Qiyasli Mescidi - Wikipedia
Qiyaslı məscidi — XVIII əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Ağdam rayonunun Qiyaslı kəndində yerləşir.
Qiyaslı məscidi | |
---|---|
| |
40°01′06″ şm. e. 46°55′10″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Status | yerli əhəmiyyətli memarlıq abidəsi |
Yerləşir | Qiyaslı, Ağdam rayonu |
Tikilmə tarixi | XVIII əsr |
Minarələri | 2 |
Vəziyyəti | dağıdılıb |
Rəsmi adı: İNV № 4052 | |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi
redaktəQiyaslı məscidi XVIII əsrdə Qarabağ xanlığının dövründə Qiyaslı kəndində tikilib.[1][2] Məscid tikiləndə onun iki minarəsi olub.[3][4]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[5] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[6] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[6][7] Qiyaslı məscidi də bu dövrdə ibadətə bağlanıb. 1929–1932-ci illərdə məscidinin binasında kolxozun inzibati mərkəzi, 1960–1970-ci illərdə kənd mağazası, 1985–1989-cu illərdə isə "Yaşıl aptek" fəaliyyət göstərib.[8] 1989-cu ildə məscid yerli sakinlər tərəfindən təmir olunu və yenidən dindarların istifadəsinə verilib.[8]
Birinci Qarabağ müharibəsi dövründə 1993-cü ildə Ağdam rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.[9] İşğaldan sonra bölgədəki tarix memarlıq abidələri o cümlədən yaşayış məskənləri dağıdılıb.[10] Təkcə Ağdam rayonunda yerləşən 135 tarixi abidədən 75-i dağıdılıb.[11] Qiyaslı kəndi və Qiyaslı məscidi də bu dövrdə dağıntılara məruz qalıb.[12] Məscidin binası binasından inək və donuz saxlamaq üçün istifadə olunub.[2][13][14][15]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[16]
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayıb.[17] 2020-ci il noyabrın 10-da imzalanmış İkinci Qarabağ müharibəsini yekunlaşdıran Qarabağ atəşkəs bəyanatına əsasən Ağdam rayonu eləcə də Qiyaslı kəndi noyabrın 20-də Azərbaycanın nəzarətinə qaytarılıb.[18][19] Lakin ermənilər kəndi tərk edərkən Qiyaslı məscidini də yandırıblar.[2][14][15] Bu barədə kəndi ziyarət edərək oradakı dağıntıların şəkillərini çəkən Milli Coğrafiya Cəmiyyətinin fransalı fotoqrafı Rza Diqqəti də məlumat verib.[14]
Kənd azad olunduqdan sonra məsciddə restavrasiya işlərinə başlanılıb.[20][21]
2021-ci il sentyabrın 17-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdamda Cümə məscidinə və Qiyaslı məscidinə baş çəkib.[22][23] Toivo Klaara işğal dövründə Ağdamda baş vermiş müharibə cinayətləri barədə məlumat verilib.[22][24]
Şəkillər
redaktə-
Qiyaslı məscidi 2021-ci ildə
-
Qiyaslı məscidi 2021-ci ildə
-
Qiyaslı məscidi 2021-ci ildə
-
Məscidin girişi
-
Məscidin dağıdılmış interyeri
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Ağdamın Qiyaslı kəndində yerləşən məscid (Qiyaslı məscidi)". religions.az. 2024-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ 1 2 3 "Victory of Azerbaijani Army put an end to Armenian savage: What do I see in Aghdam - REPORTAGE - PHOTO". Apa.az (ingilis). 2024-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ "İlham Əliyev Ağdamda Qiyaslı məscidində olub". president.az. 28 may 2021. 21 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2021.
- ↑ "Ağdam / Qiyaslı kənd məscidi". heritage.gov.az. İstifadə tarixi: 2024-10-15.
- ↑ Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
- ↑ 1 2 Rüstəmov, Sərxan. "Ağdam: Qiyaslı kənd məscidinin acınacaqlı tarixi". sirat.az. 2022-07-27. 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh. New York. Washington. Los Angeles. London. Brussels: Human Rights Watch. 1994. 35–54. ISBN 1-56432-142-8.
- ↑ Robert Parsons «Tug-of-war for Nagorno-Karabakh» Arxiv surəti 21 mart 2022 tarixindən Wayback Machine saytında
Now, you stumble into the wretched misery of Agdam, once a city of 50,000 and famed for its orchards. It’s all but empty. Every single Azeri house in the town has been blown up to discourage return.
- ↑ Cəfərli, Azad. "Dövlət Xidmətinin rəisi: "Ermənilər Qiyaslı məscidini tamamilə dağıdıb, burada yalnız divarlar qalıb" - VİDEO". apa.az (az.). 2021-06-05. İstifadə tarixi: 2024-10-15.
- ↑ "Ağdamın işğaldan azad edilən Qiyaslı kəndi (FOTO)". Trend.Az (az.). 2021-01-05. 2024-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ "«Мы живем мечтой хотя бы увидеть снова родные места». Репортаж из Агдамского района, который должен стать базой миротворцев в Карабахе". The Insider (rus). 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ 1 2 3 "Reza Deqati: Ötən bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını, məscidlərin tövləyə çevrildiyini gördüm". azertag.az. Azərbaycan Dövlət İnformasiya Agentliyi. 30 noyabr 2020. 21 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2021.
- ↑ 1 2 "Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimiz: Qiyaslı məscidi". https://azerbaijan-news.az (az.). 2021-03-04. İstifadə tarixi: 2024-10-15.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ "İkinci Qarabağ müharibəsi: atəşkəsin pozulması halları - xronologiya". BBC News Azərbaycanca (az.). 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ "Armenia hands over Aghdam to Azerbaijan as part of Nagorno-Karabakh ceasefire". France 24 (ingilis). 2020-11-20. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ "Azerbaijan celebrates Aghdam City Day". Xalqqazeti.az (ingilis). İstifadə tarixi: 2024-10-15.
- ↑ Abilov, Shamkhal. "Acquaintance with the Restoration and Reconstruction Works at the Giyasli Mosque". Since The Victory (ingilis). 2021-05-28. 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ "İlham Əliyev Ağdamda Qiyaslı məscidində olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ 1 2 "Aİ-nin xüsusi nümayəndəsi Ağdam Cümə məscidi və Qiyaslı məscidi ilə tanış olub". 1news.az (az.). İstifadə tarixi: 2024-10-15.
- ↑ "Toivo Klaar: Aİ müharibənin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycan və Ermənistanla işləməyi davam etdirməyə hazırdır". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2021-09-17. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ "EU Special Representative for S.Caucasus visiting Azerbaijan's liberated Aghdam (PHOTO)". Trend.Az (ingilis). 2021-09-17. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
Xarici keçidlər
redaktə- Ağdam | Qiyaslı məscidi | 2020–2021 / Karabakh is Azerbaijan!
- Ağdam, Qiyaslı məscidi (29.05.2021)
- Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimiz: Qiyaslı məscidi / AzərTac
- Reza Deghati visited severely damaged Qiyasli mosque in Aghdam
- Prezident İlham Əliyev Ağdamda Qiyaslı məscidində olub / AzərTac
- Dövlət Xidmətinin rəisi: "Ermənilər Qiyaslı məscidini tamamilə dağıdıb" / APA TV