Resad Memmedov Cudocu - Wikipedia
Resad Memmedov Cudocu - Wikipedia - Haqqında Məlumat
Rəşad Məmmədov (belar. ́Рашад Мамедаў; 23 iyul 1974) — Azərbaycan əsilli Belarus cüdoçusu.[2] Cüdo üzrə Avropa çempionatının qızıl və bürünc mükafatçısı. Beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı.[3] Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası.[4]
Rəşad Məmmədov | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||
Doğum tarixi | 23 iyul 1974 (50 yaş) | |||||||||||||||
İdman növü | cüdo[1] | |||||||||||||||
Məşqçisi | Viktor Vnuçkin | |||||||||||||||
Medallar
|
Həyatı
redaktə1994-cü ildə Avropa çempionatında beşinci, gənclər arasında Avropa çempionatında isə üçüncü olub.[3]
1997-ci ildə Ostende şəhərində təşkil olunmuş Avropa çempionatında 60 kq çəki dərəcəsində yarışan Məmmədov, bütün rəqiblərini üstələyərək, qitə birinciliyinin qalibi olub.[3] Bununla da o, Belarusun cüdo üzrə ilk Avropa çempionu kimi adını tarixə yazdırıb.[2][4] 1998-ci ildə Avropa, 2003-cü ildə isə Belarus çempionatında bürünc medal qazanıb.[3]
İstinadlar
redaktə- ↑ JudoInside.com (ing.). 2002.
- ↑ 1 2 "Мамедов Рашад". İzsambo.ru. İstifadə tarixi: 2024-09-06.[ölü keçid]
- ↑ 1 2 3 4 "Rashad Mamedov". Judoinside.com. 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
- ↑ 1 2 "JUDOKA.BY ПОЗДРАВЛЯЕТ РАШАДА МАМЕДОВА С ДНЕМ РОЖДЕНИЯ". Judoka.by. İstifadə tarixi: 2024-09-06.