Qodzilla Qayasi - Wikipedia
Qodzilla qayası (ゴジラ岩, Qocira-iva?) – Yaponiyada yerləşən, Qodzillaya oxşadılan qayalara verilən ad. Yaponiyada Qodzilla qayası adını daşıyan bir neçə qaya var.
Qayalar
redaktəYaponiyadakı ən məşhur Qodzilla qayası Akita prefekturasının Oqa şəhəridəki Şiose burnunda yerləşən Qodzilla qayasıdır. Qaya 1995-ci ildə adlandırılmışdır. Bu qayanın ən tanınmış xüsusiyyəti "ağzıdır". Belə ki, günəşin batdığı saatlarda yaranan "Qodzillanın ağzından alov püskürməsi" mənzərəsi bir çox turisti cəlb edir.[1] Aprel və oktyabr ayları bu mənzərəni qeydə almaq üçün ən yaxşı vaxtlar hesab olunur. Qayanın 30 milyon əvvəl baş vermiş bir vulkan püskürməsi nəticəsində yarandığı güman olunur. Qayanın yerləşdiyi Oqa geoparkında Qodzillanın Quyruğu qayası da yerləşir.[2]
Yaponiyanın başqa nöqtələrində də Qodzilla qayası adını daşıyan qayalar yerləşir. İşikava prefekturasının Suzu şəhərininin sahilində yerləşən Qodzilla qayası dəniz dalğalarının səbəb olduğu eroziya nəticəsində yaranmışdır. Bu qaya da günəş batarkən yaranan mənzərəsinə görə tanınır.[3][4] Hokkaydo prefekturasının Şiretoko yarımadasındakı Utoro qəsəbəsində yerləşən Qodzilla heykəlini "Hokkaydo Qodzillası" adlandırırlar. Bu qaya okean yaxınlığında yerləşir və bitkilərlə örtülüb. 1984-cü ildə "Qodzillanın qayıdışı" filmində Qodzillanın həbs olunduğu yer kimi təsvir olunan Mihara dağında 1986-cı ildə baş vermiş püskürmə nəticəsində Qodzilla qayası yaranmışdır. Bu qaya Mihara məbədinin yaxınlığındadır. Bunlardan əlavə, Tokio yaxınlığında yerləşən İzu yarımadasındakı Otaqo çimərliyində və Naqasaki prefekturasında Qodzilla qayaları yerləşir.[5]
Qalereya
redaktə-
Akita prefekturasındakı Qodzilla qayası.
-
Hokkaydo prefekturasındakı Qodzilla qayası.
-
Mihara dağındakı Qodzilla qayası.
-
İşikava prefekturasındakı Qodzilla qayası.
İstinadlar
redaktə- ↑ "Godzilla Rock". Atlas Obscura (ingiliscə). 28 iyun 2023. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2023.
- ↑ "Godzilla Rock". Tohoku Kanko (ingiliscə). 2023-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2023.
- ↑ "Godzilla Rock". Suzu şəhərinin rəsmi saytı (ingiliscə). 17 yanvar 2022. İstifadə tarixi: 16 iyul 2023.
- ↑ "Godzilla Rock". Japan Travel by Navitime (ingilis). 2023-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2023.
- ↑ "Godzilla: 5 Places in Japan to Meet the King of Monsters". Matcha (ingiliscə). 11 may 2023. 16 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2023.