Qatranli Likvidambar - Wikipedia
Qatranlı likvidambar (lat. Liquidambar styraciflua) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin altingiyakimilər fəsiləsinin likvidambar cinsinə aid bitki növü.
Qatranlı likvidambar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qatranlı likvidambar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəNyu-York ştatının cənub hissəsi, cənubda Floridanın mərkəzi hissəsi, Meksika körfəzinin şimal sahilinə və Şərqi Texasa qədər yayılmışdır.
Botaniki təsviri
redaktəQatranlı likvidambar hündürlüyü 20-35 m, gövdəsinin diametri 2 m-dək olan piramidal çətirli ağacdır.Qabığı boz-qonur, yarıqlıdır. Budaqları parlaq yaşıldan sarı-qonuradək müxtəlif çalarlıdır. Uc tumurcuğu iri, yaşıl və ya narıncı qonur pulcuqlarla örtülmüşdür. Yarpaqları əlvari-qanadlı, uzunluğu 7-25 sm, enli, kənarları xırda dişli, uzunluğu 6-10 sm olan saplaqda yerləşir. Yarpaqları 5-7 qanadlı, növbəlidir. Çiçəkləri birevli, xırda, az, qırmızı çalarlıdır. Dişi çiçəkləri saplaqda oturur və şarşəkilli başcıqla örtülmüşdür. Erkək çiçəkləri salxıma yığılmışdır. Bitki yazda çiçəkləyir. Meyvəsi iynəli, diametri 2,5-4 sm, çoxsaylı (20-50) qutucuqlardan ibarətdir. Hər qutucuqda 1-2 xırda toxumu vardır.
Ekologiyası
redaktəCənub bölgəsinin aşağı yaruslarda rast gəlinir.
Azərbaycanda yayılması
redaktəTurş, gillicəli və ya gilli torpaqda yaxşı bitir. Qələvili torpağı da sevir.
İstifadəsi
redaktəParlaq yarpaqlarına görə dekorativ bitki kimi becərilir. Balzamlı, sakitləşdirici və möhkəmləndirici vasitə hesab edilir. Vaxtilə Meksika imperatorlarının sarayında siqaret çəkmək üçün tütünlə qarışdırılaraq istifadə edilirdi.
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 999.