Qulu Novruzov - Wikipedia
Qulu Novruz oğlu Novruzov (7 mart 1970, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi[1], Təhsil Nazirliyinin keçmiş müavini.[2]
Qulu Novruzov | |
---|---|
Qulu Novruz oğlu Novruzov | |
Doğum tarixi | 7 mart 1970 (54 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Mükafatları |
Həyat və fəaliyyəti
redaktə1970-ci il martın 7-də Naxcıvan MR-nın Nehrəm kəndində anadan olub. 1977–1987-ci illərdə Nehrəm kənd orta məktəbdə oxuyub. 1988–1990-cı illərdə Moskva Hərbi Dairəsində hərbi xidmətdə olub. 1992–1997-ci illərdə BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. 1997-ci ildən BDU-da çalışır. Azərbaycanın müxtəlif ölkələrlə (ABŞ, Yaponiya, Yunanıstan, Bolqarıstan, Latviya və s.) və Avropa İttifaqı ilə ikitərəfli Hökumətlərarası birgə Əməkdaşlıq Komissiyalarında təhsil üzrə ekspert kimi iştirak etmişdir.
2005-ci ildə Azərbaycan respublikası Prezidentinin İran İslam Respublikasına rəsmi səfərinin hazırlanması ilə bağlı Tehrana ezam olunmuş ekspertlər qrupunun üzvü
1999-cu ildən Təhsil Nazirliyində müxtəlif vəzifələrdə calışmış, həmin vaxtdan eyni zamanda Bakı Dövlət Universitetinin beynəlxalq ümumi hüquq kafedrasının müəllimidir.
Fransanın Nitsa Sofia-Antipolis, ABŞ-nin Minnesota və Kanzas universitetlərində, Beynəlxalq Əmək Təşkilatının Turindəki təlim mərkəzində, həmçinin Yapon Beynəlxalq Əməkdaşlıq Agentliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin müvafiq ölkələrdə təşkil etdiyi müxtəlif təlim proqramlarını tamamlamışdır.
2005–2006-cı illərdə Amerika Beynəlxalq Təhsil Şurasının həyata keçirdiyi Ali Məktəb Müəllimlərinin İnkişafı Proqramı (JFDP) üçün təşkil edilmiş müsabiqənin qalibi kimi ABŞ-nin Vaşinqton Universitetinin Hüquq məktəbində qonaq alim statusunda proqram kursunu tamamlamış və tədqiqat aparmışdır.
Avropa Şurası və Avropa Birliyinin təhsillə bağlı Almaniya, Fransa, Belçika, Latviya, Norveç, Rumıniya, Rusiyada və digər ölkələrdə keçirilmiş müxtəlif konfranslarında iştirak etmişdir. Müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası və hökumət işçi qrupunun tərkibində təhsil üzrə ekspert kimi çalışmışdır. 2003–2010-cu illərdə Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin, 2007–2011-ci illərdə isə İSESCO İcraiyyə Komitəsinin üzvü kimi Azərbaycanı təmsil etmişdir.
2010-cu ildə beynəlxaiq hüquq sahəsində hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 30-dan artıq elmi məqalə, bir monoqrafiya, bir metodik vəsait, bir dərs vəsaiti və bir neçə proqramın müəllifidir.
2000–2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində "Xaricdə təhsil alan tələbələr üzrə iş" sektorunun müdiri vəzifəsində, 2007–2010-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri vəzifəsində, 2011–2013-cü illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə 30-dək dövlət ilə müxtəlif Hökumətlərarası Komissiyaların, BMT-nin ixtisaslaşmış qurumları və Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı təmsilçi nümayəndə heyətlərinin, Dövlət Komissiyalarının, həmçinin Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.
2013–2016-cı illərdə Təhsil Problemləri İnstitutunun (indiki Təhsil İnstitutu) direktoru
2016-cı ildən isə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışıb
2003-cü ildən Avropa Şurasının Təhsil Rəhbər Komitəsində Azərbaycanı təmsil edir.[2]
2018 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib.[1]
2024-cü il 29 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.[3]
Ailəsi
redaktəAiləlidir, 3 övladı var
Təhsili
redaktəElmi dərəcəsi və elmi adları
redaktə2005 dekabr—2006 iyun ABŞ, Vaşinqton Universiteti Hüquq Məktəbi JFDP (Ali Məktəb Müəllimlərinin İnkişafı Proqramı çərçivəsində təhsil və tədqiqat).[2]
Bu proqram çərçivəsində Vaşinqton Universitetində aşağıdakı ixtisas kurslarını bitirmişdir:
- Beynəlxalq təşkilatlar (Hüquq məktəbi)
- Beynəlxalq cinayət hüququ (Hüquq məktəbi)
- İnsan haqlarının beynəlxalq müdafiəsi (Hüquq məktəbi)
- Beynəlxalq münasibətlər (Jackson Beynəlxalq Əlaqələr məktəbi)
- Diplomatik danışıqlar (Jackson Beynəlxalq Əlaqələr məktəbi)
1992–1995 BDU, Beynəlxalq münasibətlər və Beynəlxalq Hüquq fakültəsində tələbə[2]
Əmək fəaliyyəti
redaktə- 1999—h/h BDU-nin Beynəlxalq Hüquq kafedrasında müəllim
- 1997–1999-cu illərdə Metodist Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsi
Apardığı dərslər : Beynəlxalq Ümumi Hüquq[2]
Tədqiqat sahəsi
redaktəBeynəlxalq Ümumi Hüquq, Beynəlxalq Hüququn prinsiplərinin tədbiqi, Beynəlxalq və Regional Təhlükəsizliyin Hüquqi problemləri.[2]
Konfranslar
redaktəBeynəlxalq seminar və Simpozium
redaktə- 2008 noyabr — Bakı, İnvestisiya müqavilələrinin hüquqi aspektləri
- 2008 oktyabr — Bakı, İSESKO-ya üzv ölkələrin Təhsil Nazirlərinin konfransı
- 2008 may — Bakı, YUNESKO-nun Savadlılığın dəstəlklənməsi ilə bağlı V Avropa Regional Konfransı
- 2006 aprel — Nyu-York (ABŞ) ANA (American Nationalities Assocation) illik Konfrans
- 2005 dekabr — Kanzas (ABŞ) Kanzas Universiteində dil təlim kursu
- 2004 dekabr Riqa (Latviya) Avropa Regionunda Ali təhsil ixtisaslarının tanınması ilə bağlı Avropa Şurasının Konfransı
- 2002 iyun — Oslo (Norveç) Mədəniyyətlərarası təhsildə dini dəyərlər
- 2000 sentyabr — Bakı, Avropa Şurası və Təhsil Nazirliyinin tarixin həssas məsələlərinin tədrisi ilə bağlı Konfrans
- 2000 iyun — İstanbul (Türkiyə) Qara Dəniz Universitetlər Birliyinin II Konfransı
- 2000 fevral — Bakı , Aspirantların və Gənc Tədqiqatçıların VI Respublika Elmi Konfransı.[2]
Əsərləri
redaktə- 2008 — Beynəlxalq İnsan Hüquqları Paktlarında öz müqəddəratını təyinetmə
- 2008 — "External" self-determination, "internal" self-determination and representative government
- 2000 — Avropa Təhlükəsizlik Xartiyası Qafqaz Təhlükəsizliyinin yeni beynəlxalq hüquqi əsasıdır
- 1999 — Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi Qafqaz təhlükəsizliyinin prinsipi kimi
- 1998 — Xarici siyasətdə şəxsiyyətin rolu.[2]
İstinadlar
redaktə- ↑ 1 2 "Gömrük Akademiyasında rəis təyinatı". 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.
- ↑ 1 2 3 4 5 6 7 8 Novruzov Qulu [ölü keçid]
- ↑ "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30.