Refiq Saydam - Wikipedia
İbrahim Rəfiq Saydam (türk. İbrahim Refik Saydam;8 sentyabr 1881[1], Konstantinopol – 8 iyul 1942, İstanbul) — Türkiyəli həkim və siyasətçi, Türkiyə Cümhuriyyətinin 4-cü baş naziri.
Rəfiq Saydam | |
---|---|
türk. İbrahim Refik Saydam | |
Türkiyə Cümhuriyyətinin 4-cü Baş naziri | |
25 yanvar 1939 – 8 iyul 1942 | |
Prezident | İsmət İnönü |
Əvvəlki | Cəlal Bayar |
Sonrakı | Şükrü Saracoğlu |
Türkiyə Cümhuriyyətinin daxili işlər naziri | |
11 noyabr 1938 – 25 yanvar 1939 | |
Prezident | İsmət İnönü |
Baş nazir | Cəlal Bayar |
Əvvəlki | Şükrü Kaya |
Sonrakı | Faiq Öztrak |
Türkiyə Cümhuriyyətinin səhiyyə naziri | |
4 mart 1925 – 25 oktyabr 1937 | |
Prezident | Mustafa Kamal Atatürk |
Baş nazir | İsmət İnönü |
Əvvəlki | Mazhar German |
Sonrakı | Hülusi Alataş |
Türkiyə Cümhuriyyətinin səhiyyə naziri | |
30 oktyabr 1923 – 21 noyabr 1924 | |
Prezident | Mustafa Kamal Atatürk |
Baş nazir | İsmət İnönü |
Əvvəlki | Rıza Nur |
Sonrakı | Mazhar German |
TBMM-nin sosial təminat üzrə müavini | |
10 mart 1921 – 10 dekabr 1921 | |
Baş nazir | Fevzi Çaxmaq |
Əvvəlki | Əbdülhaq Adnan Adıvar |
Sonrakı | Rıza Nur |
Cümhuriyyət Xalq Partiyasının Baş katibi | |
25 yanvar 1939 – 12 noyabr 1941 | |
Baş nazir | İsmət İnönü |
Əvvəlki | Şükrü Kaya |
Sonrakı | Faiq Öztrak |
Türkiyə Böyük Millət Məclisinin I-VI çağırışları millət vəkili | |
23 aprel 1920 – 8 iyul 1942 | |
Seçim bölgəsi | 1920 – Şərqi Bəyazid 1923 – İstanbul 1927 – İstanbul 1931 – İstanbul 1935 – İstanbul 1939 – İstanbul |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 sentyabr 1881[1] |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyul 1942 (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | Cümhuriyyət Xalq Partiyası |
Təhsili | |
Fəaliyyəti | hərbi həkim, siyasətçi, həkim |
Hərbi xidmət | |
Xidmət illəri | 1892-1926 |
Mənsubiyyəti |
Osmanlı imperiyası (1892-1919) Türkiyə Cümhuriyyəti (1919-1926) |
Döyüşlər | |
Rütbəsi | mayor |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRəfiq Saydam 8 sentyabr 1881-ci ildə İstanbulun Fateh ilçəsinin Çırçır məhəlləsində anadan olub.[2] Orta təhsilini bitirdikdən sonra 1892-ci ildə Fateh Hərbi Orta Məktəbinə, 1896-cı ildə İstanbul Qülləli Hərbi Liseyinə daxil olub.
O, 22 oktyabr 1905-ci ildə Hərbi Tibb Məktəbini tibb kapitanı rütbəsi ilə bitirmişdir. Üç il Gülhanə Hərbi Tibb Akademiyasının "Embriologiya və Histologiya" şöbələrində çalışmışdır. 1910-cu ildə təhsil almaq üçün xaricə gedən Rəfiq Saydam Almaniyanın Berlin Hərbi Tibb Akademiyasında Brandenburq, Danzik, Spandau və Şaritedə təhsil alıb. Balkan müharibəsinin başlanması səbəbi ilə 1912-ci ildə İstanbula qayıdıb.
Balkan müharibəsi illəri
redaktəBalkan müharibəsi zamanı Antalyada və Çatalca cəbhəsində vəba xəstəliyinin qarşısının alınması üçün çalışıb. O, 1914-cü ildə Baş səhiyyə müfəttişinin köməkçisi vəzifəsinə təyin edilərkən Bakteriologiya İnstitutunu təşkil edərək orada tif, dizenteriya, taun və vəba peyvəndlərini istehsal etmiş və I Dünya müharibəsi boyu ordunun ehtiyaclarının ödənilməsini təmin etmişdi. O, epidemioloji xəstəliklərlə mübarizəsini Həsənqaladakı cəbhə xəttində davam etdirmişdi.
Onun tif xəstəliyinə qarşı hazırladığı peyvənd tibbi ədəbiyyata daxil olmuş[3] və I Dünya müharibəsi zamanı Alman ordusunda və Türkiyə İstiqlaliyyət müharibəsində istifadə edilmişdir.
Qurtuluş müharibəsində iştirakı
redaktə1919-cu ildə Mustafa Kamal Paşa ilə birlikdə 9-cu Ordu Sağlamlıq Müfəttişinin müavini olaraq Samsuna getdi. Mustafa Kamal Paşanın qərargahı Ərzurumda dağıldıqdan sonra Ərzurum hərbi xəstəxanasının yoluxucu xəstəliklər xidmətinin rəisi təyin edildi. Lakin o, bu vəzifəni qəbul etmədi və ordunu tərk etdi. O, həmçinin Ərzurum və Sivas konqreslərində iştirak edib.
Siyasi fəaliyyəti
redaktə1920-ci ildə Türkiyə Böyük Millət Məclisinə Şərqi Bəyaziddən millət vəkili seçildi. Eyni zamanda Milli Müdafiə Nazirliyi yanında Sanitar İdarəsinin rəisi vəzifəsində də çalışıb. II dövr Türkiyə Böyük Millət Məclisinə İstanbuldan millət vəkili seçilib. 1921-ci il martın 10-da TBMM-nin sosial təminat üzrə müavini seçilib. O, bu vəzifəni 1921-ci ilin 20 dekabrınadək icra edib.
Türkiyə Cümhuriyyəti elan edildikdən sonra 30 oktyabr 1923-cü ildə I İsmət Paşa hökumətində səhiyyə naziri vəzifəsinə təyin edildi. II İsmət Paşa hökumətində bu vəzifəni 21 noyabr 1924-cü ilə qədər davam etdirdi. 4 mart 1925-ci ildə III İsmət Paşa hökumətində yenidən səhiyyə naziri vəzifəsinə təyin edildi. O, bu vəzifəni 1937-ci il oktyabrın 25-dək davam etdirdi.
O, 14 il fasilələrlə davam edən Səhiyyə Nazirliyi dövründə səhiyyədə bir sıra nailiyyətləri olmuşdu. 1924-cü ildə Ankarada, daha sonra Ərzurum, Diyarbəkir, Sivas və bir çox başqa vilayətlərdə xəstəxanalar, doğum və uşaq baxım evləri açdı. O, bu sahədə ixtisaslı kadrların hazırlanmasına da önəm vermiş, 1928-ci ildə İstanbul və Ankarada tibb kursları, tələbə yataqxanaları, Gigiyena İnstitutu və Məktəbi, vərəm dispanserləri təsis etmişdir. Bir çox xəstəliklərə qarşı burada peyvənd və zərdablar istehsal edilmişdir. Onun dövründə tif, difteriya, vəba, göy öskürək, tetanus və quduzluq peyvəndlərinin kütləvi istehsalına başlandı. 1940-cı ildə Çinə vəba epidemiyasına qarşı peyvənd ixrac edilirdi. 1928-ci ildə yaradılmış Gigiyena İnstitutunun peyvənd istehsalı 1997-ci ildə dayandırıldı, 2011-ci ildə isə institut bağlandı.
Rəfiq Saydam dövründə səhiyyə sahəsində edilən mühüm töhfələrdən biri də ölkənin səhiyyə inventarının hazırlanması oldu.[4] Nümunə götürmə yolu ilə seçilmiş yüzlərlə kənddə aparılan skrininq və sorğular nəticəsində hazırlanan və təxminən 2 il davam edən inventar ölkənin səhiyyə siyasətinin formalaşdırılmasında önəmli rol oynadı.
Soyad Qanunu qüvvəyə mindikdən sonra “Saydam” soyadını ona prezident Mustafa Kamal Atatürk verib. 1931-1938-ci illərdə vaxtaşırı Milli Təhsil Nazirliyi və Maliyyə Nazirliyin də də çalışıb. Atatürkün ölümündən sonra 15 il Daxili işlər naziri, CHP-nin baş katibi, Qızıl Aypara başqanı, eyni zamanda 1939-cu ilin yanvarından ölümünə qədər Türkiyə Cümhuriyyətinin Baş naziri vəzifələrində çalışıb.
Refik Saydamın baş nazirlik dövrü çətin bir dövrə təsadüf etdi. Dünya tarixinin ən böyük müharibəsi olan İkinci Dünya müharibəsi başladı və Türkiyə əslində bu müharibəyə girməsə də, iqtisadi və siyasi təsirlərini hiss etdi.[5]
İkinci Dünya müharibəsi illəri
redaktəİkinci Dünya müharibəsi başlamazdan əvvəl, 1938-ci ildə Mustafa Kamal Atatürk vəfat etdi və İsmət İnönü prezident oldu. Baş nazir vəzifəsində də dəyişiklik edildi, Cəlal Bayarın yerinə Rəfiq Saydam gəldi. Müharibə başlayanda 16 yaşı olan Türkiyə Cümhuriyyəti sənayeləşmə, təhsil, dəmir yolu və elektrikləşdirmə kimi sahələrdə irəliləyişlər etməyə başlasa da, istehsalının böyük hissəsi hələ də kənd təsərrüfatı məhsullarından ibarət idi. Bundan əlavə, 1929-cu il Böyük böhranından sonra kənd təsərrüfatı məhsullarının qiymətinin aşağı düşməsi ilə paralel olaraq həm dövlətin gəlirləri azaldı, həm də əhalinin 75%-ni təşkil edən kəndlilərin onsuz da mövcud olan maddi sıxıntıları daha da artdı.[6]
Prezident İsmət İnönü ilə Rəfiq Saydam Türkiyənin müharibəyə girməməsi mövzusunda həmfikir idilər. Balkan müharibələri, I Dünya müharibəsi və İstiqlaliyyət müharibəsini yaşamış idarə heyəti həm müharibənin çətinliklərini, həm də ölkənin iqtisadi və hərbi cəhətdən müharibəyə hazır olmadığını çox yaxşı bilirdi.[7] Bu mövzuda, Türkiyənin strategiyası neytrallığı qoruyub saxlamaq olsa da, ola biləcək hər hansı hücum ehtimalına qarşı hər cür tədbir görməli idilər. Bu xərclərin ödənilməsi və əhalinin sıxıntılarının aradan qaldırılması üçün büdcə balansı, pulun dəyərinin qorunması və inflyasiyanın qarşısının alınması əsas prinsiplər kimi qəbul edilmişdi.
Şərtlər çox ağır olsa da, Saydam qoyduğu əsas prinsiplərdə uğur qazandı. Türkiyə müharibədən yayınmağı bacardı. 1942-ci ildə Rəfiq Saydamın ölümünə qədər büdcədə tarazlıq təmin edilmiş, türk lirəsi Avropa valyutaları ilə müqayisədə daha az dəyər itirmiş, istehlak malları qıtlığına baxmayaraq qiymət sabitliyi təmin edilmişdi.[8]
Rəfiq Saydam 8 iyul 1942-ci ildə İstanbula təftiş üçün getdiyi zaman vəfat etdi. Şükrü Saracoğlu hökuməti qısa müddətdə iqtisadi siyasətdə mühüm dəyişikliklər etdi. O, daha çox özəl sektor təşəbbüslərinə və bazarda baş verəcək qiymət tarazlığından asılı siyasət yürütməyə başladı. Nəticədə, inflyasiya axını gücləndi, tədavüldəki pul artımı, dövləti əlavə gəlirlər axtarmağa məcbur etdi. Bu ehtiyac Sərvət vergisinin tətbiqinə səbəb oldu.[9]
Rəfiq Saydamın ölümündən sonra baş verən bu iqtisadi keçid Türkiyə Cümhuriyyətinin iqtisadi tarixində ilk və əsas qırılma nöqtəsi oldu. Bu da 1950-ci il seçkilərini və Cəlal Bayarın liderliyindəki ictimai və iqtisadi gücün yenidən gündəmə gəlməsinə yol açdı. Buna görə də Türkiyə Cümhuriyyətinin sosial və iqtisadi həyatında ilk fundamental qırılma nöqtəsi 1950-ci il seçkiləri deyil, Rəfiq Saydamın ölümü oldu.[5]
Ölümü
redaktə3 iyul 1942-ci ildə qatarla Ankaradan İstanbula yola düşən Rəfiq Saydam iyulun 7-də çərşənbə günü səhər əyalətə gələrək idxal-ixrac şirkətlərinin sahibləri ilə görüşür. Həmin gün o, nazirliyin müvafiq rəsmiləri və vali Lütfi Kırdarın da iştirak ilə Taksim kazinosunda nahar edir. Gecə saat 21.20 radələrində onu qaldığı "Pera Palas" otelinə yola salırlar.[10]
Saat 23.30-da otelə gələrək dincələn Rəfiq Saydam, təxminən 15 dəqiqə sonra, saat 23.45-də ürəyində şiddətli ağrı hiss edərək şəxsi katib Haqqı Şükrü bəyi yanına çağırtdırır. Narahat bir halın baş verdiyini hiss edən Haqqı Şükrü bəy dərhal baş nazirin otağına qalxır. Rəfiq bəy Haqqı bəydən səs-küy salmadan həkim tapılmasını istəyir.
8 iyul 1942-ci ildə Rəfiq Saydamın vəfatı ilə bağlı bütün Türkiyə yasa büründü, bayraqlar yarıya endirildi. İyulun 9-da onun bayrağa sarılı tabutu Taksim-İstiklal küçəsi ilə Qaraköydən feribot ilə Heydərpaşaya gətirildi və 13.05-də xüsusi qatarla Ankaraya yola salındı. 10 iyul 1942-ci il cümə günü saat 09.00-da Ankara stansiyasına çatan tabutu Hacı Bayram məscidində qılınan cənazə namazından sonra Cəbəci Əsri qəbiristanlığında torpağa tapşırıldı.[10]
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France Refik Saydam // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Refik Saydam Hakkında Bir Doküman; Hazırlayanlar: Y.S. Aydıntuğ, H. Kayhan, A. Altunsoy, M. Uçar
- ↑ "A Famous Turkish Physician from Military Medical School: Dr. Refik Saydam and His Public Health Works" (PDF). 21 Şubat 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 Mart 2019.
- ↑ "Refik Saydam". 22 Ocak 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 Ekim 2020.
- ↑ 1 2 "REFİK SAYDAM HÜKÜMETLERİ DÖNEMİNDE TÜRKİYE'NİN EKONOMİ POLİTİKASI (1939-1942)". İstifadə tarixi: 24 Ekim 2020.
- ↑ İkinci Adam. Remzi Kitabevi.
- ↑ İkinci Adam. Remzi Kitabevi.
- ↑ İkinci Adam. Remzi Kitabevi.
- ↑ İkinci Adam. Remzi Kitabevi.
- ↑ 1 2 "Hıffızsıhha'nın duayeni: Dr. Refik Saydam". 27 Ekim 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 Ekim 2020.