Qombe Simpanze Muharibesi - Wikipedia
Qombe şimpanze müharibəsi (ing. Gombe Chimpanzee War) – Tanzaniyada yerləşən Qombe Çayı Milli Parkındakı iki şimpanze icması arasında 1974-78-ci illərdə baş vermiş konflikt. İki şimpanze icması əvvəllər Kasakela icması şəklində birlikdə yaşayırdılar. 1974-cü ildə 8 ay ərzində böyük şimpanze qrupu Kasakeladan ayrılaraq Kahama icmasını əmələ gətirmişdirlər. Separatçılar 6 erkək, 3 dişi və onların bala şimpanzelərindən ibarət idi. Kasakela icması isə 8 erkək, 12 dişi və onların bala şimpanzeləri ilə qalmışdır.
Qombe şimpanze müharibəsi | |||
---|---|---|---|
Tarix | 7 yanvar 1974 – 5 iyun 1978 | ||
Yeri | Qombe Çayı Milli Parkı, Tanzaniya | ||
Nəticəsi | Kasakelanın qalibiyyəti | ||
Ərazi dəyişikliyi | Kasakelan Kahamanın ərazisini tutdu | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Dörd il davam edən qarşıdurma nəticəsində Kasakela şimpanzeləri Kahamanın bütün erkək şimpanzelərini öldürmüş və həmin icmanı məhv etmişdirlər. Kasakela icması yaşayış arealını genişləndirsə də, digər bir şimpanze icması tərəfindən geri çəkilməyə məcbur olmuşdur. Hadisələr primatoloq Ceyn Qudoll tərəfindən müşahidə edilmişdir.[1]
Arxaplan
redaktəMüharibədən öncə Qombe Milli Parkı Qombe Çayı Tədqiqat Mərkəzi kimi tanınırdı.[2] Park Kokombe dərəsinin aşağı regionunda yerləşir və primat tədqiqatları üçün əlverişli olması ilə tanınır. Ceyn Qudoll Qombe Çayı Tədqiqat Mərkəzinin direktoru idi. Ərazi meşələrlə örtülmüş dik yamaclardan ibarət idi.[3]
Şimpanzelər ərazidəki təpələrdə müxtəlif icmalar şəklində yaşayırdılar. Şimpanze qrupları 1-40 üzvdən ibarət idi. Ərazi 3 tədqiqat zonasına bölünmüşdü: Kasakela, Kakombe və Mkenke. Qudoll şimpanzelərin qidalanmasını müşahidə edərkən onlar arasında aqresiv ərazi davranışları olduğunu müşahidə etsə də, gələcək konflikti qabaqcadan proqnoz edə bilməmişdir.[4]
Kasakela şimpanzelərinin bölünməsi nəticəsində Kahama icması yaranmışdır və bu icmanın başçısı Hyu və Çarli adlı qardaş şimpanzelər idi. İcmaya Qodi, De, Qoliaf və balaca Sniff adlı erkək şimpanzelər də daxil idi. Kasakela erkəkləri isə Fiqan, Satan, Şerri, Evered, Rodolf, Comeo və Hamfridən ibarət idi.
Müharibə
redaktə7 yanvar 1974-cü ildə 6 erkək Kasakela şimpanzesi (Hamfri, Fiqan, Comeo, Şerri, Evered və Rodolf) ağacda qidalanan Kahama erkəyi olan Qodini qəsdən öldürmüşdürlər.[5][6] İlk dəfə idi ki, hansısa şimpanzenin digərini qəsdən öldürdüyü müşahidə olunmuşdur. Onlar Qodini öldürəndən sonra budaqlar ataraq və qışqıraq bunu qeyd etmişdirlər.
Qodinin ölümündən sonra De, daha sonra isə Hyu öldürülmüşdür.[7] Qoliaf Kasakela şimpanzeləri ilə yaxşı yola getsə də, sonda o da onlar tərəfindən öldürülmüşdür.[8] Cəmi 3 Kahama erkəyi qalmışdır: Çarli, Sniff və uşaq iflici olan Villi Valli. Çarlinin də öldürülməsindən sonra[9] Villi Valli yoxa çıxmış və bir daha görünməmişdir. Sonuncu Kahama erkəyi Sniff bir ildən çox sağ qala bilmişdir. Sniff yeni bir icmaya keçmək və ya Kasakelaya qayıtmaq istəsə də, sonda o da öldürülmüşdür.[10] Müharibənin sonunda Kahamanın 1 dişisi öldürülmüş, 2-si itkin düşmüş, 3-ü isə Kasakela erkəkləri tərəfindən qaçırılmışdır. Kasakela Kahamanın ərazisini ələ keçirmişdir.[11]
Bu baxmayaraq, Kasakela yeni ərazisini qoruya bilməmişdir. Daha güclü və sayca daha çox olan Kalande şimpanzeləri yeni ərazini ələ keçirmişdirlər.[12] Hətta bundan öncə Kasakela və Kalanda şimpanzeləri arasında sərhəd bölgəsində bir neçə qarşıdurma yaşanmışdır.[12] Bundan əlavə, sayca üstün olan Mitumba şimpanze icması da Kasakelanı narahat etmişdir. Nəhayət sonda bütün düşməçiliklər aradan qalxmış və şimpanzelər əvvəlki kimi yaşamağa başlamışdır.
İstinadlar
redaktə- ↑ Goodall 2010, p. 120
- ↑ Martin, R. D. "The Predatory Behaviour of Wild Chimpanzees, by Geza Teleki. Bucknell University Press, $15". Oryx. 12 (3). 1974: 387–388. doi:10.1017/s0030605300012084. ISSN 0030-6053.
- ↑ "On the occurrence of Colobus Kirkii". Annals and Magazine of Natural History. 13 (76): 307. 1884. doi:10.1080/00222938409459242. ISSN 0374-5481.
- ↑ Wilson, Michael L.; Wrangham, Richard W. "Intergroup Relations in Chimpanzees". Annual Review of Anthropology. 32 (1). 2003: 363–392. doi:10.1146/annurev.anthro.32.061002.120046. ISSN 0084-6570.
- ↑ Morris, p. 288
- ↑ Goodall 2010, p. 121
- ↑ Goodall 2010, p. 105
- ↑ Goodall 2010, pp. 105–106
- ↑ Goodall 2010, p. 106
- ↑ Goodall 2010, p.108
- ↑ Morris, p.289
- ↑ 1 2 Goodall 2010, pp. 129–130
Ədəbiyyat
redaktə- Goodall, Jane. The chimpanzees of Gombe: patterns of behavior. Belknap Press of Harvard University Press. 1986. ISBN 9780674116498.