Qrakliani - Wikipedia
Qrakliani (gürc. გრაკლიანი) — Gürcüstanda milli əhəmiyyətə malik dağ və arxeoloji abidə. Şida Kartli inzibati vahidində, Kaspi bələdiyyəsinin İqoeti kəndi yaxınlığında, Lexura çayının sahilində yerləşir[1][2][3].
Ölkə | Gürcüstan |
Yerləşməsi | Şida Kartli |
Tarixi
redaktə2007-ci ildə Tbilisi-Senaki-Leselidze avtomagistralının tikintisi zamanı Qrakliani dağında ilk arxeoloji tapıntılar aşkarlanmışdır[1]. O vaxtdan etibarən professor Vaxtanq Liçelinin rəhbərliyi altında Tbilisi Dövlət Universitetinin arxeoloji ekspedisiyası həmin ərazidə işləyir[2].
Qazıntılar zamanı insan məskəni, iki məbəd kompleksi və məzarlıq tapılmışdır. Burada tapılmış əşyalar arasında Qafqaz bölgəsi üçün unikal hesab edilən eramızdan əvvəl IV əsrə aid Cənubi Mesopotamiya möhürləri, eləcə də qızıl və bürüncdən döşətaxılma disklər[2], daşdan kəsilmiş uşaq oyuncaqları, fars dulusçuluğunun təqlid nümunələri[4], məişət, sitayiş, hərbi və əczaçılıq məqsədlərilə[3] hazırlanmış əşyalar diqqəti cəlb edir.
Araşdırmalar zamanı daş məbədlərdən birində müxtəlif dinlərin izlərinə rast gəlinmişdir. Orada həm fars zərdüştlük mehrabı, həm də ənənəvi Qafqaz dinlərinə aid heykəltəraşlıq nümunələri tapılmışdır[4].
2014-cü ilin sentyabrında Qrakliani dağındakı arxeoloji məkan tarixi abidə kimi rəsmi status almışdır. Həmin ilin payızında Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi nazirliyi burada açıq hava altında muzey yaratmaq haqqında qərar qəbul etdi[2].
2015-ci ildə Qrakliani məbədlərinin birindəki qazıntılar zamanı mehrabın bünövrəsində məhsul ilahəsinə həsr olunmuş naməlum dildə olan bir yazı aşkar edilmişdir. Tapıntı üzərində əvvəlcədən qoyulmuş tarix eramızdan əvvəl VII əsri göstərir. 2016-cı ildə ABŞ-nin Mayami şəhərində "Beta Analytic" laboratoriyasında aparılan radiokarbon analizi göstərdi ki, bu yazı eramızdan əvvəl XI əsrin sonu — Х əsrin əvvəlinə aiddir[5]. Belə olan halda, həmin yazının tarixi Qafqazda tapılan bir çox mühüm arxeoloji tapıntılardan daha qədimə gedib çıxır. Vaxtanq Liçeli qeyd edir ki, bu yazının hərfləri yunan və arami yazılarını xatırladır. İkinci mehrabın bir küncündə isə gil üzərində yuxarıdakı yazılardan daha fərqli cızılmış üç hərf aşkar edilmişdir. Bir məbəddə müxtəlif dillərdə olan yazıların belə qeyri-adi qonşuluğunun izahı hələ də tapılmayıb[1][3][4][6].
Artıq on bir dəfə qazıntılar aparılmış çoxsaylı mədəni təbəqələr göstərir ki, regionda insan fəaliyyətinin tarixi daş dövründən başlayaraq 300 min ilə çatır[3].
İstinadlar
redaktə- ↑ 1 2 3 "На горе Граклиани грузинские археологи раскопали храм и два алтаря 7 века до н. э." Синьхуа. 2015-08-21. 2015-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
- ↑ 1 2 3 4 Эка Мехузла. "В Грузии на месте раскопок на горе Граклиани появится музей под открытым небом". İTAR-TASS. 2014-10-07. 2016-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
- ↑ 1 2 3 4 Tamar Svanidze. "Archaeologists Thrilled by Historic Script Discovery in Georgia" (ingilis). Georgia Today. 2015-08-20. 2019-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
- ↑ 1 2 3 Tara Isabella Burton. "Ancient Script Spurs Rethinking of Historic 'Backwater'" (ingilis). National Geographic. 2015-09-16. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
- ↑ "Rewriting history: 3000-yr-old script uncovered in Georgia" (ingilis). Agenda.ge. 2016-07-25. 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
- ↑ "Georgia uncovers unique writings that may change world history". Agenda.ge. 2015-08-20. 2018-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.