Qazaxistan Serbiya Munasibetleri - Wikipedia
Qazaxıstan–Serbiya münasibətləri — Qazaxıstan ilə Serbiya arasında ilk diplomaik əlaqələr 1996-cı ilin[1] dekabrında qurulmuşdur. 2015-ci ilin iyun ayında Belqradda Qazaxıstanın səfirliyi açılmışdır. Serbiyanın Astanadakı səfirliyi isə 23 iyun 2011-ci ildə təsis edilmişdir.
Qazaxıstan-Serbiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Tarixi
redaktəMüstəqillik dönəminə qədər Qazaxıstan SSRİ üzvü olaraq Yuqoslaviya ilə müəyyən diplomatik əlaqəlır qurmuşdur. Qazaxıstan ilə Yuqoslaviya Müttəfiq Respublikası arasında əlaqə 10 dekabr 1996-cı ildə qurulmuşdur. Hazırda Qazaxıstanın Serbiyadakı səlahiyyətli səfiri Nurbax Turaroviç Rüstəmovdur. Serbiyanın Qazaxıstandakı səfiri isə Vkadan Matiçdir (2017).
Əlaqələr
redaktəİqtisadi əlaqələr
redaktəSerbiya ilə Qazaxıstan arasında mal dövriyyəsi:
- 2008 — $12,5 mln.
- 2009 — $18,5 mln.
- 2010 — $13 mln.
- 2011 — $15,5 mln.
- 2012 — $25,3 mln.
- 2013 — $22,7 mln. (Serbiyaya ixrac — $4,5 mln., Serbiyadan idxal — $18,2 mln.)
- 2014 — $20 mln. (Serbiyaya ixrac — $0,3 mln., Serbiyadan idxal — $19,7 mln.)
- 2015 (iki ay) — $1,7 mln. (ancaq Serbiyadan idxal)
Serbiua əsasən Qazaxıstana kimya məhsulları, ağac məmulatları, tekstil, kağız ixrac edir. Əvəzində isə Qazaxıstandan mineral məhsullar, mexanizmlər, elektrotexniki avadanlıqlar və s idxal edir. Qazaxıstanda serb kapitalı ilə işləyən onlarla müəssisə vardır. Bunlar əsasən ticarıt və tikinti sahələrini özündə birləşdirir. Serbiyanın «Enerqoproyekt» şirkəti Almatıda iki metro stansiyasının inşasını gerçəkləşdirir. Üstəlik digər serb şirkətləri isə burada yaşayış kompleksləri inşa edir. Sarıaqaşda isə mərab zavodu tikir.
Anlaşmalar
redaktə- 4 noyabr 2009-cu ildən diplomatik və xidməti paport sahibləri üçün vizasız rejim tətbiq edilmişdir.
- 7 oktyabr 2010-cu ildə iki ölkə arasında azad ticarətin təşkili üçün anlaşma imzalanmışdır.
- Hazırda isə iki ölkə arasında cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar anlaşmalar üzərində işlər gedir.
Siyası əlaqələr
redaktəQazaxıstan Kosovo məsələsində Serbiyanı dəstəkləyərək onun müstəqilliyini tanımayacağını bəyan etmişdir[2][3]. Serbiya həm də Qazaxıstanın Astanada «EKSPO-2017» keçirilməsinə və onun BMT Təhlükəsizlik surasına qeyri-daimi üzv seçilməsinə dəstək vermişdir.
Dövlət səfərləri
redaktə2015-ci ildə Qazaxıstana Serbiyanın prezidenti Tomislav Nikoliç səfər edərək iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf prespektivlərindən söhbət açmışdır[4]. İki ölkə arasında əlaqənin 20 illiyi münasibətilə Nursultan Nazarbayey Serbiyaya səfər etmişdir[5]. Bu zaman Belqrad Jambıl Jabaevin şərəfinə abidə[6] ucaldılmışdır.
İstinadlar
redaktə- ↑ Kazakh-Serbian relations Arxivləşdirilib 2016-04-22 at the Wayback Machine (ing.)
- ↑ Казахстан не станет признавать Южную Осетию Arxivləşdirilib 2016-01-25 at the Wayback Machine (rus.)
- ↑ Руководство Казахстана не будет признавать независимость Абхазии и Южной Осетии Arxivləşdirilib 2009-02-08 at the Wayback Machine (rus.)
- ↑ Serbian President and Delegation Visit Kazakhstan Arxivləşdirilib 2017-03-30 at the Wayback Machine (ing.)
- ↑ Нурсултан Назарбаев: Сербия - основной партнер Казахстана на Балканах Arxivləşdirilib 2017-03-30 at the Wayback Machine (rus.)
- ↑ Нурсултан Назарбаев откроет в Сербии памятник Жамбылу Arxivləşdirilib 2017-03-30 at the Wayback Machine (rus.)
Mənbə
redaktə- Сотрудничество Республики Казахстан с Республикой Сербия (rus.)
- БИЛАТЕРАЛНИ ОДНОСИ СА СТРАНИМ ДРЖАВАМА. КАЗАХСТАН Arxivləşdirilib 2017-03-17 at the Wayback Machine (serb.)