Rafiq Qasimov Bioloq - Wikipedia
Rafiq Yunisəli oğlu Qasımov (26 iyun 1931, İrəvan) — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (1983).[1][2]
Rafiq Qasımov | |
---|---|
Rafiq Yunisəli oğlu Qasımov | |
Doğum tarixi | 26 iyun 1931 (93 yaş) |
Doğum yeri | |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yerləri |
|
Təhsili |
Həyatı
redaktəRafiq Qasımov 26 iyun 1931-ci ildə İrəvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirən Qasımov elmi fəaliyyətə 1958-ci ildə SSRİ EA-nın İ. P. Pavlov adına Fiziologiya İnstitutunda kiçik elmi işçi kimi başlayıb.[1][2]
Rafiq Qasımov 1958-ci ildə "Nərəkimilərin bəzi növlərində şərti və şərtsiz reflekslər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1970-ci ildə "Erkən ontogenezdə nərə balıqları davranışının müqayisəli öyrənilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1974-cü ildə professor elmi rütbəsini alan Rafiq Qasımov 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.[1][2]
Rafiq Qasımov 1965–1974-cü illərdə Kür Eksperimental Nərə Balıqartırma zavodunda və Mərkəzi Elmi Tədqiqat Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun Azərbaycan bölməsində laboratoriya müdiri kimi fəaliyyət göstərib. Eyni zamanda AMEA-nın А. Qarayev adına Fiziologiya İnstitutunda laboratoriya müdiri olmuş və 1974-cü ildən həmin institutda baş elmi işçidir.[1]
2018-ci ildə "Rafiq Yunis-Əli oğlu Qasımov" adlı biblioqrafiya nəşr olunub.[3]
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
redaktə- SSRİ EA-nın Fiziologiya Bölməsinin "Ali sinir fəaliyyətinin və davranışın genetikası" problemi üzrə komissiya sədrinin müavini (1985–1990);
- İxtioloji Komissiyanın Əlaqələndirmə Şurasının sədr müavini (1974–1990);
- İxtioloji Komissiyanın Elmi Şurasının üzvü;
- "Təkamülün biokimyası və fiziologiyası" jurnalının redaksiya heyətinin üzvü (1986–1992);
- SSRİ AAK-nın Fiziologiya üzrə Ekspert Şurasının üzvü (1988–1989);
- Beynin Öyrənilməsi üzrə Beynəlxalq Təşkilatın üzvü (İBRO, 1999–2010);[1]
- Xəzər dənizinin problemləri üzrə Elmi Şuranın üzvü (1991–1996);[1]
- Bioloji Ehtiyatlar Komissiyasının üzvü;
- Böyük Britaniyanın "BP-Azerbaijan" Neft Şirkətində ekologiya üzrə müstəqil ekspert
- 2010–2014-cü illərdə AMEA-nın A. İ. Qarayev adına Fiziologiya İnstitutunda Dissertasiya Şurasının üzvü;
- 2010-cu ildən AMEA-nın Veteranlar Şurasının sədri;[2]
Təltif və mükafatları
redaktəRafiq Qasımov 1989-cu ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Bürünc" medalına layıq görülüb. Həmçinin 1996-cı ildə ekologiya sahəsində xidmətlərinə görə H. Ə. Əliyev adına medalla təltif olunub.[1] 1982-ci ildə isə Leypsiq (ADR) yarmarkasında böyük Qızıl medalla mükafatlandırılıb.[2]
Azərbaycan Prezidentinin 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.[4]
Elmi əsərləri
redaktə1. Наследование некоторых свойств высшей нервной деятельности при межвидовой гибридизации.// Изв. АН ССР, ССР. Биол. Наук, 1962, № 1, стр. 56–59.
2. Сравнительная характеристика поведения дикой и заводской молоди осетровых в раннем онтогенезе. Монография, Изд-во "Эльм", Баку 1980, 180 стр.
3. Эколого-физиологические особенности развития ценных промысловых рыб Азербайджана. Монография., Изд-во "Эльм", Баку, 1987, 132 с.
4. Влияние нефти и нефтепродуктов на осетровых и других видов рыб. "Осетровые СССР и их воспроизводство". Труди УННОРХ, Москва, 1971, Т.3, с. 191–195[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 "Qasımov Rafiq Yunisəli oğlu" (Azərbaycan). science.gov.az. 20-9-2021 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 "Rafiq Qasımov" (Azərbaycan). nkpi.az. 20-9-2021 tarixində arxivləşdirilib.
- ↑ https://azertag.az/xeber/rafiq_yunis_eli_oglu_qasimov_biblioqrafiyasi_nesr_edilib-1180725
- ↑ "Azərbaycan Prezidenti bir qrup elm xadiminə fərdi təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb – SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.