Qulebend - Wikipedia
Qulebend - Wikipedia - Haqqında Məlumat
Quləbənd — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.[1]
Quləbənd | |
---|---|
40°28′38″ şm. e. 47°43′13″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 11 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1080 (2009) nəfər |
Əhalisi
redaktəƏhalisinin sayı 1080 nəfərdir.[2]
Toponimikası
redaktəXalq etimologiyasına görə, oykonim "Qulu bəndi" deməkdir[3]. Guya vaxtilə Qulu adlı şəxs bənd tikdirmiş, həmin ətrafda salınmış yaşayış sahəsi də Qulubəndi adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində qula "ağ, sarı rəng" mənasında, bən isə "xal, ləkə" mənasında işlənir. Güman etmək olar ki, oykonim kəndin yerləşdiyi ərazinin ümumi görünüşü ilə bağlı yaranmışdır və "səthi ağ-sarı torpaq örtüyündən ibarət yer" mənasındadır.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
- ↑ APA TV. "Azərbaycanda bu kəndin adını izah etmək üçün kitab yazılıb" (az.). Youtube.com. 12.08.2022. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.