Qazaxistan Yunanistan Munasibetleri - Wikipedia
Qazaxıstan–Yunanıstan münasibətləri — Qazaxıstan Respublikası ilə Yunanıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Qazaxıstan–Yunanıstan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQazaxıstan və Yunanıstan əlaqələri SSRİ dövründə Yunanıstan–Qazaxıstan SSR münasibətlərinin tərkib hissəsi olmuş, Qazaxıstanın müstəqilliyinin bərpasından sonra yüksələn xəttlə inkişaf etməkdədir. Qazaxıstan və Yunanıstan arasında diplomatik əlaqələr 1992-ci ilin oktyabrında qurulmuşdur. Qazaxıstanda Yunanıstan səfirliyinin açılışı 1997-ci ilin fevral ayında baş tutmuşdur. 2005-ci ilin yanvarında Yunanıstanda Qazaxıstanın Diplomatik missiyası açılmışdır. 2009-cu ilin may ayında isə yenidən təşkil edilmişdir.[1] Qazaxıstan Respublikasında Yunanıstanın fövqəladə və səlahiyyətli səfiri 2012-ci ilin aprel ayından E. Pantzopulos, Yunanıstanda Qazaxıstanın fövqəladə və səlahiyyətli səfiri isə Aleksey Yuri Volkovdur.[2]
Dövlət səfərləri
redaktəQazaxıstan prezidenti Nursultan Nazarbayev 2001-ci ilin iyulunda və 2004-cü ilin avqustunda Yunanıstanda səfərdə olmuş, 2004 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmişdir. 2002-ci ilin iyununda Yunanıstan prezidenti Konstantinos Stefanopulos Qazaxıstana səfər etmiş və öz çıxışında iki ölkənin əlaqələrinin sonrakı inkişafını dəstəkləmişdir.[3]
Əməkdaşlıq
redaktəQazaxıstan və Yunanıstan arasında iqtisadi və texnologiya əməkdaşlığı haqqında müqavilələr imzalamışdır. 2006-cı ilin iyun ayından birgə Qazaxıstan-Yunanıstan nazirlərarası komitəsinin üzvlərinin görüşləri keçirilir. Həmçinin parlamentlərarası münasibətlər inkişaf etdirilir. Qazaxıstanda yunan icmasının 10 mindən 12 minə qədər nümayəndəsini yaşayır.[4] Qazaxıstan və Yunanıstanın dostluğunun bildirən federasiya yaradılmışdır.[4] Müxtəlif sosial-mədəni tədbirlər federasiyada təşkil olunur, qəzetlər burada çap olunur. Qazaxıstan həmçinin insan hüquqları haqqında avropa konvensiyalarına qoşulmaqda maraqlıdır. Qazaxıstanın və Avropa Birliyinin yaxınlaşması prosesində Yunanıstan yaxından iştirak edir.[5]
Qazaxıstan Avropa Birliyi ilə münasibətlərin inkişafında maraqlıdır.[6] Bunun qarşılığında Avropa Birliyi Burqas — Aleksandropolis boru kəmərinin tikintisini dəstəkləyir. Boru vasitəsilə Yunanıstana Bolqarıstan vasitəsilə Qara dənizdən neft çatdırılacaq. Egey dənizinin sahilindən Aleksandropolis limanına ötürüləcək boru kəməri Qazaxıstana Bosfor və Dardanel boğazlarını keçmədən Cənub və Qərbi Avropa bazarına çıxmağa icazə verəcək.[7][8]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Сотрудничество Республики Казахстан с Греческой Республикой Arxivləşdirilib 2017-04-09 at the Wayback Machine (rus.)
- ↑ Приветственное слово Чрезвычайного и Полномочного Посла Республики Казахстан в Греческой Республике Волкова Алексея Юрьевича Arxivləşdirilib 2017-04-09 at the Wayback Machine (rus.)
- ↑ "Heads of state comment on President Nazarbayev and modern Kazakhstan". kazakhstanlive.com. 2011-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-25.
- ↑ 1 2 "Bilateral Relations between Grece and Kazakhstan" (ingilis). Greeces's Ministry of Foreign Affairs. 2007-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-25.
- ↑ Казахстан и Греция договорились об укреплении сотрудничества в правовой сфере Arxivləşdirilib 2017-03-11 at the Wayback Machine (rus.)
- ↑ "EU-Kazakhstan diplomatic relationship commemorated" (ingilis). NewEurope. 2008-05-02. 2008-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-25.
- ↑ "At the St. Petersburg summit Kazakhstan Energy Minister discusses Kazakhstan's participation in the Burgas-Alexandroupolis project". Kazakhstan Government. 2011-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-25.
- ↑ "Kazakhstan to participate in Burgas-Alexandroupolis oil pipe line project". Kazakhstan today. 2009-10-23. 2011-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-25.