Rafael Dadasov - Wikipedia
Rafael Məlik oğlu Dadaşov (4 yanvar 1946, Zaqatala – 16 mart 2020, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının xalq artisti (2006), "Şöhrət" ordeni laureatı (2019).
Rafael Dadaşov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Zaqatala, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Uşaqları | Emil, Leyli, Səidə, Ayxan |
Atası | Məlik Dadaşov |
Anası | Sofa Hüseynova |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1972–2020 |
Təhsili | |
Mükafatları |
|
Həyatı
redaktəRafael Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatalada doğulub. O, 1972-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir[1].
Ailəsi
redaktəAktyor Məlik Dadaşovun və Sofa Hüseynovanın oğludur. Aktyor Salman Dadaşovun qardaşı oğludur.
Vəfatı
redaktəAktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki obstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Rafael Dadaşov 16 mart 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir[2].
Yaradıcılığı
redaktəRafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışıb. Teatrın səhnəsində Zaur "Ümid" (M. İbrahimbəyov), Don Juan "Bəşərin komediyası, yaxud Don Juan" (M. İbrahimov), Klavdi "Hamlet" (Uilyam Şekspir), Klavdio "Heç nədən hay küy" (Uilyam Şekspir), Bəhram "Fitnə" (Abdulla Şaiq), Vojevatov və Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Müstəntiq "İstintaq" (Rüstəm İbrahimbəyov), Birinci reportyor "Səhra yuxuları" (Anar), Knyaz Xasay "Xurşidbanu Natəvan" (İlyas Əfəndiyev), Qədim "Büllur sarayda" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Fikrət və Rəşad "Kimdir haqlı?" (Bəxtiyar Vahabzadə), Mirzə Fətəli "Mirzə Şəfi" (Nəbi Xəzri), Vasif "İblis" (Hüseyn Cavid), Qiyas "Şəhərin yay günləri" (Anar), Murad "Nakam qız" (A. Şirvanzadə), Fəxrəddin "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Camal "Nişanlı qız" (Sabit Rəhman), Həsən Soltan "Şeyx Xiyabani" (İlyas Əfəndiyev), Mayis "Sevgililərin cəhənnəmdə vüsalı" (İlyas Əfəndiyev), Ədhəm Tağıyev "Dəlilər və ağıllılar" (İlyas Əfəndiyev), Mindövlət və Aydar "Sokratı anma gecəsi"("Eşşək dərisi üzərində məhkəmə") (Ç. Aytmatov və M. Şahanov), Tesey "Fedra" (J. Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə), Agah Əfəndi ("Qanlı Nigar", Sadıq Şəndil), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol) və s. maraqlı obrazlar aratmışdır[1].[3]
Rafael Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu tamaşaların iştirakçısı olmuşdur. Həmin teletamaşalar içərisində Anarın "Ötən ilin son gecəsi" (Rüstəm), K. Holdoninin "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanovun "Bağışla" və "Səndən xəbərsiz" (Vasif müəllim), Ruhəngiz Qasımovanın "Yollar görüşəndə " (Həmid), Hüseyn Cavidin "Topal Teymur" (Orxan), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (Həmid), İlyas Əfəndiyevin "Mənim günahım" (Sahib), İslam Səfərlinin "Göz həkimi" (Rauf), A. Rafın "İblis qadın" (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurlu olmuşdur[1].
Aktyor "Var olun qızlar" (İsa), "Yarımçıq qalmış serenada" (Saksofonçu), "Bəxt üzüyü" (Rasim), "Mənim ağ şəhərim" (Baş mühəndis) bədii, "Qaçaq Süleyman" (Qraf Vorontsov) televiziya filmlərinə çəkilmişdir[1].
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 20 mart 1987
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 may 2006
- "Şöhrət" ordeni — 29 oktyabr 2019[4]
Filmoqrafiya
redaktə- Bağışla (film, 1983)
- Bəxt üzüyü (film, 1991)
- Bir anın həqiqəti (film, 2003)
- Bir axşam... (film, 1985)
- Bir ovuc torpaq (film, 2009)
- Dantenin yubileyi (film, 1978)
- Əlavə təsir (film, 2010)
- Göz həkimi (film)
- Halal pullar (film, 2008)
- Xüsusi vəziyyət (film, 1986)
- İblis qadın (film, 1995)
- İnsan məskən salır (film, 1967)
- Qaçaq Süleyman (film, 1994) (Qraf Vorontsov)
- Mehmanxana sahibəsi (film, 1978)
- Mənim ağ şəhərim (film, 1993)
- Mənim günahım (film, 1985)
- Min birinci söz (film, 1997)
- Musiqi müəllimi (film, 1983)
- Ordan-burdan (film, 1987)
- Oyunçu (film, 2008)
- Ötən ilin son gecəsi (film, 1978) (Rüstəm)
- Sarıköynəklə Valehin nağılı (film, 1980)
- Səndən xəbərsiz (film, 1985)
- Səni gözləyirəm (film, 1999)
- Sirr (serial, 2012)
- Susmuş vicdan (film, 2010)
- Şeytan göz qabağında (film, 1987)
- Təlatüm (film, 2006)
- Topal Teymur (film, 1983)
- Ulduzlar sönmür (film, 1971)
- Ünvansız eşq (2011)
- Var olun, qızlar... (film, 1972)
- Yarımçıq qalmış mahnı (film, 1979)
- Yay gününün xəzan yarpaqları (film, 1986)
- Yollar görüşəndə... (film, 1979)
- Yoxlama (film, 2006)
- Bəxt üzüyü 2 (film, 2017)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 "Rafael Məlik oğlu Dadaşov" (az.). azdrama.az. Archived from the original on 2021-10-19. İstifadə tarixi: 2020-03-14.
- ↑ "Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib" (az.). Archived from the original on 2021-10-17. İstifadə tarixi: 2020-03-14.
- ↑ "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
- ↑ "Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.