Qorxmaz Imanov - Wikipedia
İmanov Qorxmaz Cahangir oğlu (17 aprel 1941, Bakı şəhəri) — AMEA-nın müxbir üzvü (2017), iqtisad elmləri doktoru, professor, İspaniya Kral Akademiyasının akademiki.[1]
Qorxmaz İmanov | |
---|---|
İmanov Qorxmaz Cahangir oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşaqları | Tahir İmanov, Cabir İmanov |
Elm sahəsi | iqtisad elmləri |
Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Kibernetika İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
Elmi rəhbəri | "Fаzi iqtisаdiyyаt" laboratoriyası rəhbəri |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəQorxmaz İmanov 1941-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Bakı şəhər 199 saylı orta məktəbi bitirmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib, iqtisadçı diplomu almışdır. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb, 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ilin yanvar ayından 1969-cu ilin mart ayına qədər Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi işləmişdir. 1969–1971-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna baş elmi işçi vəzifəsinə gəlmişdir. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir. 1974-cü ilin avqust ayından 1987-ci ilin dekabrına qədər Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışmışdır. 1983-cü ildə iyun ayından professor elmi adına və 1984-cü ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. 1987–1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi–tədqiqat İqtisadiyyat institutunun müdiri vəzifəsində çalışmışdır. 1993–1998-ci illərdə Rusiya Elmlər Akademiyasının Bazar problemləri institutunda çalışmışdır. 1999–2000-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində çalışmışdır. 2001-ci ildən hal-hazırkı dövrə qədər AMEA Kibernetika İnstitutunda, əvvəllər baş elmi işçi və laboratoriya rəhbəri vəzifəsində çalışır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin müxbir üzvü seçilmişdir.
145-dən artıq elmi əsərləri, o cümlədən 30-dan artıq xaricdə məqaləsi nəşr etdirilmişdir. 28 elmlər namizədi yetişdirmişdir.
Ailəlidir. İki övladı var — Tahir və Cabir İmanovlar.
Əsas elmi nailiyyətləri
redaktə- Sosial-iqtisadi sistemlərin planlaşdırma modellərin inteqrallaşdırılmış sistemi.
- İqtisadi sistemlərin struktur-funksional modeli, xalq təsərrüfatı balanslarının inteqrallaşdırılmış sistemi.
- Fazi iqtisadiyyat
Əsas elmi əsərlərin adları
redaktə- İmanov Q. C. İqtisadiyyatın proqnozlaşdırma modelləri. Bakı, "Elm", 1988 (rus.).
- İmanov Q. C. İqtisadi sistemlər modelləri. Bakı, "Elm" , 1983 (rus).
- İmanov Q. C. İttifaq respublikanın xalq təsərrüfat balansının inteqrallaşdırılmış sistemi, Мoskva, SSRİ EA MİRİ, 1981 (rus).
- İmanov Q. C., Həsənli Y. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının modelləri , 2001"Elm" (az).
- İmanov Q. C., N. F. Tağıyev, F. C. Məmmədov. Müasir iqtisadiyyat. Neyron şəbəkələri. Fazi məntiq. Azərbaycan Respublikası, 2003 "Elm" (az).
- G. C. İmanov. "Fuzzy estimation of quality of socioeconomic system, Real Academia de Ciencias Economicas y Financieras, Barcelona, Spain, 2013, 68 p.
- Иманов К.Д., Акперов Р.М. "Нечеткие модели оценки качества социальных систем", Lambert Academic Publishing, 2013, 69 с.
- G. C. İmanov. Fuzzy Approach to the Estimation to the Ecological Sustainability index and investments distribution, A. M. S. E journals, Series D, Computer Science and statistics, p. 14, 2011
Kitabları
redaktə- Fuzzy estimation of quality of socioeconomic system
- Нечеткие модели оценки качества социальных систем
- Проблемы экономической неопределенности и FUZZY модели
- Nuevos mercados para la recuperacion economica: Azerbaiyan
İstinadlar
redaktə- ↑ "isi.az". 2017-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.