Qriz Korpusu - Wikipedia
Qrız körpüsü — Azərbaycanın ən hündür körpüsü. Qrız kəndi ilə Quba rayon mərkəzini birləşdirən yol-nəqliyyat ötürücüsü.
Qrız körpüsü | |
---|---|
41°12′47″ şm. e. 48°15′54″ ş. u.HGYO | |
Tikintinin başlanma tarixi | 2009 |
Açılışı | 28 noyabr 2012[1] |
Tarixi
redaktəKörpünün inşasına 2009-cu ildə başlanılmışdır. Kənd sakinlərinin və yerli bələdiyyənin maliyyə vəsaiti hesabına inşa edilən körpü 2012-ci ilin noyabr ayında istifadəyə verilmişdir.
Rayon mərkəzindən 38 km uzaqlıqda yerləşən Qrız kəndi Qubanın dağ kəndlərindən olduğu üçün ərazidə körpünün olmaması sakinlərin rayona gediş-gəlişində problemlər yaradıb. Qrızlılar xüsusilə, qış fəslində böyük çətinliklərlə qarşılaşırdılar. Kənd sakinləri bu yol ötürücüsünün açılışına qədər təhlükəli vəziyyətdə və ibtidai formada kustar üsulla inşa olunmuş körpüdən istifadə edib.
Göstəriciləri
redaktəKörpünün uzunluğu 20 metr, eni isə 3,5 metrdir.
Körpü dəniz səviyyəsindən 2500 metr, Qudyalçayın yatağından isə 38 metr yüksəklikdə inşa olunmuşdur.
İstinadlar
redaktəXarici keçidlər
redaktəHəmçinin bax
redaktə Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |