Qomati Cayi - Wikipedia
Qomati çayı (ing. Gomti, ing. Gomati, hind. गोमती) — Qanq çayının qolu olub. Hindistan çayıdır.
Qomati çayı | |
---|---|
hind. गोमती | |
Ölkə | Hindistan |
Mənsəbi | Qanq |
Uzunluğu | 900 km |
Su sərfi | 234 ± 0,001 m³/s |
Hövzəsinin sahəsi | 30.437 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəİnduizmin ən müqəddəs çaylarından hesab edilir. İnduizmə görə çay müdrik Vasiştxinin qızının özəlləşdirilmiş formasıdır. Belə ki, Qomati çayının suları ilə yuyunmaq bütün günahlardan təmizlənmək kimi izah edilir. Belə ki, Bxaqavata-puranedə bu çayın adı Hindistanın müqəddəs çay kimi çəkilir. Çayın mənbəyi Hindistanın Pilibxite bölgəsində Himalay dağlarındadır. Uzunluğu-900 km-dir.
Əsas xüsusiyyətləri
redaktəQanq çayına isə Saidpurada Qxazipur yaxınlığında tökülür. Mənbədən 20 km məsafədə Qomatiyə balaca Qayxai çayı tökülür. Mənbədən 100 km məsafədə isə Moxanmadi yaxınlığında ən iri qollarından olan Sarayu ona tökülür ki, bundan sonra çay daha çox gücə malik olur. Djaunpur yaxınlığında isə Qamatiyə onu digər iri qolu olan Sai tökülür. Daha sonra isə Qxazipur şəhəri yaxınlığında Uttar-Pradeşdə Qomati özü Qanq çayına tökülür. Mənbədən 240 km məsafədə çayın sahilində iri Lakxnau şəhəri yerləşir. Hansı ki, burada çayın suyundan şəhərin əhalisinin su təchizatı ödənilir. Ümumiyyətlə Qomati sahillərində 15 şəhər yerləşir. Lakxnaudan başqa Lakşmipur-Kxeri, Sulanpur və Djaunpuru söyləyə bilərik. Çay özü ekoloji cəhətdən çirkli çay hesab edilir. Əsas çirklləndirici mənbələr kanalizasiya suları və sənaye müəssisələrinin tullantılarıdır. Yağışlı dövrlərdə suyun səviyyəsi xeyli qalxır ki, buda subasmalara səbəb olur.
Qalereya
redaktəHəmçinin bax
redaktəMənbə
redaktə- Bhaktivedanta VedaBase: Srimad Bhagavatam 5.19.17-18 (4 января 2010). Проверено 4 января 2010. Arxivləşdirilib 2012-02-29 at the Wayback Machine 21 апреля 2012 года.
- Foundation laid for country's largest STP to clean Gomti in UP (25 июля 2008). Проверено 21 декабря 2008.
- Архивировано 21 апреля 2012 года.