Rena Ceferova - Wikipedia
Rəna Cəfərova (tam adı: Rəna Ələkbər qızı Cəfərova; 20 yanvar 1953, Tovuz) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Fiziki və fiziki-kimyəvi tədqiqatlar” şöbəsinin müdiri, kimya üzrə elmlər doktoru, professor.[1][2]
Rəna Cəfərova | |
---|---|
Rəna Ələkbər qızı Cəfərova | |
Doğum tarixi | |
Doğum yeri | Tovuz, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya spektroskopiya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsi |
Ümumi məlumatlar
redaktəRəna Ələkbər qızı Cəfərova 1953-cü il yanvarın 20-də Tovuz şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Tovuzdakı 1 saylı orta məktəbi fərqlənmə ilə bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki M.Ə. Rəsul-zadə, Bakı Dövlət Univer- siteti ) “Fizika” fakultəsinə qəbul olunmuşdur. O,1975-ci ildə bu fakultəni “ Fizik, fizika müəllimi “ ixtisası üzrə bitirmişdir. Təyinatla Az.EA-nın Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutuna (NKPİ) göndərilmiş və 1975-1978-ci illərdə ETS-də baş laborant, stajer-tədqiqatçı, mühəndis vəzifələrində çalışmışdır. O, 1978-1984-cü illərdə NKPİ-də “Optika” ixtisası üzrə aspiranturada oxumuş və 1984-cü ildə Azərbaycan Dövlət Universitetində “Bərk cisimlər fizikası” ixtisası üzrə “Alkilammonium və alkilfosfonium halogenidlərdə məxsusi elektron həyəcanlanması, lüminessensiya və rekombinasiya prosesləri” adlı dissertasiya işini müdafiə etmiş, 1985-ci ildə AAK (Rusiya ) tərəfindən ona fizika-riyaziyyat elmləri namizədi dərəcəsi verilmişdir. Alim 1992- 2002-ci illərdə böyük elmi işçi ( 1994-cü ildə AAK tərəfindən baş elmi işçi diplo- mu verilmişdir), 2002-ci ildən isə aparıcı elmi işçi və baş elmi işçi vəzifələrini icra etmişdir. 2005-ci ildə Y.H.Məmmədəliyev adına NKPİ-də 02.00.13-Neft kimyası və 02.00.04 – Fiziki kimya ixtisasları üzrə “ Neft lüminoforlarında fotofiziki və fotokimyəvi proseslər” adlı doktorluq dissertasiyasını müdafiə edərək, kimya elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. R.Ə. Cəfərova 16.02.2012-2019-cu illərdə NKPİ-da “Spektroskopik analiz” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. O, hal-hazırda Az.MEA-nın NKPİ-da “Fiziki və fiziki-kimyəvi tədqiqatlar” şöbəsinin müdiridir. Alimə 2017-ci ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor diplomunu verilmişdir. O,1975-ci ildən etibarən NKPİ-da fəaliyyət göstərən Həmkarlar Komitəsinin üzvidür və hal-hazırda, həm də, İnstitutun Qadınlar Şurasında fəaliyyət göstərir.
Əsas elmi nailiyyətləri
redaktəMüxtəlif üzvi birləşmə siniflərinin, ion dielektriklərinin və yarımkeçiricilərin əsasında xalq təsərrüfatının müxtəlif sahələrində, kosmik texnologiyada, ağır maşınqayırma sənayesində, gəmi- qayırmada, analitik kimya, biologiya və tibbdə, neft və qaz kəşfiyyatında və s.-də tətbiq edilən, yeni, keyfiyyətli, stabil, geniş spektral-lüminessent xarakteristikalar diapazonuna malik olan, ekoloji baxımdan əlverişli lüminoforların işlənib hazırlanması məqsədilə R.Ə. Cəfərova alkilammoni- um və alkilfosfonium halogenidlərdə məxsusi elektron həyəcanlanması, lüminessensiya və rekombinasiya proseslərini tədqiq edərək mühüm nəticələr əldə etmiş və bu nəticələrdən istifadə edilərək bir sıra Tl, Pb, Sn əsaslı yeni tip lüminoforlar hazırlanmışdir. Alim alınan nəticələr barəsində NKPİ-da, ADU-də, Lvov Dövlət Universitetində, Ural Dövlət Texniki Universitetində məruzələr etmişdir. • “Neft lüminoforları və fotokimya” laboratoriyasında zəngin lüminessensiyaedici komponentəri – politsiklik aromatik komponentləri olan neft lüminoforlarının-“Şirvanol” (“Ş-1”, “Ş-2”, “Ş- 3” ) neftin ikinci emal məhsulu olan katalitik krekinqin ağır qazoylundan işlənib hazırlanma- sında yaxından iştirak etmiş, onlarda baş verən foto- və radiasiya fiziki və kimyəvi çevrilmələri tədqiq edərək, bu proseslərin mexanizmlərini vermişdir. •Asan əldə edilə bilən xammal mənbələrinə və sadə istehsal texnologiyasına malik olan neft lüminoforları “Neftqazavtomat İstehsalat Birliyində, Fizika institutunun “Dağılmaya nəzarət metodları” laboratoriyasında (Azərbaycan Respublikası), “İjorsk zavodunda”, Atommaş İstehsalat Birlikləri(Sankt-Peterburq, Volqodonsk, Kalinin şəhərləri)- Rusiya Federasiyası , daxil olmaqla 20-dən artıq müəssisədə sınaqdan keçirilmiş və rəngli-lüminessent defektoskopiya sahəsində mikrode- fektlərin aşkar edilməsində tətbiq olunmuşdur. •R.Ə. Cəfərova 1975-ci ildən etibarən, həm də, institutun digər laboratoriyalarında aparılan elmi-tədqiqat işlərinin birgə yerinə yetirilməsində iştirak edir, üzvi birləşmələrin, o cümlədən, neft və neft məhsullarının quruluşunun, struktur-qrup tərkiblərinin, kimyəvi reaksiyaların getmə mexa- nizmlərinin, kinetik qanunauyğunluqların spektral tədqiqi ilə məşğul olur, müasir, yüksəkhəssaslıqlı spektral tədqiqat metodları üçün yeni metodikalar işləyib hazırlayır. O, bu tədqiqatlarla yanaşı, həmçinin, Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarında radiasiya deqradasiya prosesləri- nin tədqiqi, sudan hidrogenin alınması probleminin həlli və s.ilə də məşğul olmuşdur. • Alim Abşeron yarımadasının xam yataq neftləri üzrə aparılan tədqiqatlarında onlardan ayrılmış fraksiyaların müxtəlif sənaye sahələrində (neftkimya, əczaçılıq və s.) istifadə olunan karbohidrogenlərin xammal mənbəyi olduğunu göstərmişdir. Aşkar edilmişdir ki, təbii quyu neft- lərinin ağır qalıqlarından alınan NL-ı təkrar emal məhsullarından alınan lüminoforlara nisbətən daha stabil və zəhərliliyi az olduqlarından tətbiq üçün daha çox yararlıdır. Bu tədqiqatların nəticəsində, həmçinin, ağır neft qalıqlarının inhibitor xassəsinin olduğu aşkar edilmişdir. Digər tərəfdən, müəyyən edilmişdir ki, xam neftlərin yüngül aromatik qrup karbohidrogenləri yüngül şəraitlərdə mayefazalı oksidləşmə proseslərində sərbəst radikalların inisiatorudur. O, hal-hazırda, həm də, Respublikamda Naftalan, Suraxanı kimi neft yataqlarından çıxarılan unikal neftlərin karbohidrogenlərindən səmərəli surətdə, xüsusilə də, tibbi sahədə, istifadə edilməsi məqsədilə onların müasir, yüksəkhəssaslıqlı spektral cihazların köməyilə kompleks tədqiqi ilə məşguldur. Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 9 Elmlər doktorlarının sayı: 2.
Elmi-təşkilatı fəaliyyəti
redaktəR.Ə.Cəfərova 2007-2020--ci illərdə Az.MEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) İxtisaslaşmış Elmi Şüranın (ixtisaslar: yüksək enerjilər kimyası, radiasiya kimyası, radia- siya fizikası, radiasiya materialşünaslığı, nüvə kimyası) üzvü olmuşdur . O, bu İnstitutda 2010-cu ildə ekologiya üzrə elmi seminara rəhbərlik etmişdir. Alim hal-hazırda NKPİ-da fəaliyyət göstərən Elmi şuraların (İxtisaslaşmış Elmi Şuradan başqa) və seminarların üzvüdür. Alim onlarla dissertasiya işinin rəyçisi və opponenti olmuşdur.
Pedaqoji fəaliyyəti
redaktəR.Ə.Cəfərova 2008-2016-cı illər ərzində Azərbaycan Dövlət Neft və Sənaye İnstitutunun “Fiziki-kimyəvi analiz metodları mərkəzləşdirilmiş laboratoriyasında” tələbə, magistr, aspirant və dissertantlara spektroskopiya elmini, o cümlədən, müasir spektroskopik tədqiqat metodlarını və metodikalarını öyrətməklə məşğul olmuş və bir sıra metodik vəsaitlərin yazılmasında yaxından iştirak etmişdir. Hal-hazırda alim NKPİ-da gənc alimlərə, o cümlədən, magistrlərə spektroskopiya elminin nəzəriyyə və praktikasını tədris edir, o, həmçinin, bu sahədə yeni metodikaların işlənilməsi və yazılması ilə məşğuldur. Alim, Respublikamızın müxtəlif Ali Təhsil Müəssisələri (Azərbaycan Neft və Sənaye Akademiyası, Azərbaycan Dövlət Universiteti və s.) tərəfində rəhbərlik etdiyi şöbəyə praktiki biliklərə yiyələnmək üçün göndərilən tələbələrin müvafiq spektral və fiziki-kimyəvi bilikləri öyrənmələrinə yaxından kömək edir.
Təltif və mükafatlar
redaktəR.Ə.Cəfərova 2015-ci ildə Az.MEA-nın Kimya Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmiş, onun son illərdə xam quyu neftlərinin spektral-lüminessent tədqiqi üzrə yerinə yetirdiyi işlər impact faktorlu “İnternational Journal of Engineering research and advanced technology” jurnalının, “Academic science Week-2015 İnternational Multidisciplinary Forum, Dedicated to the 70th anniversary of Azerbaijan National Academy of Sciences”-in sertifikatlarına layiq görülmüşdür.
Elmi əsərlərin təsnifatı
redaktə- Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 307 ( 145 elmi məqalə, 139 tezis, 2 dissertasiya avtorefatı, 2 dissertasiya)
- Xaricdə çıxmış elmi əsərlərin sayı: 110.
- Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 8 ( 8-si SSRİ-nin müəlliflik şəhadətnaməsi və patenti, 5- Azərbaycan Respublikası və 1-i Avrasiya patentidir ).
- Publisistik materialların sayı: 11 kitab.
- Dərs vəsaiti: 15.
Əsas elmi əsərlərin adları
redaktə- Мамедов А.П., Джафарова Р.А., Панова Л. Я. Салаев Э.Ю. Свечение автолокализован- ных экситонов в йодидах триалкилзамещенных аммония./ ФТТ, 1979, т. 21, вып. 12, с. 17-21.
- Мамедов А.П., Джафарова Р.А., Панова Л. Я. Экситонное поглощение йодидов тетра- алкиламмония и тетраалкилфосфония/ Ж. «Прикладной спектр.»,1986,т.44, №4, с.611-615.
- Заявоч. материал /ВНИИППЭ/ 1991г. Патент СССР по №5007249/04 заявке /061157/ от 18.02.92 /Гасанов К.Г., Мамедов А.П., Джафарова Р.А., Панова Л. Я. Способ получения нефтяного люминесцентного концентрата.
- Гасанов К.Г., Джафарова Р.А., Мамедов А.П., Салманова Ч.К., Наджафова М.А. Фотоокислительные превращения и cтабилизация газойлевых фракций каталитического крекинга. /Ж. «Нефтехимия», 1995г, т.35, №6, с.521- 525.
- Патент Азерб. Респ., И 2003 0048, 1998 /Джафарова Р.А. Способ определения окис- лительной стабильности нефтей и нефтепродуктов.
- Джафарова Р.А. Термолюминесценция фото- и термоокисленных нефтяных люмино-форов./ Азерб. хим. Журнал, 1999 г., №4, с.104-106.
- Mamedov A.P., Jafarova R.A., Rustamov M.I., Salmanova Ch.K. Photochemical processes and accumulation of solar energy in oil luminophors. /Turkish Journal of Chemistry, 2000, vol.24, №1, p.35-42.
- Мамедов А.П., Рустамов М.И., Джафарова Р.А., Рустамов М.И., Фархадова Г.Т.
Термолюминесценция кристаллических нефтяных люминофоров. / Ж. Нефтехимия, 2004 г., т.44, №3, с.232-236.
- Джафарова Р.А. Аккумуляция и передача энергии в нефтяных люминофорах. / Ж.Нефтехимия. 2004, №2, т.44, с.156-160.
- Джафарова Р.А., Наджафова М.А. , Салманова Ч.К. , Мамедов А.П. . Роль полицик- лических ароматических углеводородов в разложении органических соединений при фотооблучении. / Азерб. нефт.хоз.-во,2008,№4,с.42-45.
- Джафарова Р.А., Салманова Ч.К., Мусаев Дж.Дж., Ахмедбекова С.Ф., Мамедов А.П. Термолюминесценция фотооблученных нефтяных люминофоров пиролизного происхож-дения. /Ж.»Химия высоких энергий», 2009, т.43, №5, с.465.
- Аббасова Д.Р., Джафарова Р.А., Керимов М.К. Люминесцентные свойства нефтеза- грязненных почв и их компонентов месторождения Сураханы Апшеронского полуострава. /«Альтернативная энергия и экология», 2010, №6,с.119-121.
- Наджафова М.А., Джафарова Р.А., Мамедов А.П., Салманова Ч.К., Ахмедбекова С.Ф. Фотохромные превращения метилперинафтильных радикалов в нефтяных люминесцент- ных концентратах. / Жур.«АвтоГазозап-равочный Комплекс +Альтернативное топливо». 2013, 3(72). с. 7-9.
- Abbasov V.M., Jafarova R.A., Azizbeyli A.R., Hacıyeva S.Y. Gasimov E.E. Corrosion İnhibition of Steel C1018 with Novel Complexe sofimidazoline. / ISSN2049-954X Chemistry journal (CJ) CJ volume 02 ISSUE 06 November 2012, p. 194-198.
- Алимарданов Х.М., Дадашева Н.Р., Садыгов О.А., Джафарова Р.А., Салманова Ч.Г. Жидкафазное окисление циклогексана пероксидом водорода в присутствие пероксовольф- рамовых комплексов церия, гадолиния и висмута./ Нефтепереработка и нефтехимия, 2012, №10, с.42-46.
- Мамедов А.П., Джафарова Р.А., Наджафова М.А., Салманова Ч.К. Спектрально-люминесцентные свойства, ЭПР и фотохимия нефтепродуктов. Баку, изд.-во «Элм», 2014, 327 с.
- Салманова Ч.К., Мамедов А.П., Джафарова Р.А., Наджафова М.А., Ахмедбекова С.Ф., Йолчуева У.Дж. Термохемилюминесценция нефтепродуктов в реакциях жидкофазного ини- циированного окисления./ Москва: Ж. «Мир нефтепродуктов. Вестник нефтяных компаний» , 2015, №11, с.33-37.
- Мамедов А.П., Расулов Ч.К., Салманова Ч.К., Ахмедбекова С.Ф., Джафарова Р.А., Йолчуева У.Дж., Багирзаде Р.З., Азизбейли Э.И. Хемилюминесценция фотоокисленных и ингибированных углеводородов тяжелого остатка Балаханской нефти. / Ж.»Химия и технология топлив и масел», 2016.
- Yolchuyeva U.J., Jafarova R.A., Namazov A.A., Huseynova M.E. The Chromatographic Research of the Structure-Group Content of the Surakhani Well Oils and Naturally Occurring Reactions in it /Journal of Engineering and Advanced Technology (IJERAT), March-2016, vol.02,issue.03, March-2016,p.53-57.
- Yolchuyeva. U.C., Jafarova R.A., Azizbeyi E.I., Mamedov A.П. The comparative identifi cation of surakhani and balakhani oils. / 3rdinternational Turkic world conference on chemical sciences and technologies, p.274, september 10-13. 2017.
- Мамедов А. П., Джафарова Р. А. Салманова Ч. К., Ахмедбекова С. Ф., Алиева С. Г., Гусейнова С. Ш. Влияние фотооблучения на хемилюминесценцию в реакциях термического окисления дизельного топлива. / ТЕХНОЛОГИИ НЕФТИ И ГАЗА научно-технологический журнал №3(110) 2017, c.16-20.
- Салманова Ч.К, Наджафова М.А, Ахмедбекова С.Ф., Джафарова Р. А., Йолчуева У.Дж. Особенности фото- и термохемилюминесцеции групп ароматических углеводородов балаханской нефти и стадии их окисления. / Москва: Ж. «Нефтепереработка и нефтехимия», 2018,№3, с.12 – 17.
- Евроазийская заявка, №201800302/26 (ЕАПО ilkinliyi 22/05/2018).
İlkinlik11.05.2017. İlkin dərci: N2, 2018./ Агамалыев З.З., Мехдизаде Р.А., Расулов Ч.Г., Джафарова Р.А., Юсифов У.Н., Мамедов Ф.Ф. 2-Гидрокси-3-(метилтсик- лоалкил)-5-метил бензиламиноэтилалкилимидазолины в качестве антиокси- дантам моторным маслам М-8.
- Гусейнова Г.А., Самедова Ф.И., Рашидова С.Ю., Гулиев А.И., Джафарoва Р.А., Алиев Б.М., Ахмедбеква С.Ф., Йолчиева У.Дж. Исследование продуктов алкилирования дистиллятной фракции турбинного масла газами каталитического крекинга. / Москва: Нефтехимия, 2019, том.59, №6, выпуск 1, с.666-673.
- Huseynova G.A., Samedova F.I., Rashidova S.Yu., Guliev A.I., Dzhafarova R.A., Aliev B.M., Akhmedbekova S.F., Iolchieva Y.D. A Study of the Products of Alkylation of Turbine Oil Distillate with Catalytic Cracking Gases. / Petroleum Chemistry, 2019, Vol.59, № 11, pp.1220-1225.
- Yolchuyeva.U, Jafarova R., Vakhshouri AR, Khamiyev M, Salmanova Ch, Khamiyeva G. Photochemical investigation of aromatic Hydrocarbons of Balakhani crude oil as petroleum luminiophores/ Appl. Petrochem. Res., 2020, V.10, pp139-148. Springer.
- Jafarova R.A, Asadov Z.H., Huseynova S.M., Ahmadova G.A, Rahimov R.A., Sharbatov S.U., Zubkov F.İ. Synthesis, colloidal-chemical and petroleum collecting properties of new counterion coupled gemini surfactants based onhexadecylbis (2-hydroxypropyl) amine and dicarboxylic acids// Journal of Dispersion Science and Technology 2020, vol. 41, No13, 2063-2071.
- Yolchuyeva.U, Jafarova R.,Khamiyev M,Vakhshouri AR,Khamiyeva G. İnvestigation of photochemical conversion processes in aromatic hydrocarbon of Valakhani oil. J. Pet. Rng., 2021, V. 196, pp.187-190. (ELSEVİER)
- Jafarova R.,Yolchuyeva.U, İbrahimova RA. Study og thermal properties of aromatic group hydrocarbon of native oils. PPOR, vol 21., No 4, pp.427-439.
- Иолчуева У. Дж, Джафарова Р.А, Османрва С.Н. Исмаилов Э.Г. Фотоокисление выделенных из нефти нафтен-парафиновых и ароматических углеводородов в атмосферных условиях. Россия, Г.Казан, Бутлеровские сообщения 2021, т66, № 4, с.40-51.
- Jafarova R., Abbasov V.M, Yolchuyeva.U,Mursalov N.İ, Hajiyeva G.A, İbragimova R.A. Processes of chemical tranfornations in heavy aromatic hydrocarbons of the Surakhani oil under the action of UV rays./ Journal of Physics: Conference Series,2064 (2021) 012108, İOP publishing. p.1-6.
- Джафарова Р.А.,Наджафова М.А., Абдуллаева Ю.А, Ахмедбекова С.Ф,, Йолчуева У.Дж., Балакишиева С.А., Байрамов .М.А. Радикалы в керосиновых и дизельных фракциях западно-апшеронской нефти. / Нефтепереработка и нефтехимия, 2021№ 9, с. 8-13.
- Джафарова Р.А., Гасанова Р.З., Мухтарова Г.С., Алиев Б.М. Ароматических углеводороды нефтей Азербайджана и их влияние на эксплуатационные характеристики смазочных масел./ Мир нефтепродуктов, 2022, №1, с.62-65.
- Jafarova R.,Yolchuyeva.U. Luminesecent aromatic hydrocarbons of Zaghli crude./ PANTEI Proceedings of Azerbaijan High Technical Educational Institutions, refered and Reviewed journal, 2022vol.18, issue 07,,112-120.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
- ↑ "Arxivlənmiş surət". 2019-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.