Rufet Ezizov - Wikipedia
Rüfət Eyvaz oğlu Əzizov (7 aprel 1980, Bakı) — Azərbaycanlı alim, kimya elmləri üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin rektoru (2023), Azərbaycan Respublikasının Təhsil İnstitutunun keçmiş direktoru (2021–2023).
Rüfət Əzizov | |
---|---|
Vəzifədədir | |
13 sentyabr 2023-cü ildən | |
Əvvəlki | Elxan Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 aprel 1980 (44 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Həyatı
redaktəRüfət Əzizov 7 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. Əslən Masallı rayonunundandır.[1] O, 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq-müsabiqədən kənar qəbul olmuş və 2003-cü ildə kimya ixtisası üzrə məzun olduqdan sonra həmin ali məktəbdə elmi-işçi vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etməklə universitetdə aspirantura təhsilini davam etdirib və 2006-cı ildə dissertasiya işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini alıb.[2][3]
2008-ci ildə London Materiallar İnstitutunun peşəkar üzvlüyünə qəbul olub və Böyük Britaniya elmi cəmiyyəti tərəfindən "Chartered Scientist" elmi adına layiq görülüb.
2014–2016-cı illərdə ADA və Maastrixt Universitetinin birgə MBA proqramını və 2018–2020-ci illərdə isə Oksford Universitetinin Said Biznes məktəbində ali biznes idarəçiliyi, "Executive MBA" proqramını bitirib.
Kornell Universitetinin ali idarəetmə, Corc Vaşinqton Universitetinin layihələrin idarə olunması və Oksford Universitetinin süni intellekt proqramı da daxil olmaqla bir çox kurs və təlimlərdə iştirak edib.
Ailəlidir, iki övladı var.
Fəaliyyəti
redaktəRüfət Əzizov 2005–2012-ci illərdə BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material-korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrini icra edib. Bu dövr ərzində baş mühəndis və korroziya-inspeksiya mühəndislik sahəsi üzrə qrup rəhbəri vəzifələrinə qədər yüksəlib.[3] 2012-ci ildən isə "Unimetal" MMC-də çalışıb.[2]
2009, 2010 və 2011-ci illərdə BP Azərbaycan şirkətinin "İlin mühəndisi" müsabiqələrində müxtəlif nominasiyalar üzrə qalib olub. 2019-cu ildə "Ernst & Young"- EY şirkəti tərəfindən keçirilən müsabiqəsində "sosial təsir" nominasiyası üzrə qalib gəlib.[1]
O, Amerikan brendi olan "Engineering For Kids" şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir.[2]
2013–2020-ci illərdə metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal şirkətlər qrupunun İcraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə edib. Metaləritmə, prokat və profilləmə, boru-profil istehsalı, qalvanizli və polimer örtüklü dəmir istehsalı zavodlarının layihəsinin hazırlanmasına, qurulmasına və əməliyyatların idarə olunmasına rəhbərlik edib.
O, sənayedə çalışdığı dövrlərdə Bakı Ali Neft Məktəbinin MBA proqramı, kimya mühəndisliyi magistratura proqramında, Layihələrin İdarə olunması Məktəbində (PMI sertifikat), Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universitetinin birgə magistratura "Təhsil siyasəti və idarə olunması" proqramında dərs demiş və Oksford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərib.
O, müxtəlif illərdə IJSO, ISEF və digər beynəlxalq elm yarışmalarında münsif olaraq iştirak edib.[2]
Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 7 yanvar tarixli əmri ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilib. Təhsil İnstitutunda işlədiyi dövrdə təhsil tədqiqatlarının aparılması, təhsil proqramlarının yenilənməsi, dərsliklərin təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişaf proqramlarının təşkil olunmasına və sertifikatlaşması prosesinə, sistem əhəmiyyətli pilot layihələrin həyata keçirilməsi və ali təhsil səviyyəsində yeni məzmunlu proqramların hazırlanması layihələrinə rəhbərlik edib.
2023-cü il sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.[4]
Elmi fəaliyyəti
redaktəRüfət Əzizov kimyəvi kataliz, korroziya və biotexnologiya elmi sahələrində 30-dan artıq elmi əsərin, o cümlədən 1 patentin və "SCOPUS" elmi-metrik bazasına daxil olan 6 məqalənin müəllifidir. O, həmçinin 2021–2023-cü illərdə Təhsil İnstitutunda təhsilin müxtəlif pillə və səviyyələrini əhatə edən 45 adda elmi-tədqiqat işinə rəhbərlik edib. Bu tədqiqatların nəticələrinə dair hazırlanmış 23 adda kitabdan 9-da elmi redaktor və 3-də elmi məsləhətçi kimi rol alıb.
Onun rəhbərliyi ilə Təhsil İnstitutunda təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə 3 nəfər fəlsəfə doktoru proqramı üzrə təhsil alır.
İstinadlar
redaktə- ↑ 1 2 "Masallılı gənc İnstitut direktoru təyin olundu » Cenub.az – Regional Qazet". Cenub.az – Regional Qazet (türk). 0302. İstifadə tarixi: 2024-04-13.
- ↑ 1 2 3 4 "Təhsil İnstitutuna yeni direktor təyinatı". Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (az.). 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-13.
- ↑ 1 2 "Rektor". sdu.edu.az. 2023-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.
- ↑ "R.E.Əzizovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2023-09-13.