolu təhdid etdi və Sadaxlı yaxınlığında neytral zonada ölkənin yeganə qida damarını (dəmiryolunu) kəsmək təhlükəsi ilə asılı qaldı.[39]
Üsyanların yatırılması
redaktəQızıl ordunun Azərbaycanı işğal etməsindən bir neçə ay sonra – 18 iyun 1920-ci ildə, erməni hökuməti İrəvanın təxminən 15 km cənub-qərbindəki üsyanlarını davam etdirən zəngibasarlılara erməni hakimiyyətinə tabe olmaq barədə ultimatum göndərdi. Ultimatuma cavab verilməsini gözləmədən erməni ordusu növbəti gün bu kəndlərə tam qüvvəsi ilə hücuma başladı. Baş vermiş döyüşlərdə Ermənistanın baş nazirinin oğlu leytenant Aram Xaçaznuni öldürüldü.[40] 21 iyunda çoxsaylı erməni ordusu silah-sursatı qat-qat zəif olan Azərbaycan türklərinə qalib gəldi və İrəvanın ətrafınfa öz hakimiyyətini təmin etdi.[41][42][43][44] Yerli əhali ermənilərin soyqırımına məruz qalmamaq üçün qonşu Sürməli qəzasının Aralıq bölgəsinə qaçdılar. Döyüşün sonlanmasından sonra Ərəş və Nuxa qəzalarından gəlmiş könüllü erməni döyüşçüləri türklər tərəfindən boşaldılmış evləri yağmalamağa başladılar.[45]
Zəngibasar və Oltudakı qələbədən sonra özünə inamı artan erməni hərbi dairələri[46] Vedibasarı və Şərur-Naxçıvanı ələ keçirmək hazırlıqlarına başladı.[47] Vedibasara hücum 11 iyulda başladı və növbəti gün erməni silahlıları bölgəni və Vedibasarı ələ keçirdilər. Bununla da onlar, İrəvan və Şərur-Dərələyəz qəzalarının sərhədində yerləşən və Qurd Keçidi adlandırılan keçidə çatdılar. Beləliklə d, buralardakı türklər yenə evlərini tərk etməyə məcbur oldular və bu dəfə cənuba – Şərura yönəldilər.[48]
14 iyulda erməni hücumu Qurd Keçidi vasitəsiylə Şərura doğru davam etdirildi. Bölgə iki gün sonra ələ keçirildi və yerli əhali Araz çayını keçərək İrana qaçmağa məcbur oldu.[49] Ermənilərin Naxçıvan qəzasına daxil olmasından əvvəl Naxçıvandakı Milli Şura sülh təklifi ilə çıxış etdi. Güman edilir ki, sülh təklifi güc toplamaq üçün edilmişdi, hər bir halda, ermənilər hücumlarını davam etdirdilər. Nəticədə, Naxçıvanın 40 km şimal-qərbində yerləşən Şahtaxtı ermənilər tərəfindən ələ keçirildi.[50] Bu zaman, artıq aprel ayında Azərbaycanı işğal etmiş bolşevik ordusu Naxçıvanın cənubuna çatdı. Bu ordunun məqsədi Anadoludakı Ankara hökuməti ilə quru əlaqəsi formalaşdırmaq idi. "Sovet Rusiyası və Qırmızı Türkiyə birləşmiş ordularının komandanı" Polkovnik Tarxov, Şahtaxtıdakı ermənilərə müraciət etdi və Naxçıvanda sovet hakimiyyətinin yaradıldığını bildirdi. Beləliklə də, erməni yürüşü sonlandırıldı.[51]
Yürüşü zamanı Qacar İranının XİN rəhbəri ermənilərə müraciət edərək hücumun sürətini azaltmağa çalışdı. O, bildirdi ki, "Naxçıvan sakinləri Maku sərdarı və Təbrizdəki hakimiyyət dairələri vasitəsiylə müdafiə üçün müraciət etmişdirlər" və onlar "keçmiş Qacar təbəələri və əsasən, şiələr olduğu üçün" hökumət "bu müraciətə biganə qala bilməz".[52]
Oltu və Zəngibasara hücumun Türkiyədəki müzakirələri
redaktəErmənilərin hücumları Türkiyə Böyük Millət Məclisinin də müzakirəsinə çıxarılmışdı. 1920-ci il avqustun 14-də Ərzurumdan olan millət vəkillərinin sorğusuna cavab olaraq Mustafa Kamal Atatürkün Məclisdə verdiyi izahatda Gəncədə bolşeviklərə qarış Nuru paşanın komandanlığı altında üsyanın baş verməsindən istifadə edən erməni qoşunlarının iki istiqamətdə — 19 iyun tarixində Oltu Milli Şurası üzərinə, digər qismi də Zəngibasar Milli Şurası üzərinə hücuma keçdiyi bildirilir. Onun sözlərinə görə, həm Zəngibasar Şurası, həm də Oltu Şurası gerçəkdən Ermənistan Cümhuriyyətini təhdid etmək durumunda idilər. Atatürk ermənilərin hücumuna qarşı türk ordusunun bəzi önləmlər almaq məcburiyyətində qaldığını söyləyir və əlavə edir ki, Bəyazid istiqamətindən lazımi qədər qüvvəni Zəngibasar Milli Şurasının silahlı qüvvələri daxilinə keçirmişlər. Arazın güneyinə çəkilmiş Milli Şura qüvvələri ilə Türkiyədən göndərilən qüvvələrin birləşməsindən sonra həm Zəngibasara, həm də Oltuya qarşı hücuma keçən erməni qüvvələri durdurulmuşdu. Bundan sonra Mustafa Kamal Atatürk erməni silahlı qüvvələrinin zirehli qatardan istifadə edərək iyulun 10-dan etibarən İrəvan-Culfa dəmiryolu boyunca güneyə doğru irəlilədiyini söyləyir.[53]
Türk və kürdlərin üsyanları
redaktəSürməlidə
redaktə1918-ci ilin əvəvlərində Sürməli qəzasında müsəlmanlarla (Azərbaycan, Anadolu türkləri və kürdlər) ermənilər arasında ciddi toqquşmalar yaşandı. Bu zaman Osmanlı ordusu bölgədə irəliləmiş, ardınca isə geri çəkilməyə məcbur qalmışdı. Bu zaman isə Van və Sasun bölgəsindən gələn ermənilər Sürməliyə daxil olmuşdular. Növbəti il, İrəvan ətrafındakı Zəngibasarakı üsyan tam sürəti ilə irəliləyərkən Aralıqdakı müsəlmanlar Ərzurumdan olan bir hərbçinin ətrafında təşkilatlanaraq zəngibasarlılara yardım üçün erməni silahlılarına hücumlar təşkil etdilər. Avqustun əvvəlində, Şamil bəy Ayrımlının komandanlığındakı hərbi dəstə Sürmə ətrafındakı erməni qarnizonunu bölgədən qovdu. Nəticədə xeyli sayda erməni və Yezidi İğdıra, oradan da Araz çayını keçərək Üçmüədzin qəzasına (müasir Armavir və Araqotsotn əyalətləri) çaçdı. Beləliklə, bundan sonra Sürməlidəki erməni hakimiyyəti qəzanın inzibati mərkəzi olan İğdırın ətrafındakı Sürməli ovası ilə məhdudlaşdırıldı. Sentyabrda kürd süvarilərinin ermənilər üzərinə yürüşləri davam etdi və üsyan edən kürd kəndləri ermənilər tərəfindən yandırıldı.[54]
Kağızmanda
redaktə17 avqust 1919-cu ildə Ömər ağa və Həsən bəyin rəhbərliyindəki mindən çox kürd tayfa üzvləri Kağızman dairəsinin inzibati mərkəzi olan Kağızmandakı emrənilərlə döyüşürdülər. Onlar polkovnik Şağrutyanın komandanlıq etdiyi erməni döyüşçülərin buranı boşaltmasını istəyirdilər. Növbəti gün ermənilər kürdləri məğlub etib geri çəkilməyə məcbur etdilər. Döyüşlər 28–30 avqust tarixində də davam etdi. Bu zaman kürdlər Sarıqamışdakı erməni qüvvələrini mühasirəyə almağa çalışsalar da uğursuz oldular və Başköy ilə Gürbüzlərə geri çəkildilər. İki gün sonra emrənilər Gümrüdağını ələ keçirib, tayfa üzvlərini Qazilər məntəqəsinə geri çəkilməyə məcbur etdilər. Yolların və dəmiryollarının türklər və kürdlər tərəfindən kəsilməsinə görə, Sarıqamışdan 6 min erməni və yunan başqa yerlərə yollandılar. Sentyabrın əvvəllərində erməni ordusu Qars bölgəsindəki əvvəlki hakimiyyətini bərpa edib, yunan, rus və erməni kəndliləri əvəvlki yerlərinə geru qaytardı. Bununla paralel şəkildə, bölgədə yaşayan türklər və kürdlər də ermənilərin gəlməsi ilə yaşadıqları geri tərk etdilər.[55]
Ərdahan və Qarsda
redaktəQars oblastını ələ keçirən erməni hakimiyyəti mahallara yerli əhalidən nümayəndələr təyin etmişdi. Bunlar 40 kənddən ibarət Çıldır, 42 kənddən ibarət Ağbaba (müasir Amasiya), 45 müsəlman, 20 rus malakan kəndindən ibarət Zəruşad (müasir Arpaçay) mahalları idi. Buraya təyin edilən müsəlmanlar Qars və Ərdahan dairələrindəki yerli əhalinin erməni hakimiyyətinə sadiqliyini təmin etməli idi. Bundan başqa, bölgədə Anadolu və Azərbaycan türklərinin nümayəndələri yerli əhalini ermənilərə qarşı mübarizəyə qaldırmağa çalışsa da, erməni hakim dairələri yerlilərin silahlarını əllərindən almağa çalışmırdı. 12 yanvar 1920-ci ildə bu nümayəndələr yerli əhaliyə təlim keçib ermənilərin yaşadığı Qızıl-Çaxçaxda (müasir Akyaka) yerləşən qatar stansiyasını ələ keçirməyə cəhd etdi. 24 yanvarda Çıldır, Ağbaba və Zəruşaddakı erməni hakimiyyətinə tamamilə son qoyuldu və növbəti gün bölgədə hərbi rejim elan edildi. Polkovnik Hovhannes Mazmanyan 28 yanvarda bölgədə olanlara tamamilə bitərəf yanaşan malakan rusları təmsilçi kimi istifadə etmək qərarına gəldi. Onlar müsəlmanları erməni hakimiyyətinə tabe olmağa dəvət etməli idilər. Lakin bu cəhd uğursuzluqla nəticələndi. Bundan qısa müddət sonra, Mazmanyan, 1 fevral tarixində mübarizəyə qalxmış kəndlilərin kəndlərini bombardman edib ordu ilə kəndlərə daxil olmağa başladı. Zəruşad kəndləri yenidən ələ keçirildi. Bundan 9 gün sonra Zəruşad kəndləri rəsmi şəkildə erməni hakimiyyətini qəbul etdilər və bir qədər sonra Qarsda bunu şəxsən təstiqlədilər.[56] Çıldırlılar 14 martda tabe olsalar da, erməni ordusu onların məntəqələrini bombardman etməyə davam edirdi. Bu hadisələr nəticəsində 10 mindən çox insan öz evlərini tərk etməyə məcbur oldu. Onların çoxu Azərbaycana köçdü.[57]
Penek
redaktəErmənilərin Zəngibasar üsyançılarına qarşı əks hücumu ilə eyni vaxtda kürdlərin nəzarətində olan Oltu dairəsində (indiki Ərzurum vilayətinin şərqində) Penekdə kömür ehtiyatlarını ələ keçirməyə cəhd etdilər.[46] Ermənilərin müsəlmanların əksəriyyəti təşkil etdiyi torpaqları birləşdirmə siyasəti muxtariyyət verməklə döyüşsüz mülki birləşdirmə ilə hərbi yolla və ya təhdid yolu ilə birləşdirmə arasında haçalanmışdı. Qars general-qubernatorunun qəzəbinə görə, Oltu məsələsində sonuncu siyasət üstünlük təşkil etdi. Həm erməni, həm də türk sənədləri bölgədə fəaliyyət göstərən türk hərbi nümayəndələrinin olduğunu göstərməkdədir. Buna baxmayaraq, 19 iyun 1920-ci ildə başlayan ermənilərin hücumu Oltu dairəsinin şərq hissəsinin ələ keçirilməsi ilə sonlandı. 22 iyunda Penekə hücum edən ermənilər bölgənin türk-kürd müdafiəçilərini məğlub etməyi bacardılar.[42] Beləliklə də, yeni terk-erməni sərhədi Oltu çayından keçməyə başladı.[16]
Antanta dövlətlərinin reaksiyası
redaktəNaxçıvanla bağlı fəaliyyətləri
redaktəMudros atəşkəs müqaviləsi ilə Cənubi Qafqazda hadisələrin axarı dəyişməyə başladı. Müqavilənin 11-ci maddəsinə görə, orduların bir hissəsinin çıxarılmasına əmr verilmişdi, yerdə qalan qüvvələrə isə hadisələrin öyrənilməsindən sonra qərar veriləcəkdi. Müqavilədə dəqiq olaraq hansı hissələrin artıq evaukasiya edildiyi, hansı hissələrin isə qarşıdakı zaman ərzində ediləcəyi dəqiq olaraq göstərilməmişdi. Osmanlı ordusu geri çəkilərkən yerli əhalinin özünü qoruması üçün müəyyən qurumlar formalaşdırdı. Bunlardan biri də 22 noyabr 1918-ci ildə Naxçıvanda qurulan Araz Türk Respublikası idi.[58] İngilislər bölgəyə gəldikdən sonra bunun Osmanlı türklərinin istəyi formalaşdırıldığını düşünərək bu qurumu ləğv etdilər.[59] Beləliklə, 26 yanvar 1919-cu ildə "inzibati şura kimi yerli Tatar[b] hökuməti" ilə birlikdə Naxçıvanda Böyük Britaniya hərbi nümayəndəliyi qurulur. Bu şuranın məqsədi Paris Sülh Konfransında bölgənin gələcəyinə qərar veriləcəyi vaxta qədər sabitliyi qorumaq idi. Bununla da, bölgə artıq Osmanlı hakimiyyətindən çıxmış olurdu.[60]
Hovanisyana görə, erməni hökumətinin Böyük Britaniyanın yerli "tatar" əhali ilə hərbi nümayəndəlik qurmasını qəbul etməsinin səbəbi onun buna qarşı çıxacaq hərbi gücünün olmaması idi.[10] Bu qərar Britaniyanın 7 fevral 1919-cu il tarixli memorandumuna uyğun gəlirdi və ona görə, "Qafqazın erməni vilayətləri" Osmanlı İmperiyası ərazisində yaradılacaq yeni erməni dövlətinə birləşdirildiyi halda, sərhəd Oltu, Qars, Aleksandropol, İrəvan və Culfa məntəqələrini (Naxçıvan daxil olmaqla) əhatə etməli idi. Tarixçi Kəmalə İmranlı-Lowe bunu belə şərh edir:[61]
Müttəfiq dövlətlərin Şərqi Anadolu və Cənubi Qafqaz vilayətlərindən ibarət Ermənistanın yaradılması ilə bağlı planlarını, həmçinin "nahiyə"nin qəza və ya dairə demək olduğunu və "Culfa" adlı bir dairənin və ya qəzanın olmadığını nəzərə alsaq, belə bir fikir söyləmək olar ki, Britaniya memorandumu Culfaya qədər Naxçıvan qəzasının böyük bir hissəsini və Şərur-Dərələyəz qəzasının Şərur hissəsini nəzərdə tuturdu.
1918-ci ildə ABŞ prezidenti Vudro Vilson tərəfindən elan edilmiş prinsiplərə görə, mübahisə qaynağı olan bölgələrin taleyinə referendumla qərar verilməli idi. Müsəlmanların üstünlükdə olduğu Naxçıvan və Şərur-Dərələyəz qəzalarında bunun üçün referendum keçirilmədi və qəzalar Britaniya tərəfindən Ermənistana verildi. 30 aprel 1919-cu ildə Azərbaycan hökuməti Britaniyaya bu qərara görə rəsmi şəkildə etiraz etdi Qarabağ işinin Naxçıvanla müqayisəsinin əleyhinə danışdı. Etirazda bu bölgələrin coğrafi mövqelərinin və əhalinin etnik nisbəti göstəricilərinin fərqli olduğu qeyd edilmiş, Zəngəzur, Cavanşir, Şuşa və Cəbrayıl qəzalarının Azərbaycanın mərkəzində yerləşdiyi, dolğun müsəlman əhali ilə əhatələndiyi, əhalinin də əksər hissəsini müsəlmanlar təşkil etdiyi bildirilmiş, Qarabağ bölgəsindəki erməni əhalinin kiçik qruplar şəklində yaşadığı, heç bir yerdə əksəriyyəti təşkil etmədiyi elan edilmişdi. Naxçıvan, Sürməli və Şərur-Dərələyəzdə isə vəziyyət belə deyildi və müsəlmanlar əhalinin əksəriyyətini təşkil edirdilər. Azərbaycan hökumətinin etiraz mətninə görə, Qarabağdakı Zəngəzur, Cavanşir, Şuşa və Cəbrayıl qəzaları Azərbaycan hökuməyinin inzibati sferasındadır və onun yalnız çox kiçik bir hissəsi Andronik tərəfindən müvəqqəti ələ keçirilmişdir. Beləliklə, sözgedən bölgələrin Azərbaycan hakimiyyətinə transferi sadəcə əvvəlki vəziyyətin bərpa olunması kimi qiymətləndirilməli idi. Naxçıvan ilə birlikdə, Şərur-Dərələyəz, Sürməli və İrəvan qəzasının bəzi hissələrinin heç bir zaman Ermənistana daxil olmadığı qeyd edilir, bu bölgələrin Ermənistana verilməsinin əvvəlki vəziyyəti bərpa etmədiyi, əksinə yeni bir vəziyyət formalaşdırdığı yazılırdı. Azərbaycan hökumətinin etirazı cavabsız buraxıldı və Naxçıvanda erməni hakimiyyəti 3 may 1919-cu ildə quruldu. Hər bir halda, iyun ayının sonlarında gələn hesabatlardan aydın olur ki, ermənilər ilə müsəlmanlar arasında münasibətlər bu zaman kəsiyində çox pisləşmişdir. 18–20 iyul tarixində Naxçıvan müsəlmanların üsyanı başladı, üsyanı yatıra bilməyən ermənilər 25 iyulda qaçmağa başladılar.[61]
11 avqust 1919-cu ildə hesabat üçün yazılmış sənəddə Naxçıvandakı erməni hakimiyyətinin uyğunsuzluğu qeyd edilmişdi. Sənədə görə, ermənilər artıq mövcud olan, Britaniya qubernatoru nəzarətində fəaliyyət göstərən "tatar" inzibati orqanları ilə əməkdaşlıq etmək əvəzinə, dərhal yerli şuraları dağıtmış və "tatar" inzibati tənzimləmələrini ləğv etmişdirlər. Bundan da əlavə, müsəlman əhalisini, xüsusən də mülklərini qorumaq üçün silaha ehtiyacı olan bir çox sürü sahibi kənd əhalisini tərksilah etmək cəhdləri qan tökülməsinə səbəb olmuş və Britaniya hakimiyyətini Ermənistan hökumətinə bunu ləğv etməyi tövsiyə etməyə məcbur etmişdi. Bunları qeyd edən, britaniyalı müvəqqəti ali komissar vəziyyətin qaneedici olmadığını da yazırdı. O, xəbərdarlıq etdi ki, əhalinin əksəriyyətinin ermənilərə qarşı bu qətiyyətli müqaviməti son həddə çatacaq. Avqustun əvvəlində azərbaycanlılar Naxçıvanı Azərbaycan Cümhiruyyətinin ayrılmaz hissəsi kimi elan etdilər.[62]
Təklif edilən neytral bölgə
redaktəErmənistana təyin edilən Müttəfiqlər Ali Komissarı Uilyan N. Haskell, Qarabağın Azərbaycana tabe etdirilməsindən bir həftə sonra İrəvan quberniyasının cənubunda – ermənilərə qarşı mübarizənin getdiyi Şərur-Naxçıvan da daxil olmaqla – neytral bölgənin yaradılmasını təklif etdi.[63] 29 avqust 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski bu təklifi qəbul etsə də, Dərələyəz bölgəsinin də buraya daxil edilməsini tələb etdi. Bundan başqa, Azərbaycan bu qurumun xərclərini qarşılayacaq və Culfa ilə Bakı arasında dəmiryolu çəkəcəkdi. Azərbaycan tərəfindən imzalanmış bu təklif Haskell tərəfindən erməni rəsmilərinin qarşısına gətirilən zaman onlar onu rədd etdilər. Ermənilər bu təklifin Naxçıvanı texniki olaraq Azərbaycanın bir hissəsi olacağı ilə əsaslandırırdılar. Həmçinin onlar Şərur-Dərələyəzin bir hissəsi olan Dərələyəzin bu quruma daxil ediləcəyi halda, ermənilərin oradakı sabit hakimiyyətlərini itirəcəyini və İrəvan ilə Zəngəzurun ermənilər tərəfindən idarə edilən hissəsi ilə əlaqənin kəsiləcəyini düşünürdülər. Erməni rəsmiləri üsyançıların nəzarəti altında olan ərazilərlə məhdudlaşan Amerika qubernatorluğunun yaradılmasında təkid edirdilər, lakin Azərbaycan hökuməti Zəngəzuru Ermənistandan qoparmaq məqsədinə nail ola bilməyəcəyindən bu, rədd edildi.[64]
Andronikin Qarabağdan getməsindən bir qədər sonra Qarabağ erməniləri 1919-cu ilin avqustunda Azərbaycanın hakimiyyətini tanıdılar. Bu tanınmada Britaniyanın dəstəyi çox mühüm idi. Britaniyanın həmin dəstəyi Naxçıvanda ermənilərə verməsinə baxmayaraq, onlar Naxçıvanı özlərinə tabe edə bilmədilər. Erməni baş nazir Ovannes Xaçaznuni öz xatirələrində də qeyd edir ki, ermənilər Naxçıvan və Şərurda hətta öz silahları ilə belə hakimiyyətlərini qura bilmədilər. Tarixçi İmranlı-Lowe bunu onunla əlaqələndirir ki, Naxçıvandakı müqavimət yerli müsəlman xalqa əsaslandığı halda, Qarabağdakı müqavimət yad idi və əsasən, Türkiyə ermənilərinin ideallarına əsaslanırdı. Britaniya XİN hesabatlarında da bu əks etdirilmişdir və bunun Türk erməniləri arasında qaynaqlandığı, onların ideallarını əks etdirdiyi qeyd edilmişdir. Elə buna görə də, 1919-cu ilin avqustunda Qarabağ erməniləri Azərbaycan hakimiyyətini tanıyarkən Ermənistan Respublikası buna şiddətli formada etiraz etmişdi.[65]
Əvvəlcədən Haskell və Azərbaycan hökuməti arasında formalaşdırılmış razılaşma mətni erməni tələbləri əsasında bir qədər dəyişdirildi və Azərbaycan hökumətinə göndərildi. Azərbaycan XİN rəhbəri Məmməd Yusif Cəfərov Haskellə yazdığı məktubda hökumətinin narahatlığını, dövlətinin iddialarının əhalinin öz müqəddəratını təyin etmə prinsipinə əsaslandığını bildirdi. Haskell buna sərt bir şəkildə qarşı çıxdı və neytral zonanın yaradılmadığı halda, Denikinlə neytral zona yaradılması və ya hansısa başqa problemin həll edilməsi üçün heç bir şey etməyəcəyini bildirdi. Cavab məktubunda Azərbaycan tərəfi İrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan qəzalarında qubernatorluğun yaradılmasına qarşı olmadıqlarını, lakin razılaşma mətninin bəzi maddələrinin etirazla qarşılandığını bildirdilər. Cavabında Haskell bu qubernatorluğun yaradılacağını və Şərur ilə Naxçıvan qəzalarından ibarət olacağını bildirdi. Davamında o, tezliklə Parisə yollanacağını, Azərbaycan hökumətinin bu müvəqqəti razılaşmanı dəstəkləməsi şərti ilə mübahisəli ərazilərin tam mülkiyyətinə dair Azərbaycan iddialarını təqdim etmək niyyətində olduğunu bildirdi. 4 oktyabr tarixində yazılmış cavab məktubunda Azərbaycan tərəfi etiraz etmədiyini, lakin Paris sülh konfransında Azərbaycanın ədalətli, Vilsonun xalqların hüquqlarına dair bəyan etdiyi prinsiplərə və Azərbaycan xalqının faktiki olaraq müəyyən edilmiş iradəsinə uyğun olaraq tənzimlənmiş tələblərinin onun tərəfindən də müdafiə ediləcəyinə ümid etdiyini bildirdi.[66]
25 oktyabr 1919-cu ildə Şərur və Naxçıvanda müttəfiq qubernatorluğu yaradıldı və amerikalı polkovnik Edmund L. Daley onun qubernatoru təyin edildi. Müttəfiqlərin neytral zona kimi qubernatorluq yaratmasının elan edilməsindən qısa müddət əvvəl Haskellin Parisə getməsindən sonra onun vəzifələrini icra edən müavini polkovnik Ceym Rhea Bakıya səfər etdi. Bakıdakı görüşmələri zaman Rhea Azərbaycan hökumətindən Naxçıvana öz nümayəndələrini göndərməyi, beləliklə də yerli əhaliyə neytral zonaya razı olduğunu göstərməyi təklif etdi. Azərbaycan hökuməti əhalini çaşdıra bilməyəcəyini və Azərbaycan hökuməti tərəfindən təsdiq olunmayan və onların hazırladığı layihəyə uyğun gəlməyən sərəncamın yaradılmasında iştirak etməyəcəyini əsas gətirərək bundan imtina etdi. Bu, polkovnik Rheanın təkbaşına Naxçıvana qayıtmasına və Paris Sülh Konfransında Ermənistan və Azərbaycan tərəfindən əraziyə iddialar həll olunana qədər erməni mülahizələri əsasında neytral zonanın yaradılmasını bəyan etməsinə mane olmadı. Hər bir halda, polkovnik Rhea qubernatorunu deyil, öz nümayəndəsini bölgəyə göndərməli idi. Onun nümayəndəsi yerli xalq tərəfindən qəbul edilmədi. Galust Galoyana görə, Haskell 1920-ci ilin yanvarında neytral zona fikrindən əl çəkdi, çünki onun yerli əhalinin müqavimətini dağıdacaq və qubernatoru hakimiyyətdə saxlayacaq qədər ordusu yox idi. Beləliklə də, nə Britaniyanın hərbi qubernatorluğu, nə Britaniya tərəfindən təşkil edilən erməni hakimiyyəti, nə də ABŞ tərəfindən rəhbərlik edilən neytral zona uzun müddət davam etmədi. Bu tədbirlərdən heç biri problemi həll etmədi və yerli əhali bu tədbiq edilən rejimlərin hər birini ortadan qaldırdı.[67]
Amerikan araşdırması
redaktəAmerikan Yardım Cəmiyyətinin işçiləri tərəfindən aparılan araşdırma nəticəsində üzə çıxarıldı ki, Şərurdan olan 7 min erməni qaçqın, bundan əlavə, 8 kənddən birində qalan 2400 erməni öz evlərinə dönə bilmirlər. Xəlil Sami bəy Naxçıvanın üsyançı hakimiyyətini təmsil edərkən Amerika rəsmiləri ilə görüşündə bölgənin bir daha Ermənistan tərəfindən idarə olunmasına heç vaxt imkan verməyəcəklərini bəyan etdi. Cəmiyyətin işçilərindən biri olan Klarens Usşer bildirirdi ki, Naxçıvan-Şərur bölgəsindəki bütün etməni kəndləri müsəlmanlar tərəfindən boşaldılmışdır.[68]
Anton Denikinin Könüllü Ordusunun yardımı
redaktəErməni əsilli ABŞ tarixçisi Riçard Hovanisyan iddia edir ki, Könüllü Ordunun komandanı Anton Denikin Ermənistanı müdafiə etməyə çalışırdı. Çünki o, başa düşürdü ki, Osmanlı türklərinin Cənubi Qafqaza daxil olması onun Şimali Qafqazdakı vəziyyətini pisləşdirəcəkdi. Bundan başqa, Azərbaycan və Gürcüstan, Ermənistan və Cənubi Rusiya arasında gizli hərbi ittifaqdan şübhələnsələr də, bütün hərbi qüvvələrini Denikinə qarşı yönəldə bilmədilər. Sentyabrın əvvəlində, Cənubi Rusiya Silahlı Qüvvələrindən (Könüllü Ordu) Ermənistana 3 milyon patron göndərildi.[68]
Ermənistan ərazisində qalmış müsəlmanların üsyanları Ermənistanın təhlükəsizliyi üçün böyük təhlükə formalaşdırmışdı. Bunun üçün Ermənistan hökuməti Cənubi Qafqazdan çəkilən Böyük Britaniya ordularını fikirlərindən daşındırmağa çalışırdı. Ermənistan üçün yaranmış çətin hərbi-siyasi vəziyyəti müzakirə etmək üçün toplanan parlament nümayəndələri qeyd etdilər ki, hökumət Paris Sülh Konfransının yardımına bel bağlaya bilməz, bu zaman Britaniya ordusu Cənubi Qafqazı tərk etməkdə idi və Ermənistan hər tərəfdən çevrələnmiş vəziyyətdə idi. Parlament ölkənin təhlükədə olduğunu elan etmək qərarına gəldi. Bundan başqa, təlimat verildi ki, təkcə Antanta dövlətlərindən yox, eyni zamanda başqa dövlətlərdən də yardım alınmasına çalışılsın.
Ermənistan parlamentinin nümayəndəsi S. Torosyan öz nitqində bunları demişdi:[39]
Bir il əvvəl, məğlub edilmiş Ermənistan Türkiyə tərəfindən təhdid edilirdi, lakin Ermənistan ümid bəsləyirdi ki, o, müttəfiqlər üçün döyüşdüyünə görə xilasolmaya inana bilər. Onun ümidləri darmadağın oldu…İngiltərənin nümayəndələri biganədirlər və bu məsələyə biganəlik nümayiş etdirirlər, beləliklə, hökumətin hal-hazırkı siyasətini radikal bir şəkildə dəyişmək lazımdır. Hökumət xarici dünya ilə diplomatik münasibətlər saxlamağa davam etməlidir. O, Ermənistanın qonşuları ilə razılığa gəlməlidir.
Deputat A. Xondkaryan da öz növbəsində qeyd etdi ki, Ermənistan Respublikasının hakimiyyəti siyasi xəttini kökündən dəyişməlidir:[39]
Orientasiyamız məhvə aparır. Siyasi ideyalarımız şimala yönəlməlidir və biz ancaq Rusiyaya arxalanmalıyıq. …İndiyə qədər Amerika yoxdur, ingilislər bizim təhlükəsizliyimizə zəmanət vermir, ona görə də biz Rusiyaya üstünlük verməliyik. Ermənistan Rusiya ilə müttəfiqlik əlaqələri ilə bağlanmalıdır.
Beləliklə də, Ermənistanın xarici siyasi kursunun dəyişdirilməsi və Şimali Qafqazda fəaliyyət göstərən ağ qvardiyaçı Könüllü Ordu ilə rəsmi əlaqələrin bərpa edilməsi təklif edildi. Bununla paralle şəkildə, Könüllü Ordunun rəhbərliyi və baş qərərgahı Ermənistanda olan hadisələri maraqla izləməkdə idi. 17 avqust 1919-cu ilə aid və Könüllü Ordunun Baş qərərgah rəisi polkovnik M. Zinkeviçə göndərilmiş gizli hesabatda qeyd edilirdi ki, müsəlmanlar bütün cinahlardan Ermənistanı çevrələmişdir, parlament və Ermənistan hökuməti fərqindədir ki, obu vəziyyətdə onlara yardım edə biləcək yeganə qüvvə Cənubi Rusiyadır (yəni Könüllü Ordu). Zinkeviç təklif etdi ki, Ermənistana mir milyon patron göndərilsin, mümkün olduöu qədər qısa müddətdə ona kredit təmin edilsi, taxıl almağına imkan yaradılsın və s. Bütün bu yardımlar Könüllü Orduya və "Xüsusi Toplantı"ya Ermənistan Respublikasına təsir edə bilmək üçün mühüm təsir rıçarkları təmin edə bilərdi. General Anton Denikin öz xatirələrində M. Zinkeviçin tələbinin yerinə yetirildiyini göstərir:[39]
Biz öz imkanlarımız daxilində Ermənistana müəyyən köməkliklər göstərirdik, əsasən onun qaçqınlarına qayğı və onların yenidən təxliyəsi ilə məşğul olurduq. Gürcüstan ərazisindən çörəyin göndərilməsi mümkün deyildi və onunla 1919-cu ilin yanvarında göndərilən nəqliyyat gürcülər tərəfindən tutuldu və ya keçməsinə icazə verilmədi. Lakin iyul ayında, ən çətin məqamda biz böyük çətinliklərlə Gürcüstandan yan keçərək, Batumdan vasitəsiylə Ərdahana, quru yolu ilə, bir neçə milyon patron olan nəqliyyat vasitəsini İrəvana daşıya bildik.
Belə bir çətin vəziyyətdə Könüllü Ordunun bu yardımları Ermənistana çox kömək etdi. Daşnaksütyun partiyasının nümayəndəsi Ruben öz xatirələrində qeyd edir ki, Ermənistan Respublikasına özünün ən çətin vaxtında verilən patron və sursatlar olmasaydı, "Ermənistan bir il əvvəldən yox olardı…Ermənistan birbaşa yardım aldı…döyüş sursatları şəklində, yalnız Rusiyadan".[39]
Nəticə
redaktəErmənistanın öz ərazisində və özünə birləşdirməyə çalışdığı bölgələrdə baş vermiş sonuncu üsyanın da yatırılmasından 5 ay sonra Sovet Rusiyası ilə Kamalist Türkiyə arasında bölüşdürüldü. Bundan əlavə isə, artıq sentyabrda Ermənistana etdiyi müsəlman qırğınlarına görə hücum edən Ankara hökuməti qısa müddət ərzində onu darmadağın etmişdi. Ağbaba bölgəsi istisna olmaqla, Sürməli və Qars bölgələrinin hamısı Kamalist Türkiyəyə verildi. Bu ərazi dəyişiklikləri 1921-ci ildə imzalanan Qars və Moskva müqavilələri ilə bir daha təstiqləndi. Bunun əksinə olaraq isə, İrəvan quberniyasının çox hissəsi Ermənistana verildi. Şərur-Dərələyəz qəzasının Şərur olan hissəsi Azərbaycanın hakimiyyəti altında Naxçıvanın bir hissəsi olaraq qaldı, Dərələyəz isə Ermənistana verildi. Naxçıvan qəzasının əsasında isə Naxçıvan MSSR yaradıldı və Azərbaycanın tərkib hissəsində saxlandı.[69]
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Hovannisian, 1982. səh. 75
- ↑ 1 2 Bechhofer Roberts, 1921. səh. 263
- ↑ Hovannisian, 1982. səh. 118–119
- ↑ Hovannisian, 1996. səh. 84
- ↑ 1 2 Hovannisian, 1971. səh. 245
- ↑ Hovannisian, 1996. səh. 63
- ↑ 1 2 Hovannisian, 1982. səh. 107
- ↑ Current History, 1920. səh. 496
- ↑ Hovannisian, 1982. səh. 64
- ↑ 1 2 Hovannisian, 1971. səh. 231
- ↑ Hovannisian, 1982. səh. 76
- ↑ Andersen, Andrew; Egge, Georg. "The Second Phase of Territorial Formation: Insurgencies, Destabilization and Decrease of Western Support" (rus). 6 may 2016 tarixində arxivləşdirilib.
- ↑ Andrew Andersen and Georg Egge. Muslim Uprisings in Kars and Sharur-Nakhichevan and the failure of American Mediation, 07/1919 – 10/1919. 2016-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-22.
In Kars territory fierce fighting that occurred throughout July and August around Karaurghan, Karakurt and Bashkey west of Kaghyzman and in the area of Merdenek – Novo-Selim – Beghli Akhmed west of Kars, resulted in a series of Armenian successes against Kurdish and Turco-Tatar tribes enforced by regular Turkish troops and often commanded by Turkish officers.
- ↑ Hovannisian, 1971. səh. 237–238
- ↑ Hovannisian, 1967. səh. 199
- ↑ 1 2 Hovannisian, 1996. səh. 296–302
- ↑ Hovannisian, 1971. səh. 27
- ↑ Hovannisian, 1971. səh. 201
- ↑ Kayaloff, 1972. səh. 125–126
- ↑ Hovannisian, 1971. səh. 220
- ↑ Allen və Muratoff, 2011. səh. 498
- ↑ Hovannisian, 1982. səh. 66
- ↑ Hakobyan, 2017
- ↑ Der Matossian, 2020. səh. 23
- ↑ 1 2 Somakian, 1992. səh. 311
- ↑ Andersen və Egge, 2014
- ↑ 1 2 Imranli-Lowe, 2016. səh. 295
- ↑ Imranli-Lowe, 2016. səh. 295-296
- ↑ Hovannisian, 1996. səh. 290–296
- ↑ 1 2 Չհայտարարված պատերազմը թեժանում է
- ↑ Hovannisian, 1982. səh. 66–76
- ↑ Hasanli, 2015. səh. 283
- ↑ Hasanli, 2015. səh. 284
- ↑ Səfərli, 2010. səh. 30
- ↑ Hovannisian, 1982. səh. 66–71
- ↑ Hovannisian, 1982. səh. 236–238
- ↑ Ագուլիսի կոտորածը եւ պատժիչ պատասխանը
- ↑ Hovannisian, 1982. səh. 229
- ↑ 1 2 3 4 5 Петросян, 2012. səh. 288-297
- ↑ Hakobyan, 2023
- ↑ Հայաստանի զորքերը գրավում են Զանգիբասարը [այսօր՝ Մասիս]․ 23 հունիս, 1920, 2021
- ↑ 1 2 Զանգիբասարի եւ Օլթիի գրավումը
- ↑ Hovannisian, 1974. səh. 48
- ↑ Hovannisian, 1980. səh. 28
- ↑ Hovannisian, 1996. səh. 295–296
- ↑ 1 2 Payaslian, 2007. səh. 166–167
- ↑ Վեդիբասարի գրավումը
- ↑ Hovannisian, 1996. səh. 306
- ↑ Hovannisian, 1996. səh. 310–313
- ↑ Պայքար Նախիջեւանի համար
- ↑ Hovannisian, 1996. səh. 317–318
- ↑ Hovannisian, 1996. səh. 425
- ↑ Elçin Qaliboğlu. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım. Xalq Cəbhəsi. 2020. səh. 13.
- ↑ Hovannisian, 1982. səh. 84
- ↑ Hovannisian, 1982. səh. 84–85
- ↑ Կարսի մարզի Զարուշատի մահմեդական շրջանը հպատակվում է Հայաստանին․ 15 փետրվարի, 1920, 2022
- ↑ Hovannisian, 1996. səh. 117–122
- ↑ Çetinkaya, 2006. səh. 98
- ↑ Hille, 2003. səh. 173
- ↑ Imranli-Lowe, 2016. səh. 308-309
- ↑ 1 2 Imranli-Lowe, 2016. səh. 309
- ↑ Imranli-Lowe, 2016. səh. 309-310
- ↑ Altstadt, 1992. səh. 102
- ↑ Hovannisian, 1982. səh. 198
- ↑ Imranli-Lowe, 2016. səh. 311-312
- ↑ Imranli-Lowe, 2016. səh. 312
- ↑ Imranli-Lowe, 2016. səh. 312-313
- ↑ 1 2 Hovannisian, 1982. səh. 104–107
- ↑ Tsutsiev, 2014. səh. 74–76
Mənbə
redaktə- New Republics in the Caucasus: Armenia, Azerbaidjan, and Georgia: Their Mutual Relations and Their Present Status. 11. Current History (1916–1940). Vol. 11, No. 3, Part II. 1920.
- Richard G. Hovannisian. The Republic of Armenia: From Versailles to London, 1919–1920. 2. Berkeley: University of California Press. 1982. ISBN 978-0-520-04186-8.
- Carl Eric Bechhofer Roberts. In Denikin's Russia And The Caucasus, 1919–1920: Being A Record Of A Journey To South Russia, The Crimea, Armenia, Georgia, And Baku In 1919 And 1920. 1921.
- Richard G. Hovannisian. The Republic of Armenia: From London to Sèvres, February–August 1920. 3. Berkeley: University of California Press. 1996. ISBN 978-0-520-08803-0.
- Richard G. Hovannisian. The Republic of Armenia: The First Year, 1918–1919. 1. Berkeley: University of California Press. 1971. ISBN 978-0-520-01984-3.
- Richard G. Hovannisian. Armenia on the Road to Independence, 1918. Berkeley: University of California Press. 1967. ISBN 978-0-520-00574-7.
- Jacques Kayaloff. From the Transcaucasian Past: Two Documents About Turkish Resistance in 1918. Journal of Asian History. 6 (2). 1972. 123–132. ISBN 0021-910X.
- Allen, William Edward David; Muratoff, Paul. Caucasian Battlefields: a History of the Wars on the Turco-Caucasian Border 1828–1921. Cambridge: Cambridge University Press. 2011. ISBN 978-0-511-70873-2.
- Tatul Hakobyan. The Muslim Revolts in Armenia in 1919–1920". ANI Armenian Research Center. 2017.
- Bedross Der Matossian. The First Republic of Armenia (1918–1920): On its Centenary: Politics, Gender, and Diplomacy. Fresno: The Press at California State University. 2020. ISBN 978-0-912201-67-2.
- Manough Joseph Somakian. Tsarist and Bolshevik Policy Towards the Armenian Question 1912–1920 (PDF). London: University of London. 1992.
- Չհայտարարված պատերազմը թեժանում է [Elan olunmamış müharibə qızışır]. Republic.Mediamax.am.
- Jamil Hasanli. Foreign Policy of the Republic of Azerbaijan: The Difficult Road to Western Integration, 1918–1920. London: Routledge. 2015. ISBN 978-1-317-36616-4.
- Ագուլիսի կոտորածը եւ պատժիչ պատասխանը [Aqulis qırğını və cəzalandırıcı cavabı]. Republic.Mediamax.am.
- Tatul Hakobyan. Քաջազնունու նամակը որդուն՝ Ռուբենին, գրված Երևանից 1933թ հունվարի 1-ին" [1 yanvar 1933-cü ildə, İrəvandan Xaçaznuninin oğlu Rubenə yazdığı məktub]. ANI Armenian Research Center. 2023.
- ". (in Armenian). 23 June 2021. Archived from the original on 20 October 2022. Retrieved 24 June 2022. Հայաստանի զորքերը գրավում են Զանգիբասարը [այսօր՝ Մասիս]․ 23 հունիս, 1920 [Erməni qüvvələri Zəngibasarı ələ keçirdi Zangibasa: 23 iyun 1920]. ANI Armenian Research Center.
- Զանգիբասարի եւ Օլթիի գրավումը [Zəngibasar və Oltunun ələ keçirilməsi]. Republic.Mediamax.am.
- Richard G. Hovannisian. Dimensions of Democracy and Authority in Caucasian Armenia, 1917–1920. The Russian Review. 33 (1). 1974. 37–49. ISBN 0036-0341.
- Richard G. Hovannisian. Caucasian Armenia Between Imperial and Soviet Rule: The Interlude of National Independence (PDF). Los Angeles: University of California. 1980.
- Simon Payaslian. The Republic of Armenia: The First Republic. The History of Armenia – Springer. 2007. 145–170. ISBN 978-0-230-60858-0.
- Վեդիբասարի գրավումը [Vedibasarın ələ keçiriləsi]. Republic.Mediamax.am. 2020.
- Պայքար Նախիջեւանի համար [Naxçıvan uğrunda mübarizə]. Republic.Mediamax.am. 2022.
- Կարսի մարզի Զարուշատի մահմեդական շրջանը հպատակվում է Հայաստանին․ 15 փետրվարի, 1920 [Qarsın müsəlman bölgəsi Zəruşad Ermənistana tabe edilir. 15 fevral 1920]. ANI Armenian Research Center. 2022.
- Audrey Altstadt. The Azerbaijani Turks. Power and Identity under Russian Rule. Hoover Institution Press. 1992. ISBN 978-0-8179-9182-1.
- Andrew Andersen və Georg Egge. Sharur, Nakhichevan and Goghtan, 01/1919 — 06/1919. 2014.
- Kamala Imranli-Lowe. Nakhchyvan, the Armenian arguments and the Allied Powers in 1919. Middle Eastern Studies, 52:2 / Routledge. 2016. 295–317.
- Arthur Tsutsiev. Atlas of the Ethno-Political History of the Caucasus. New Haven: Yale University Press. Translated by Nora Seligman Favorov. 2014. ISBN 978-0-300-15308-8.
- Hacıfəxrəddin Səfərli. Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan (PDF). Naxçıvan: “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi. 2010.
- Гегам Петросян. Отношения Республики Армения с Россией (1918–1920 гг.).
- Charlotte Mathilde Louise Hille. State Building and Conflict Resolution in the Caucasus. Brill. 2003.
- Nihat Çetinkaya. Iğdır Tarihi (Tarih, Yer Adları Ve Bazı Oymaklar Üzerine). Türk Dünyası Araştırmaları Vakfı. 2006. ISBN 975-498-177-9.