Qobustan Qiyami 1999 - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qobustan qiyamı — 7 yanvar 1999-cu ildə Qaradağ rayonunun Qobustan qəsəbəsindəki həbsxanada aralarında general da olmaqla bir qrup məhkumun qaldırdığı qiyam.
Haqqında
redaktə1999-cu ilin yanvarında Qobustan həbsxanasında 11 məhbus, əsasən dövlət çevrilişinə cəhddə təqsirli bilinən keçmiş hərbçilər qiyam qaldırır. Onların ikisi silah ələ keçirmək istəyəndə öldürülür. Dustaqlar 28 girov və silah götürə bilir. Qiyamçı dustaqlar ölkədən çıxmaq üçün onlara nəqliyyat verilməsini tələb edir. Həmin vaxt hüquq-mühafizə orqanları həbsxanada xüsusi əməliyyat keçirdir. Girovlardan biri və 9 məhbus öldürülür.[1]
Qiyam zamanı öldürülənlərdən biri də 1993-cü ilin avqustunda Azərbaycan Respublikasının müdafiə naziri olmuş Vahid Musayev olmuşdur.[2]
Qiyam zamanı Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirərkən həbsxanada baş verən hadisə zamanı Mixail Aleksandroviç Slesaryov dərhal əməliyyat qrupu yaradaraq, qiyamı yatırmağa müvəffəq olur. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə Mixail Slesaryova "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir.[3][4][5][6]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Azərbaycanda necə cəza çəkirlər?". 2009-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ L. Nuri. "Годовщина бунта в тюрьме". Ekho. 2005-01-06. 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-13.
- ↑ "Azərbaycanın Milli qəhrəmanı vəfat edib". 2014-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ "Azərbaycanın Milli Qəhrəmanı vəfat edib". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 264.
- ↑ "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Mühafizə alayının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli, 73 saylı Fərmanı" (az.). e-qanun.az. 12 yanvar 1999-cu il. 2019-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-19.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Qobustanda məhbus qiyamının pərdəarxası – Öldürülən general necə nazir olmuşdu?
- Azərbaycanda baş vermiş məhbus qiyamı ilə bağlı görüntü yayıldı
- İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrası qaydalarının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında