Qolda Meir - Wikipedia
Qolda Meir (ivr. גולדה מאיר; 3 may 1898[1][2][…], Kiyev və ya Rusiya imperiyası – 8 dekabr 1978[3][4][…]) — İsrailli müəllimə, siyasətçi, İsrailin Xarici işlər (1956–1966) və ilk Baş naziri. (1969–1974).
Qolda Meir | |
---|---|
ivr. גולדה מאיר | |
| |
1969 – 1974 | |
18 iyun 1956 – 12 yanvar 1966 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 may 1898[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 dekabr 1978[3][4][…] (80 yaşında) |
Vəfat səbəbi | leykoz |
Dəfn yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | müəllimə, siyasətçi |
Uşağı | 2 |
Dini | İudaizm |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
O, İsrailin ilk və yeganə qadın hökumət başçısı, Yaxın Şərqdə ilk qadın hökumət başçısı və dünyada dördüncü seçilmiş qadın hökumət və dövlət başçısı idi. Meir həm də əmək naziri və xarici işlər naziri vəzifələrində çalışmışdır. O, İsrail siyasətinin "dəmir xanımı" kimi xarakterizə edilmişdir. O, sadəlövh və inandırıcı bir natiq kimi bir reputasiyaya sahib idi. Onun natiqlik bacarığı və ingilis dilini bilməsi onu yeni İsrail dövlətinin kritik ilk illərində son dərəcə uğurlu bir dövlət xadimi etdi.
Həyatı
redaktəQolda Maboviç Meyer 1898-ci il dekabrın ayının 8-də Rusiya imperiyasının Kiyev şəhərində anadan olub. Atası Moşe İshaq Maboviç dülgər, anası Blyum Maboviç tibb bacısı idi. Moşe Maboviç 1920-ci ildə təhlükəsizlik səbəblərindən dolayı Kiyevi tərk edərək, ailəsini Pinsk şəhərinə göndərərək, işləmək üçün ABŞ-yə yollanır, bir il sonra isə ailəsini yaşadığı Viskonsin ştatının Milvaki şəhərinə gətirir.[5]
Burada ibtidai sinfə gedən Qolda 4-cü sinifdə oxuyarkən rəfiqəsi Recina Hamburger ilə Gənc Bacılar Amerika İctimaiyyətini yaradır. Dərnəyin yaradılmasında məqsəd məktəblilərin ehtiyac duyduğu dərs vəsaitləri üçün pul toplanılması idi. Balaca Qoldanın dərnəyin açılış çıxışında söylədiyi nitq elə təsirli olur ki, artıq elə oradaca tələb olunan vəsait tamamilə toplanır.[5]
1912-ci ildə Q. Meyer təhsilini davam etdirmək üçün ailəsinin etirazlarına baxmayaraq "bizi narahat etməyin" sözləri yazılmış məktubu qoyaraq, Denver ştatına, böyük bacısı Şeynanın yanına yollanır. Təhsil haqqını qarşılamaq üçün isə o mühacirlər üçün ingilis dili müəllimi işləyir. Denverdə olduğu zaman bacısının əri həkim Şamay Kornqoldun vasitəsilə bir çox sionist solçularla tanış olan Qoldanın sonrakı fəaliyyətində və düşüncələrində bu tanışlıqlar mühüm iz qoyur. Habelə o, burada gələcək həyat yoldaşı Morris Meyersonla tanış olur.[5]
Sionist fəaliyyəti
redaktə1915-ci ildə 17 yaşı olarkən gənc Qolda "Sion İşçiləri" (solçu sionistlərin həmkarlar ittifaqı təşkilatı) təşkilatına qoşulur. 1917-ci ildə isə o, Morris Meyersonla evlənir. 1921-ci ildə Q. Meyerson əri Morris Meyersonla birlikdə Fələstinə repatriasiya olunur. Orada siyasi fəaliyyətə başlayan Qolda, 1956-cı ildə o vaxtkı İsrail lideri David Ben-Qurionun təkidi ilə Meyer soyadını qəbul edir. 1921–1924-cü illərdə Fələstin ərazisindəki Kibbutzda (Kənd təsərrüfatı kommunası) işləsə də ərinin səhhətindən dolayı işindən ayrılan Q. Meyer 1924-cü ildə Qüds şəhərinə köçür.[5]
Q. Meyer 1928-ci ildə Zəhmətkeşlərin Ümumi Federasiyasının qadın şöbəsinin sədri seçilir. Müxtəlif dövlət qurumlarında yüksək vəzifələri icra edən Q. Meyer 1949-cu ildə İsrail parlamentinə (Knesset) üzv seçilir.[5]
Siyasi karyerası
redaktə1948-ci il may ayının 14-də Qolda Meyer İsrailin "Müstəqillik Bəyannaməsi"ni imzalayan iki qadından biri olur (digəri Rahel Koen-Kaqan idi). Sonralar o öz avtobioqrafiyasını qələmə alarkən həmin anları belə ifadə etmişdi:
"İsrail dövləti! Gözlərim yaşarmışdı, əllərim əsirdi. Biz nail olmuşduq. Biz yəhudi dövlətini xülyadan reallığa çevirmişdik. Və mən Qolda Maboviç Meyerson bu günü gördüm. Nə baş verirsə versin, buna görə hansı bədəli ödəməkdən asılı olmayaraq, biz, yəhudilər üçün vətəni yaratdıq. Uzun illər davam edən təqib başa çatdı".[5]
1948-ci ilin iyununda Qolda Meyer İsrailin SSRİ-dəki ilk səfiri təyin olunur və bu postu 1949-cu ilin martınadək icra edir. Meyer 1949–1956-cı illərdə Əmək və Sosial təhlükəsizlik naziri vəzifəsini, 1956–1966-cı illərdə isə Xarici İşlər naziri vəzifəsini icra edir. Qolda məhz Xarici İşlər naziri vəzifəsini icra etməyə başlayarkən Meyerson soyadını Meyer kimi dəyişir. 1960-cı illdə Meyerə limfoma xərçəngi diaqnozu qoyulur. 1966-cı ildə səhhətində yaranan problemə görə vəzifəsindən istefa verən Q. Meyer bir il sonra "Mapai" partiyasının lideri Levi Eşkolun köməkçisi kimi partiyadaxili fəaliyyətlə məşğul olur.[5]
1969-cu ilin fevralında Levi Eskolun qəfil ölümündən sonra mənsub olduğu partiya Q. Meyeri Eşkolun davamçısı seçir və o, 1969–1974-cü illərdə İsrailin Baş naziri vəzifəsini icra edir. Həmçinin İsrailin ilk, dünyanın isə üçüncü qadın baş naziri olur. (Şri-Lankada Sirimova Bandaranaike və Hindistan da İndira Qandidən sonra.) 1969–1970-ci illərdə Meyer bir çox dünya liderləri, o cümlədən Riçard Nikson, Nikolay Çauşesku, Papa VI Polla görüşür. 1973-cü ildə o, Qərbi Almaniyanın Kansleri Uilli Brenti İsraildə qəbul edir.[5]
Meyerin Baş nazirliyi dövrü daxili siyasi çəkişmələr ilə keçir. Bunun nəticəsi kimi o, 1973-cü il müharibəsindən sonra göstərilən təzyiqlərdən dolayı 1974-cü ildə vəzifəsindən uzaqlaşır.[5]
Vəfatı
redaktəLimfoma xərçəngi xəstəliyindən əziyyət çəkən Meyer 8 dekabr 1978-ci ildə dünyasını dəyişir və Qüdsdəki Herzl dağında dəfn olunur.[5]
Xatirəsi
redaktəABŞ-nin Nyu-York ştatında isə onun xatirəsinə abidə ucaldılır. 1982-ci ildə İngiltərədə "Qolda adlı qadın" filmi çəkilir.[5]
Mükafatları
redaktəFəaliyyətinə və İsrail qarşısındakı xidmətlərinə görə o 1971-ci ildə "Qüdsün Azad Olunmasına görə" medalı ilə təltif olunur.[5]
İstinadlar
redaktə- ↑ 1 2 Golda Meir // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Bibliothèque nationale de France Golda Meir // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Golda Meir // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Qolda Meyer kimdir?" (az.). qubalilar.biz. 10.02.2014. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
Xarici keçidlər
redaktə- Knesset Members: Golda Meir
- Golda Meir — Women's International Center