Qriqol Vasadze - Wikipedia
Qriqol Vaşadze (gürc. გრიგოლ ვაშაძე;' d. 19 iyul 1958, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcüstan diplomatı və siyasətçisi, Gürcüstan Xarici İşlər Naziri (6 dekabr 2008-25 oktyabr 2012).
Qriqol Vaşadze | |
---|---|
gürc. გრიგოლ ვაშაძე | |
Gürcüstan Xarici İşlər Naziri | |
6 dekabr 2008 – 25 oktyabr 2012 | |
Prezident | Mixeil Saakaşvili |
Baş nazir | Nikoloz Qilauri |
Əvvəlki | Eka Tkeşelaşvili |
Sonrakı | Maia Pangikidze |
Gürcüstan Mədəniyyət, Abidələrin Qorunması və İdman Naziri | |
2 noyabr 2008 – 10 dekabr 2008 | |
Prezident | Mixeil Saakaşvili |
Baş nazir | Qriqol Mqaloblişvili |
Əvvəlki | Nikoloz Vakeişvili |
Sonrakı | Nikoloz Rurua |
Şəxsi məlumatlar | |
Doğum adı | გრიგოლ ვაშაძე |
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, Gürcüstan SSR, SSRİ |
Partiya | Vahid Milli Hərəkət |
Təhsili | Moskva Dövlət Beynəlxalq Əlaqələr İnistutu |
İxtisası | Diplomat |
Fəaliyyəti | Siasətçi |
Atası | Nodar Vaşadze |
Anası | Elene Bakradze |
Həyat yoldaşı | Nino Ananiaşvili |
Uşağı | 2 |
Dini | Gürcü pravoslav |
|
|
www.government.gov.ge | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəQriqol Vaşadze Tbilisdə Nodar Vaşadze və Elene Bakradzenin ailəsində doğuldu. 1975-ci ildə Tbilisi 61 saylı orta məktəbi bitirdi. 1981-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirdi. 1981-1988-ci illərdə Sovet İttifaqının Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar şöbəsində, sonra isə Kosmos və Nüvə Silahları şöbəsində fəaliyyət göstərdi. 1988-1990-cı illər arası Diplomatik akademiyanın aspirantı idi.[1]
1990-cı ildən 2008-ci ilə qədər Vaşadze şəxsi bizneslə məşğul idi və qurduğu "Georgia Arts Management" və "Gregory Vashadze and BR" şirkətlərini idarə edirdi.[1]
2008-ci ildən dövlət xidmətinə qayıdaraq fevralın 6-sı Gürcüstan Xarici İşlər nazirinin müavini təyin edildi.[1] 2 noyabr 2008-ci ildə Gürcüstan Mədəniyyət, Abidələrin Qorunması və İdman Naziri təyin edildi. 6 dekabr 2012-ci ildən Xarici İşlər Naziri olmuşdur.[1]
Şəxsi həyatı
redaktəNino Ananiaşvili ilə evlidir, Nodar və Elene adında iki uşağı var.[2] Rus, ingilis, portuqal, italyan, ispan və fransız dillərini bilir.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 http://www.nplg.gov.ge/bios/ka/00004930/
- ↑ A Swan Takes Flight, interview of Nina & Gregory by Paul Lieberman. Arxivləşdirilib 2001-10-20 at the Wayback Machine Los Angeles Times Magazine, June 21, 2000, published at ananiashvili.com. Accessed on May 4, 2008.
- ↑ "Gürcüstan Xarici İşlər Nazirliyi - bioqrafiya". 2010-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
Siyasi mövqelər | ||
---|---|---|
Sələfi: Eka Tkeşelaşvili |
Gürcüstanın Xarici İşlər Naziri 2008 - 2012 |
Xələfi: Maya Pancikidze |