Qovusuq Lacin - Wikipedia
Qovuşuq — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Şəlvə kənd Sovetindən Qovuşuq kəndi Hacıxanlı kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Qovuşuq | |
---|---|
39°52′39″ şm. e. 46°14′17″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəYaşayış məntəqəsi XIX əsrdə Ağdərə rayonunun Gilətağ kəndindən köçmüş ailələrin Qovuşuq (Murovdağdan axan Mixtökən və Nərdivan çaylarının birləşərək Şəlvə çayının əmələ getirdiyi yer) adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Qovuşuq XIX əsrdə Zəngəzur qəzasında yaşayan qarabayramlı tayfasının qışlağının adı idi. XIX əsrin ortalarında cəmi 4 ailədən ibarət olmuşdur. Kənd coğrafi movqeyinə görə belə adlandırılmışdır.[2] Kəndin adının "qov" adlı qıpçaq tayfası və uşuq/şuq şəkilçisi vasitəsilə yarandığı da ehtimal olunur.
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd Mıxtökən silsiləsinin ətəyində yerləşir.
Əhalisi
redaktəƏhalisi azərbaycanlılardan ibarətdir.
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- ↑ Qovuşuq (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
redaktə Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |