Rafiq Atakisiyev - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rafiq Qasım oğlu Atakişiyev (20 may 1940 – 27 sentyabr 2012) — teatr rejissoru, aktyor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000).
Rafiq Atakişiyev | |
---|---|
Rafiq Qasım oğlu Atakişiyev | |
Doğum tarixi | |
Doğum yeri | Füzuli, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | Teatr rejissoru, aktyor |
Mükafatları |
Həyatı
redaktəR.Atakişiyev 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Rejissorluq" fakültəsini bitirmişdir. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayaraq baş rejissor kimi teatrın yaradıcılarından biri olmuşdur. 1976-1978-ci illərdə Moskva şəhəri Mayakovski adına Akademik Dram Teatrında rejissor-stajor işləmişdir. 1978-ci ildən 1989-cu ilə qədər Musiqili Komediya Teatrında quruluşçu rejissor işlədiyi müddətdə O.Kazımovun "Qızıl toy", E.Sabitoğlunun "Nəğməli Könül",(Azərbaycan bölməsi) Kolkar "Nəsrədinin Bağdada səyahəti"Ofentaxın "Fransız qonaq" və sair quruluşları olmuşdur. 1978-90-cı illərdə teatrla yanaşı İncəsənət və Mədəniyyət Universitetində əvvəl baş müəllim, dosent kimi pedaqoji fəaliyyəti ilə məşğul olmuşdur. O, teatr sənətçilərinə həsr olunmuş (T.Kazımovun yaradıcılığına həsr olunmuş monoqrafiya), "Rejissor teatra gəlir"və sair çox saylı kitabların müəllifidir. 1990-ci ildən 1999-cu ilə qədər Akademik Milli Dram Teatrında Sərəncamçı direktor işləmişdir. 1999-2005-ci illər Gənc tamaşaçılar teatrında quruluşçu rejissor işləmişdir. 1999-cu ildən ömrünün sonuna qədər Gəncə Dövlət Dram Teatrının bədii rəhbər direktoru vəzifəsində çalışmışdır. R.Atakişiyevin təşəbüssü və rəhbərliyi ilə teatrın nəzdində gənc aktyorların yetişdirilməsi üçün ictimai əsaslarla aktyor studiyası təşkil olunmuş və həmin studiyanın məzunlardan bir çoxu teatrın truppasında çalışırlar. R.Atakişiyev C.Cabbarlının "Oktay Eloğlu", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı" Bukovçanın "Qana-Qan" və H.Cavidin "Afət" və sair son illərdə hazırladığı quruluşlardır.
28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adı ilə təltif olunub.
R.Atakişiyev 2005-ci ildə "Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə" fəxri nişanla təltif olunmuşdur. Azərbaycan TXİ-nin idarə heyətinin üzvüdür, "Qızıl Dərviş" mükafatının laureatıdır.
2012-ci il sentyabr ayının 27-də ürək çatışmazlığından vəfat etmişdir.