Qazangol Ermenistan - Wikipedia
Qazangöl (erm. Գազան լիճ; Qazan Liç) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində keçmiş Qafan rayonunda yerləşən kiçik dağ gölü.
Qazangöl | |
---|---|
azərb. Qazangöl, erm. Գազան լիճ | |
Ümumi məlumatlar | |
Tipi | Dağ gölü |
Mütləq hündürlüyü | 2000 m |
Sahəsi | 0,18 km² |
Həcmi | 2 km³ |
Dərin yeri | 10 m |
Orta dərinliyi | 10 m |
Axan çay | Qazangölçay |
Yerləşməsi | |
39°12′14″ şm. e. 46°00′07″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | |
|
Ümumi məlumat
redaktəGöl dəniz səviyyəsindən 2000 metr yüksəklikdə Zəngəzur dağlarının Qazangöldağ zirvəsinin ətəklərində yerləşir.[1] Eyni adlı Qazangölçay öz mənbəyini buradan götürür. Üç kiçik göldən ibarət olan gölün sahəsi 0,18 km², dərinliyi isə 10 metrdir.[2]
Gölə ən yaxın kəndlər 10–15 km məsafədə yerləşən Qafan rayonunun Acıbac, Pəyhan, Keypəşin kimi azərbaycanlılar yaşamış, hal-hazırda isə ermənilər yaşayan kəndlərdir. Göl yerli azərbaycanlı və bəzən də ermənilərin baş çəkdiyi inanc, pir, istirahət yeri kimi də tanınır. Qışda gölə gedən yollar qar səbəbindən bağlı olur.
Etimologiyası
redaktəHidronim bulqarların «qazan» (<kazan) etnonimi ilə «göl» sözünün birləşməsindən əmələ gəlmişdir. Etnohidronimdir. Quruluşca mürəkkəb toponimdir.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Gazanghol on Wikimapia". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-28.
- ↑ 1 2 "İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002". 2014-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.