Qazaxistan Cin Serhedi - Wikipedia
Qazaxıstan-Çin dövlət sərhədi (Qazaxca: Қазақстан-Қытай мемлекеттiк шекарасы; Çincə: 中哈边界) — Qazaxıstan Respublikası ilə Çin arasındandaki hazırkı sərhəd, Qazaxıstan SSR ilə Çin arasındakı sərhəddə uyğun gəlir. Sərhədin ümumi uzunluğu 1782,75 km-dir.
Coğrafiyası
redaktəQazaxıstan ilə Çin arasında sərhədlər XIX əsrdən Rusiya imperiyası Zaisan gölü ərazisində öz nəzarətini qurması ilə başlayır.
Rusiya imperiyası ilə Çin imperiyası arasında olan sərhədlər 1860-cı il Pekin Müqaviləsi ilə müəyyən edilmiş və həmçinin müvafiq olaraq Çuquçak Protokolu və 1864 və 1881-ci ildə Ili ərazisi barədə Müqaviləsi ilə tamamlanmışdır.
Sovet dövründə SSRİ ilə Çin arasında sərhəd xəttləri üzərində olan mübahisələr iki ölkə rəsmiləri arasında davam etdi.Müntəzəm olaraq, bu mübahisələr silahlı münaqişələrə çevrilirdi. Belə münaqişələrdən ən böyüklərindən biri isə 1969-cu ilin avqustunda Jalanaşkol gölü ərazisində oldu. Qazaxıstan müstəqillik qazandıqdan sonra 1994-cü il aprelin 26-da Qazaxıstan-Çin dövlət sərhədində Qazaxıstan və Çin arasında razılıq əldə olundu.Bu sənədə görə, Jalanaşkol gölünün şərqindəki ərazilər Çin ərazisi olaraq tanınır.
Daha sonra ölkələr arasındakı sərhədlərə kiçik dəyişikliklər edən daha az əhəmiyyətli sənədlər imzalandı. Dövlət sərhədinin ümumi uzunluğu 1782,75 km, o cümlədən: torpaq sərhədi - 1215,86 km, su - 566,89 km.