Qurdlar Vadisi Iraq - Wikipedia
Qurdlar Vadisi İraq | |
---|---|
türk. Kurtlar Vadisi Irak | |
| |
Janr | Ekşn, Macəra, Siyasi |
Rejissor | Sərdar Akar |
Prodüser | Raci Şaşmaz |
İcraçı prodüser | Raci Şaşmaz |
Ssenari müəllifləri | Raci Şaşmaz, Bahadır Özdənər |
Baş rollarda |
Necati Şaşmaz Gürkan Uygun Kenan Çoban Erhan Ufak Billy Zane Bergüzar Korel Ghassan Massoud |
Bəstəkarlar | Gökhan Kırdar, LOOPUS |
İstehsalçı | Pana Film |
İlk baxış tarixi |
29 oktyabr 2006 (İstanbul premyerası) |
Müddət | 122 dəqiqə |
Büdcə | 14 milyon $ |
Gəlir | 23.465.471 $ |
Ölkə | Türkiyə |
Dillər | Türkcə, İngiliscə, Ərəbcə, Kürdcə. |
İl | 2006 |
Əvvəlki film | Qurdlar Vadisi |
Sonrakı film | Qurdlar Vadisi Terror |
Rəng | rəngli |
Çəkiliş yeri | Türkiyə: Qaziantep |
IMDb | ID0493264 |
Məzmunu
redaktəMənbə[1]
Filmin hekayəsi gerçək bir hadisə olan "Torba hadisəsi"nə işarə ilə başlayır… 4 iyul 2003 tarixində Şimali İraqda yerləşmiş on bir xüsusi təyinatlı türk əsgərinin qeyri-rəsmi, yarı-gizli qərargahına müttəfiq Amerikan birlikləri gəlir. Türk qrupu bunu müttəfiqlərinin adi ziyarətlərindən biri zənn edir… Lakin bu səfər vəziyyət fərqlidir. Dəyişən şəraitdə Amerika bölgədə "son sözü" söyləyən tək güc olmaq hədəfindədir. Onlara görə regionda artıq türklərə yer yoxdur…
O gün on bir əsgər başlarına torba keçirilərək camaatın gözlərinin qarşısında əsgərlik qürurları heçə sayılaraq ölkədən xarici edilirlər…
Filmdə hər şey bura qədər gerçəkləri anladır…
Gerçəklər üstünə qurulan hekayədə Süleyman Aslan o on bir əsgərdən biridir. Vaxtilə alçaldılaraq təslim olmağı qüruruna yedirə bilməyən baş leytenant Süleyman geridə bir məktub qoyub intihar edir…
Məktub Polad Aləmdara yazılmışdır… Polad Ələmdar çox xüsusi olaraq yetişdirilmiş türk kəşfiyyatçısıdır. Dövlət adına çalışan gizli bir xidmətin ölkə daxili və xarici bir çox əməliyyatına qatılmışdır… Həyatda həmişə vəzifələri üçün yaşayan Polad Ələmdar vəzifəsi uğruna intihar edən yoldaşının vəsiyyətinə qeydsiz qala bilmir…
O artıq adamları ilə birlikdə Şimali İraqdadır, lazım olsa ölmək üçün…
Şimali İraqda onları fərqli bir vəziyyət gözləyir. Onlar türk əsgərlərinə utancı yaşadan adamın arxasınca idilər, amma gördükləri inanılası kimi deyildi. İraqda insanların dəyərləri, şəxsiyyətləri, keçmişləri heçə sayılırdı. Qurulmaq istənən yeni nizam insanlara qəbul edilə bilməz bir dəyişməni sırıyırdı… Bu qəbul edilə bilməz insanlıq cinayətlərinin görünən üzü torba hadisəsinin də baş aktyoru Sem Uilyam Marşal adındakı amerikan xüsusi qüvvə komandiridir.
Sem U. Marşal planını reallaşdırmaq üçün bölgədəki hər kəsin birləşdiyi ərəb toyuna hücum edir. Hamısı mülki sakin olmaqla onlarla adamı qətlə yetirilir. Toyun gəlini Leyla basqında gələcək həyat yoldaşını itirir… O gecə qətl edilən insanlar xaricində bir çox günahsız insan da terrorist adlandırılaraq həbs olunur.
Tale daha sonra Polad və Leylanın yollarını uğrunda ölməyi gözə aldıqları hədəf uğrunda kəsişdirəcək…
Semin arxasında artıq bütün günahları, Polad və Leyla var…
Rollarda
redaktəMənbə[2]
- Necati Şaşmaz — Polad Aləmdar, keçmiş KGT üzvü
- Gürkan Uygun — Memati Baş, Polad Ələmdarın adamı
- Kənan Çoban — Əbdülhey Çoban, Poladın adamı, keçmiş KGT üzvü
- Ərhan Ufak — Güllü Ərxan, Poladın adamı
- Billy Zane — Sem Uilyam Marşal, ABŞ komandiri
- Bərgüzar Korel — Leyla, yerli sakin
- Ghassan Massoud — Şeyx Əbdürrəhman Xalis Kərküki, din xadimi
- Dieqo Serrano — Dante, ABŞ-lı əsgər, Sem Uilyam Marşalın adamı
- Spenser Qarret — George Baltimore, jurnalist
- Qeri Buzi — Həkim, Semin dostu
- Nüsrət Şənay — Türk komandir
- Tayfun Ərarslan — Süleyman Aslan, türk zabit
- Tito Ortiz — ABŞ-lı mayor
- İsmət Hürmüzlü — Əbu Tariq, ərəb lider
- Cihad Əbdu — Kürt lider
- Yavuz İmsəl — Həsən, türkman lider
- Mauro Martino — Mr. Fender, otel rəhbəri
Texniki heyət
redaktəMənbə[3]
- Sərdar Akar — Rejissor
- Raci Şaşmaz — Prodüser, ssenari
- Raci Şaşmaz, Bahadır Özdənər — Ssenari
- Sonər Yalçın — Ssenari məsləhətçisi
- Ömər Lütfi Mete — Ssenari supervizoru
- Zübeyir Şaşmaz — İcraedici prodüser
- Həsən Kaçan, Mehmet Canpolad — Prodüser köməkçiləri
- Sadəddin Namoğlu — İstehsal rəhbəri
- Gökhan Kırdar, LOOPUS — Musiqi
- Səlahəddin Sancaqlı — Görüntü rejissoru
- Kəmaləddin Osmanlı — Quruluşçu
- Sadullah Şəntürk — Köməkçi rejissor
İstehsal
redaktəİnkişaf
redaktəÇəkiliş
redaktəDizayn və xüsusi effektlər
redaktəFilm musiqisi
redaktəTəqdimat
redaktəMarketinq
redaktəEv üçün buraxılış
redaktəQəbulu
redaktəTənqidçilərin mövqeyi
redaktəTürkiyədə işləyən ingilis jurnalist Gareth Jenkins Vaşinqtonda etdiyi çıxışda Türkiyə cəmiyyətində böyük bir psixoloji pozğunluq olduğunu və bunun da Qurdlar Vadisi İraq filmiylə görülə biləcəyini söyləyib: "Bu filmin DVD-sini almağınızı və görməyinizi istəyərəm. Filmdə Türkiyə cəmiyyətindəki böyük psixoloji pozğunluğu görə bilərsiniz. Filmdə ciddi şəkildə Osmanlı həsrəti və həddindən artıq türk millətçiliyi, hətta anti-semitizm var." Yığıncağa qatılan səfirlik səlahiyyətlisi isə qarşı çıxaraq bunun qəbul edilə bilməz olduğunu İfadə edib.[4]
Gəlirlər
redaktəMükafatlar
redaktəİstinadlar
redaktə- ↑ "Film Hakkında" ( (türk.)). valleyofthewolvesiraq.com. 2006-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
- ↑ "Oyuncular" ( (türk.)). valleyofthewolvesiraq.com. 2006. 2006-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
- ↑ "Yapım ekibi" ( (türk.)). valleyofthewolvesiraq.com. 2006-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
- ↑ "İngiliz Gazeteci Jenkins: Kurtlar Vadisi, Türk Toplumundaki Ruhsal Bozukluğun Göstergesi" ( (türk.)). haberler.com. 2010-01-13. 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- web.archive.org/web/20060205172823/http://kurtlarvadisiirak.com/ — Rəsmi saytı
- Qurdlar Vadisi: İraq — Internet Movie Database saytında
- Fragman
- Kamera Arkası
- Galeri
- Turkish movie depicts Americans as savages, CNN, 2006–02-02
- Murray, Ben. "Troops are urged to avoid theaters with Turkish film" (ingilis). Stars and Stripes. 2006-02-07. 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-03.
- Rainsford, Sarah. "Turkish rush to embrace anti-US film" (ingilis). BBC News. 2006-02-10. 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-03.
- Arsu, Sebnem. "If You Want a Film to Fly, Make Americans the Heavies" (ingilis). The New York Times. 2006-02-14. 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-03.
- Elley, Derek. "Review: «Valley of the Wolves: Iraq»" (ingilis). Variety. 2006-02-20. 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-03.
- Referenced in BBC Documentary Archive podcast Death To America Part Two: Turkey (May 2007)