Rustem Mustafayev - Wikipedia
Rüstəm Məmməd oğlu Mustafayev (12 (25) fevral 1910, Bakı[1] – 19 iyul 1940[1], Bakı[1]) — Azərbaycan rəssamı, Azərbaycanda realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri.
Rüstəm Mustafayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | I Fəxri Xiyaban |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Fəaliyyəti | rəssam |
Təhsili | Azərbaycan Ali Rəssamlıq Məktəbi |
Janr | səhnəqrafiya |
Mükafatları |
Həyatı
redaktəRüstəm Mustafayev 25 fevral 1910-cu ildə Bakıda anadan olub.[2] 1926-cı ildə Azərbaycan Ali Rəssamlıq Məktəbindən məzun olmuşdur.[3] 1928-ci ildə Moskvada təcrübə keçdikdən sonra Bakıya qayıtmış, bir müddət Bakı Azad Tənqid-Təbliğ Teatrında tərtibatçı rəssam kimi çalışmışdır. Eyni zamanda Azərbaycan Opera və Balet Teatrı və Azərbaycan Dövlət Dram Teatrında da səhnə tərtibatları vermişdir. 1937-ci ildən 1940-cı ilə qədər Azərbaycan abidələrini mühafizə edən Mərkəzi Dövlət İdarəsinin direktoru vəzifəsində çalışıb.[4]
R. Mustafayev 19 iyul 1940-cı ildə Bakıda vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur.[5] Azərbaycan Dövlət İncəsənət Muzeyi 1943-cü ildən Rüstəm Mustafayevin adını daşıyır.
Yaradıcılığı
redaktəR. Mustafayev 1933–1938-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında baş rəssam kimi fəaliyyət göstərmişdir.[6] Mirzə Cəlil, Cəfər Cabbarlı, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinə, "Şah İsmayıl" (Müslüm Maqomayev), "Leyli və Məcnun" (Üzeyir Hacıbəyov), "Koroğlu" (Üzeyir Hacıbəyov), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov) operalarına, "Qu gölü" (Pyotr Çaykovski) baletinə tərtibat verib.[7]
O, həm də plakat və kitabların bədii tərtibatı üzərində işləmişdir. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və başqa şairlərin o dövrdə çıxan kitablarının bədii tərtibatı rəssamın ilk qrafika işlərindən sayılırdı. 1939-cu ildə çap edilmiş Azərbaycan aşıqlarının şeirlərindən ibarət "Aşığın səsi" kitabının da bədii tərtibatı Rüstəm Mustafayevə məxsusdur. 1940-cı ildə Nizami muzeyinin bədii tərtibatının müəlliflərindən biri olmuşdur.[8]
Mükafatları
redaktə- "Şərəf nişanı" ordeni — 27 yanvar 1936[9]
Qalereya
redaktə-
Rüstəm Mustafayev – Firdovsinin portreti . 1934. Azərbaycan Milli İncəsənət Muzeyi
-
Rüstəm Mustafayev – Bədii tərtibat. 1930-cu illər. Azərbaycan Milli İncəsənət Muzeyi
-
Rüstəm Mustafayev – Teatr afişası. 1930. Azərbaycan Milli İncəsənət Muzeyi
İstinadlar
redaktə- ↑ 1 2 3 Мустафаев Рустам Мамед оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Миклашевская Н. М. Р. Мустафаев (rus). Баку. 1959.
- ↑ "RUSTAM MUSTAFAYEV". peoplepill.com. 24.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.09.2020.
- ↑ "105 yaşlı gənc sənətkar". medeniyyet.az. 25.02.2015. 25.02.2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.09.2020.
- ↑ "Художественная энциклопедия". dic.academic.ru (rus). 24.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.09.2020.
- ↑ İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (az.). III. Bakı: "Azərnəşr". 2017. səh. 142.
- ↑ İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (az.). III. Bakı: "Azərnəşr". 2017. səh. 143.
- ↑ "Yarımçıq ömrün sənət uğurları". xalqqazeti.com. 24.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.09.2020.
- ↑ "Большая советская энциклопедия". dic.academic.ru (rus). 24.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.09.2020.