Rovsen Sadixov - Wikipedia
Sadıxov Rövşən Oqtay oğlu — Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini.
Rövşən Sadıqov | |
---|---|
Rövşən Oqtay oğlu Sadıqov | |
2000 – 2001 | |
11 may 2005 – 6 sentyabr 2006 | |
9 sentyabr 2006 – mart 2011 | |
2011 – 2015 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyatı
redaktəRövşən Sadıxov 26 iyun 1960-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 62 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Heydər Əliyevin göndərişi ilə 1977-ci ildə S. Orconikidze adına Moskva İdarəetmə İnstitutuna daxil olmuşdur. 1982-ci ildə həmin institutu bitirmişdir. 1996-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1999-cu ildə həmin universiteti bitirmişdir.
1982-ci ilin noyabr ayından 1986-cı ilin fevral ayına kimi Azərbaycan Sənayetikinti Nazirliyi "Sənayetikintimexanizasiya" trestinin 1 saylı Xüsusiləşdirilmiş Mexanizasiya İdarəsində usta, iş icraçısı vəzifələrində çalışmış. 1986–1994-cü illərdə 1 saylı Xüsusiləşdirilmiş Mexanizasiya İdarəsinin Həmkarlar İttifaqı komitəsinin sədri, "Azərtəmirtikintiməişət" trestinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan Respublikası Tikinti Materialları Sənayesi nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir.
1994–2000-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində, Kassa Aparatlarının Nəzarəti və Tətbiqi şöbəsinin rəisi, İnzibati və Maliyyə Təminatı İdarəsinin rəis müavini, sonradan isə Nağd Hesablaşmaların Aparılması Qaydalarına Nəzarət İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
2000–2001-ci illərdə Nizami rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləmişdir. Əmək fəaliyyətini 2001–2005-ci ilərdə "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatında müxtəlif vəzifələrdə davam etdirmişdir.
2005–2006-cı illərdə İsmayıllı rayon İcra hakimiyyətinin başçısı vəzifəsində, 2006–2011-ci illərdə isə Gəncə şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləmişdir.
2011-ci ildə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə gətirilmişdir.
3-cü dərəcəli Baş Dövlət Vergi Xidməti müşaviri rütbəsi və Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.