Qaynarca Palciq Vulkani - Wikipedia
Qaynarca palçıq vulkanı– Şabran rayon mərkəzindən 8-10 km cənub-qərbdə, miosenin pont çöküntüləri üzərində nisbi yüksəkliyi 60 m olan yüksəklik əmələ gətirir.[1]
Qaynarca palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | palçıq vulkanı |
Yerləşməsi | |
41°09′16″ şm. e. 48°59′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
|
Haqqında
redaktəDiametri 100 m olan Qaynarca palçıq vulkanı krater sahəsində çoxsaylı, hündürlüyü 2-3 m-ə qədər, oturacağının diametri 1.5-2.0 m olan qrifonlar, diametri 3.0-3.5 m olan salzalar qeyd olunur. Vulkan Talabi-Zarat-dəniz antiklinal qurşağının mərkəzi hissəsi olan, şimal-şərq istiqamətində uzanan eyniadlı qırışıqda yerləşir. Qırışıq asimmetrik olub, dik (55-60°)şimal-şərq və nisbətən meyilli (40-50°) cənub-qərb qanadlara malikdir. Tağ hissəsində üstəgəlmə xarakterli iki uzununa pozulma izlənir. Qaynarca vulkanında çoxsaylı fəaliyyətdə olan mərkəzlər qaz və palçıq çıxarırlar. Qaynarca vulkanının brekçiyasında kaynazoyun bütün stratiqrafik vahidlərinin süxurları iştirak edir. Boz əəhəgli qumdaşı, əhəngdaşı, mergel, tünd boz gil və b. qırıntılar rast gəlir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Dünya palçıq vulkanlarının atlası (2015)". səh: 37. 2024-03-13 tarixində arxivləşdirilib.