Qumlaq Oguz - Wikipedia
Qumlaq — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Qumlaq | |
---|---|
41°01′27″ şm. e. 47°28′58″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktəQumlaq Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Hətta belə ehtimal olunur ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsli şairin şeirlərindən məlum olduğu kimi məhz həmin Qumlaq (QUM) kəndindəndir. Qumlaq lap qədim zamanlardan əvvəl Qum adı ilə tanınarmış və Əlican çayının sahillərində yerləşərmiş. Çayın sahilləri də daim qumluq olduğundan buraya Qum, Qumluq, Qumlaq adları verilmişdir. Lakin təbii fəlakət nəticəsində Əlican çayının dəfələrlə daşması və ətrafı su basması əlaqədar ilə əhali zaman-zaman Əlican çayının sahillərindən bir qədər kənar yerlərə köçərək özlərinə yeni yaşayış məskənləri salmışlar. Hətta,Qumlaq kəndinin qədim yaşayış məskəninin adına yerli əhalinin dilində "Qumlu Örənələr" deyilir. “Qumlaq” toponimi türk-qıpcaq məşəli qumuq xalqının adı ilə bağlıdır, onun “qumlu yer, qumlu torpaq” yozulması yanlışlıqdır. “Qumlaq”da “qum” – (kum, qom) – “birlik, qüvvətlilik” (“hun” sözündə olduğu kimi), “aq” isə–“çoxluq”, ya da “yer, məkan” (yat-aq, bat-aq, ot-l-aq, çay-l-aq) bildirir. Deməli, “Qumlaq” – “g ü c l ü l ə r, q ü v v ə t l i l ə r ”, yaxud, “ b i r l i k d ə o l a n l a r ” anlamındadır. Kənddə orta məktəb, uşaq bağçası, klub, kitabxana, poçt, 299 yerlik elektron ATS, feldşer - mama məntəqəsi, elektrik dəyirmanı, ağac emalı sexi var. Əhalinin (1297 nəfər) əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, bağçılıq və tərəvəzçilikdir. Kənddə təbii qazdan istifadə olunur. Memarlıq abidələrindən məscid (XIX əsr) var. Oğuz – Tayıflı avtobus marşrutu Qumlaqdan keçir.
Toponimikası
redaktəQumlaq “qumlu yer, qum olan yer“ deməkdir. Keçmişdə Qarabulaq, Mazədərəsi və Fiy dərələrindən axan və Türyançayın mənbəyini təşkil edən sular bu yeri basaraq qobular əmələ gətirmiş və qumlağa çevirmişdir. Əhalisi Xalxal, Tərkeş və Oğuz yaşayış məntəqələrindən gəlib məskunlaşanlardır. Azərbaycan toponimiyasında işlənilmiş qum sözü müəyyən mənada oronimik və ya hidronimik obyekti səciyyələndirir, yəni dağm səthinin və ya çayın tərkibinin qumlu olmasını göstərir.[2]
Mədəniyyəti
redaktə- Memarlıq abidələrindən məscid (XIX əsr) var.
Coğrafiyası və iqlimi
redaktə- Rayon mərkəzindən 10 km cənub şərqdə, Oğuz–Qəbələ şose yolundan 3 km solda, Xalxalçayın sol tərəfində yerləşir. Qumlaq İnzibati Ərazi Dairəsinin mərkəzidir.
Əhalisi
redaktəƏhalinin sayı 1415 nəfərdir (01 yanvar 2017-ci il) Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, bağçılıq və tərəvəzçilikdir. Kənddə təbii qazdan istifadə olunur.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ https://www.stat.gov.az/source/regions/az/005_4.xls.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Oğuz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |