Qazanilmis Immun Sistemi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qazanılmış immun sistemi təkamül prosesində sonrakı mərhələlərdə fərmalaşdığından onurğasız heyvanlarda ona demək olar ki, rastlanmır. Qazanılmış immun sisteminin əsasını limfositlər təşkil edir. İmmunolji reaksiyaların spesifikliyə və immunoloji yaddaşa malik olmaları bu hüceyrələrin fəaliyyəti ilə əlaqədardır. Qazanılmış immun sisteminin işləmə prinsipiini izah etmək üçün klonal seleksiya nəzəriyyəsi irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə limfositlər inkişafları zamanı antigenlə qarşılaşmadan asılı olmayaraq çoxlu miqdarda klonları əmələ gətirirlər. Klon daxilindəki hüceyrələr identikdirlər.(eynidirlər). Müxtəlif klonların hüceyrələri isə bir birilərindən səthlərindəki antigen tanıyan zülal reseptorlarına görə fərqlənirlər. Beləliklə orqanizmdəki milyardlarla limfositlər milyonlarla klonlarda paylanırlar. Ona görə də , orqanizmə düşmüş hər hansı bir antigen (yad cisim) spesifik olaraq ona komplementar olan klonların hüceyrələrinin reseptorları ilə tutulurlar. Antigen eseptor qarşılıqlı əlaqəsi yalnız bu klonların hüceyrələrini activləşdirir. Onlar bölünüb çoxalır (yəni klonun ekspansiyası baş verir) differensiasiyaya uğrayaraq həmin antigenə qarşı immunoloji cavab reaksiyası yaradan effektor hüceyrələrinə və antigenlə qaşılaşmanı yaddaşında saxlayan yaddaş hüceyrələrinə çevrilirlər. Yəni yaradılan cavab reaksiyası antigenin özü tərəfindən induksiya edilir və ona qarşı spesifik olur. Antigenlə qarşılaşma zamanı yaradılan immunoloji cavaba birincili immunoloji cavab reaksiyası deyilir ki, onu yaradan effektor hüceyrələri 3–4 gün yaşayır və öz funksiyalarını yerinə yetirdikdən sonra apoptoza məruz qalaraq məhv olurlar. Yaddaş hüceyrələri isə aylar , illər bəzən isə ömür boyu orqanizmdə qalırlar. İmmun sistemi həmin antigenlə yenidən qarşılaşarsa bu dəfə o yaddaş hüceyrələri tərəfindən tutulur. Antigen onu aktivləşdirir , onlar bölünüb çoxalır , differensiasiyaya uğrayıb birincili immunoloji reaksiyalardan daha tez yaranan və daha da davamiyyətli olan ikincili immunoloji cavab reaksiyalarını yaradırlar. Beləliklə, müxtəlif xəstəliklərə (çiçək, qızılca , tetanus və s) qarşı immunitetin yaradılması yaddaş hüceyrələrinin fəaliyyəti ilə bağlıdır. [1]
İstinadlar
redaktə- ↑ Ziyəddin Məmmədov, Rasim Axundov . İmmunologiyanın əsasları dərslik . Müəllim nəşriyyatı Bakı — 2009.