Qurtulus Jurnal - Wikipedia
"Qurtuluş" məcmuəsi — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri məcmuə (jurnal).[1]
Tarixi
redaktəİlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür[2]. "Qurtuluş" məcmuəsi (jurnalı) da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu.
Jurnaldada Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu.[3]
"27 Nisan" məqaləsi
redaktəB.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı:
27 Nisan ən qara bir günümüzdür. 27 Nisan Milli hürriyyətimizin, Milli istiqlalımızın çalındığı bir gündür. 27 Nisan müqəddəs milli bayrağımızın yendirildiyi qara bir matəm günüdür. 27 Nisan haqqın çeynəndiyi, vəhşətin və istibdadın müzəffər olduğu bir gündür.. Bu gün günəşimiz tutulmuş və sonu gəlməyən bir qaranlıq başlamışdır. 27 Nisanda milli Azərbaycan vicdanı zədələnmiş, milli şüurumuzda daima sızlayan müqəddəs bir yara açılmışdır. Hər 27 Nisanda o yaranın közü qopuyor. |
İstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. "Lider-Nəşriyyat". Bakı - 2005
- ↑ Xaləddin İbrahimli. Azərbaycan mühacirəti tarixi. Bakı: ADPU nəşriyyatı. 2012. səh. 108. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
- ↑ A.Tahirli. "Azərbaycan mühacirət mətbuatı". 1 hissə. Bakı-2002
Ədəbiyyat
redaktə- Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002;
- Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.