Ramiz Almazov - Wikipedia
Ramiz Almazov (rus. Алмазов Рамиз Чобан оглы; d. 11 aprel 1960, Dəllər, Başkeçid rayonu) — Rusiya Daxili xidmət general-leytenantı.
Ramiz Almazov | |
---|---|
rus. Алмазов Рамиз Чобан оглы | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dəllər, Başkeçid rayonu |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya |
Rütbəsi | general-leytenant |
Təltifləri |
Həyatı
redaktəRamiz Çoban oğlu Almazov 11 aprel 1960-cı ildə qədim Borçalı mahalının Başkeçid rayonunun Dəllər (Dağ Dəlləri) kəndində anadan olub.
DİN-nin Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbini bitirib. İxtisasca hüquqşünasdır. Xakasiya Respublikasında DİN-nin islah-əmək müəssisələri Penitisiar xidmətinin rəisi, Rusiya Ədliyyə Nazirliyinin Xakasiya Respublikası üzrə idarə rəisinin müavini, 2003-2011-ci illərdə Tıva Respublikası üzrə Federal Penitensiar Xidmətin Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Ramiz Almazov 17 dekabr 2011-ci ildən Samara vilayətinin Federal Penitensiar Xidmət Baş İdarəsinin rəisi təyin edilib və indiyədək general-mayor rütbəsi ilə bu vəzifədə çalışırdı.
2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin Fərmanı ilə Daxili xidmət general-leytenantı rütbəsinə layiq görülüb.[1].
Ailəsi
redaktəEvlidir, bir oğlu, bir qızı var.
İstinadlar
redaktə- ↑ "Указ №73 «О присвоении воинских званий высших офицеров, специальных званий высшего начальствующего состава и высших специальных званий»" (PDF). 2019-12-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-05-15.