Qlikoliz - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qlükozanın piruvata çevrilməsilə eyni zamanda ATP-nin əmələ gəlməsinə gətirib çıxaran reaksiyalar ardıcıllığıdır.
Aerob orqanizmlərdə qlikoliz trikarbon turşuları tsikli və elektronların ötürülməsi zəncirindən əvvəl baş verir. Aerob şəraitdə piruvat mitoxondrilərə daxil olur və orada CO2 və H2O-ya qədər oksidləşir.
Oksigenin çatışmazlığından piruvat laktata çevrilir.
Maya kimi bəzi anaerob orqanizmlərdə piruvat laktaka yox, etanola çevrilir. Qlükozadan etanolun və laktakın əmələ gəlməsi qıcqırmaya misaldır.
Qlikoliz yolu ilə gedən reaksiyalar hüceyrənin sitozolunda baş verir.
Birinci mərhələ hazırlıq və ya toplamadır. Bu mərhələdə müxtəlif heksozalar qlikolizə cəlb olunurlar. Qlikoliz reaksiyalarında başlıca olaraq qlükozanın oksiləşməsinə baxmayaraq, onunla yanaşı bu prosesə digər müxtəlif heksozalar qoşula bilər. Məs.: fruktoza, mannoza. Bu zaman heksozanın inert molekulları aktivləşirlər, ATP-nin hesabına fosforilləşirlər, yəni ATP-nin hesabına ortofosfat qalığının qlükozaya daşınması baş verir.
Mənbə
redaktə- S.F. Qarayev, P.Ş. Məmmədova, A. Q.Həbibova. "Biokimyanın əsasları" Bakı. Təfəkkür 2002. 359 s.